Səkinə Əli qızı Əliyeva (1910, İrəvan – 1950, Kirovabad) — Sovet Azərbaycanı şərabçısı və Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı laureatı (1949).[1]
Səkinə Əli qızı Əliyeva | |
---|---|
Doğum tarixi | 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 1950 |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Şərabçılıq |
Partiyası |
Səkinə Əliyeva 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur.
1944–1950-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına üzümçülük sovxozundə əvvəlcə fəhlə, daha sonra isə briqada rəhbəri kimi çalışmışdır. O, 1948-ci ildə 10.1 hektar suvarılan üzüm sahəsinin hər hektarından 168.7 sentner üzüm məhsulu almışdır. Bu o dövr üçün böyük məhsuldarlıq göstəricisi hesab edilirdi. 5 oktyabr 1948-ci ildə SSSRİ Ali Sovetinin Rəyasəy Heyətinin qərarına əsasında 1948-ci ildəki göstəricilərinə görə Əliyev Səkinə Əli qızına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Həmin ildə ona həmçinin "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı ilə də təltif edilmişdir.[1][2]
1944-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1950-ci ildə Azərbaycan SSR-ın Kirovabad (indiki Gəncə) şəhərində vəfat etmişdir.[1]