Səksənillik müharibə

Səksənillik müharibə

Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi.

Niderland inqilab ərəfəsində

[redaktə | mənbəni redaktə et]

XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi.

XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu.

V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi. Onun yanında Brüsseldə müşavirə orqanı olan və niderlandlı feodal əyyanlardan ibarət — Dövlət şurası var idi; əsasən hüquqşunas bürokratlardan ibarət maliyyə və gizli (inzibati-məhkəmə işləri üzrə) işlər şuraları fəaliyyət göstərirdilər; eləcə də ali appelyasiya məhkəməsi var idi. Əyalət və şəhərlərdə əyalət vicarları (statxauderlər) və mərkəzi hakimiyyətə tabe olan müxtəlif vəzifəli şəxslər var idi. Şəhər istehkamlarında və ölkə üzrə səpələnmiş qalalarda hökumətə sadiq qarnizonlar yerləşdirilmişdi.

Lakin XVI əsrdə də bütün bu aparat, Niderlandda tarixən oluşan zümrə — təmsilçilik təsisatlarını və özünüidarə orqanlarını özünə tabe edə bilməmişdi. Şəhər şuraları şəhərlərin işlərində böyük muxtariyyata malik idilər. Bununla belə ölkə bütünlüklə və ayrıca olaraq hər əyalət və şəhərin öz xüsusi azadlıqları və imtiyazları vardı ki, onları artan kral bürokratiyasının iddialarından qısqanclıqla qoruyurdular. Bu zəmində yerli təsisatlarla mərkəzi ispan hakimiyyəti arasında tez-tez mübahisələr yaranırdı.

XVI əsrin birinci yarısında Niderland iqtisadi yüksəlişini yaşayırdı. Flandriya, Brabantın Niderland və Zelandiya şəhərləri olan Qent, İpr, Brüqqe, Luven, Dordrext və başqalarının sex sənətkarlığı və korporativ təşkil olunmuş ticarəti süquta uğrayırdı. Ancaq bəzi sex korporasiyaları yeni bazar tələblərinə və yeni texnoloqiyalara uyunlaşa bilirdilər. Köhnə sənətkarlıq şəhərlərinin sex qaydaları, burada yeni münasibətlərin və texnoloqiyaların yayılmasına əngəl olurdu. Əvəzində əvvəl o qədər də məşhur olmayan şəhərlər inkişaf edirdilər: Antverpen, Amsterdam, Xondshot və s. NamürLyejdə metallurgiya inkişaf edirdi. O zaman üçün, öz dəmir filiz şaxtaları, domnaları, döymə mexanizmləri olan iri zavodlar yaranırdı.

Flandriyada və qismən Brabantda aqrotexnika böyük uğurlara nail oldu. Kəndlilərin şəxsi asılığı burada tamamilə yox oldu. Torpaq münasibətlərində əsas yeri burada müxtəlif növ icarələr tuturdu, lakin bir sıra ağır feodal mükəlləfiyyətlər hələ qalırdı. İri feodal zadəgan və ruhani torpaq sahibliyi Flandriya və Brabantda hələ çox güclü siyasi mövqelərə malik idi.

Fransa ilə həmsərhəd Eno və Artua əyalətlərində hələ də, məcburi əkin-dövriyəli üçtarlalıq var idi, torpaq münasibətlərində çinş, bəzi yerlərdə biyar, şampara və hətta servaj da qalırdı. Niderlandda çörək əkinçiliyi ikinci dərəcəli idi və yüksək-məhsuldarlıqlı süd heyvandarlığından geri qalırdı. Artıq XVI əsrdə əkinçilikdə bağ-bostan və texniki növlər üstünlük təşkil edirdi. Bütöv kəndlərin məşğuliyyəti gəmiçilik, balıqçılıq, torf hasilatı, yun daranması idi. Əyalətin əhalisinin yarısı şəhərlərdə yaşayırdı. Əyyanların və ruhanilərin Niderlandda o qədər də böyük torpaqları yox idi və deməli cənubdakından daha az siyasi nüfuza malik idilər. Kəndlilərin şəxsi asılılığı çoxdan burada yox idi, icarəçiliklə bahəm burada xeyli xırda-kəndli irsi torpaq sahibkarlığı vardı. Varlı kəndlilər getdikcə fermerlərə çevrilirdilər. Frislandiyada monastır topraq sahibliyi güclü idi, ancaq zadəganlar hələ formalaşma mərhələsində idi. Burada icma qaydaları da öz gücünü saxlamışdlıar. Bütün bu rayonlarda hansısa bir növ və ya iki-üç sahə ilə bağlı ticarət əkinçiliyi hakim idi.

İspan istibdadı

[redaktə | mənbəni redaktə et]

V Karl öz hakimiyyətinin sonunda bir sıra mürtəce tədbirlər həyata keçirdi: bürokratik aparat gücləndirilirdi, ölkənin resursları ona yad olan sülalə müharibələrində xərclənirdi. 1521-ci ildən qəddar sərəncamlar verilməyə başladı.

II Filipin siyasəti daha da mütəce idi. Mövhumatçı Filip Niderlandda ispan mütləqiyyəti sistemini bərqərar etmək istəyirdi. Bu məqsədlərlə hökumət bunları qərara aldı: Niderlandda daim ispan qoşunlarını saxlamaq; bütün faktiki hakimiyəti, üzvləri kardinal Qranvillanın başçılığı ilə ispanların sadiq xidmətçiləri olan Dövlət şurasının (konsult) əlində cəmləşdirmək; 14 yeni yepiskopluq yaratmaq və onlara küfrlə mübarizə üçün inkvizisiya səlahiyətlərini vermək; Karlın zamanında ehtiyatla davranılan "şüar"ları qəti surətdə yerinə yetirmək.

Bunun ardınca Niderlandın iqtisadiyyatını sarsıdan bir sıra tədbirlər də həyata keçirildi. 1557-ci ildə İspaniya dövlətinin bankrot olmasını elan etməsi, Habsburqlara borc vermiş bir çox holland bankirlərini müflis etdi. 1560-cı ildə ispan yununa olan vergi kəskin surətdə qaldırıldı, bununla əlaqədar onun Niderlanda idxalı 40% azaldı. Sonra Niderland tacirlərinə ispan müstəmləkələrinə girişi qadağan etdilər, İngiltərə ilə İspaniyanın düşmənçiliyi isə ticarəti iflic etdi. Limanlarda həyat susdu, manufakturalar bağlanmağa başladı, minlərlə insan iş və çörəkdən məhrum oldular. Bütün ölkə boyu casuslar dolaşırdı, inkvizisiya tüğyan edirdi, "kafir"lərin kütləvi edamları keçirilirdi. İspan isibdadı dözülməz olurdu.

Niderland inqilabının başlaması

[redaktə | mənbəni redaktə et]

Xalq, əyyaşlıq, pozğunluq, quldurluq edən təkəbbürlü ispanlara və etiraf sirrindən və camaatın etibarından istifadə edərək "kafirləri" və mövcud quruluşdan narazıları müəyyən edən ruhanilərə nifrət bəsləyirdi. Buna görə antikatolik — xüsusən kalvinizm — Flandriya, Brabant, Niderland, Frislandiyanın sənaye şəhərlərində və kəndlərində geniş yayılırdı. Kalvinist icmaların şuraları — başında inqilabi əhval-ruhiyyəli burjualar duran konsistoriyalar xalqı böyük bütpərəst və babil zinakarının işini bitirməyə çağırırdılar. Silahlı xalqın böyük izdihamları "kafir" vaizlərin odlu çıxışlarını dinləməyə yığışırdılar və bəzən hökumətə silahlı müqavimət də göstərirdilər. Bir sıra yerlərdə xalq güclə kafirlərin edamlarının qarşısını alırdı. Narazılıq həm mütərəqqi burjuaziya, eyni zamanda, onları siyasi nüfuzlarından məhrum etmiş xarici mütləqiyyətdən bezmiş əyyanların bir qismində də getdikcə artırdı. Katolik kilsənin islahatını onlar lüteranlıq ruhunda keçirmək fikirində idilər, kilsə və monastırların müsadirə olunmuş torpaqları hesabına varlanmaq niyyətində idilər. Zadəgan müxalifətinin təkibində, müxtəlif şəhər vəzifələrini yerinə yetirən və yeni doğulmaqda olan burjuaziyanın sıralarını çoxaltmaqda olan müflisləşmiş zadəganlar da daxil idilər.

Müxalif əyyanların başçıları iri əsilzadə əyyanların sıralarına: Oranlı Vilhelm Nassau (milliyətcə alman), qraf Eqmont və admiral Qorni daxil idilər. Nideland əyyanlarının iradəsini ifadə edərək, onlar Dövlət şurasında hökumətin fəaliyyətini tənqid edirdilər, ölkənin azadlıqlarının bərpasını, kafirlərə qarşı "şüarların" ləğv edilməsini, ispan qoşunlarını ölkədən çıxarılmasını, mənfur Qranvellanın istefasını tələb edirdilər. Müxalifətçilər son iki tələbin yerinə yetirilməsinə nail oldular, bununla da burjuaziya və xalqın populyarlığını qazandılar. Ancaq əsas tələblər yerinə yetirilməmiş qaldı, ispan hakimiyyətinin özbaşınalığı isə getdikcə artırdı. Kütləvi çıxışlar çoxaldı.

Bu vaxt səhnəyə, "Saziş" (Kompromiss) ittifaqı yaratmış sıravi zadəganlar çıxdı; 5 aprel 1566-cı ildə zadəganlar ittifaqı Qranvellaya öz iddialarını bəyan edən dilək-namə (petisiya)göndərdi. Zadəganlar yazırdılar ki, bu tələblərin yerinə yetirilməməsi, ümumi üsyana gətirəcək, və bu üsyandan onların özləri ziyan çəkəcəklər. Göründüyü kimi zadəganların çıxışlarının əsas səbəbi onların xalq üsyanından qorxmaları idi. Dilək-naməni təqdim edən əyalət zadəganlarının yoxsul paltarları, saray əyyanlarının birinə onları saymazyana qöz(dilənçi) adlandırmağa girəvə verdi. Müxalifətçilər bu ayamanı qəbul etdilər və ispan istibdadına qarşı vuruşanları innən belə qöz adalandırmağa başladılar. Zadəganların çıxışı göstərdi ki, hakim sinif içində tərəddüd ən yuxarı səviyyəsinə çatıb. Beləliklə Niderlandda inqilabi vəziyyət yarandı.

1566 il İkonoklast hərəkatı

[redaktə | mənbəni redaktə et]

Valinin cavabı gecikdiyinə görə, zadəganlar ittifaqı, ümumi hərəkətlər üçün, kalvinist icmalarla danışıqlara başladı. 10 avqust 1566 cı ildə sənaye şəhərləri olan Xondshot, Armantye və Kasselya rayonlarında, ikonoklast adlandırılan, güclü üsyan başladı. Bir neçə gün ərzində 17 əyalətdən 12-nə yayılaraq bütün gücü ilə ispanların əsas dayağı olan katolik kilsəyə qarşı yönəldi. 5500 kilsəmonastır talandı.Üsyançılar ikonaları, müqəddəslərin heykəllərini və bahalı xaçları məhv edirdilər, bahalı əşyaları kilsələrdən alıb şəhər şuralarına, yerli ehtiyaclar üçün təhvil verirdilər. Bir sıra yerlərdə üsyançılar kilsə, monastır torpaq sənədlərini, borc və zəmanət qəbzlərini məhv edirdilər, keşişləri və rahibləri döyərək qovurdular. İkonoklast hərəkatı 16 əsr Niderland burjua inqilabının ilk aktı idi. Üsyanın əsas hərəkətverici qüvvəsi manufaktur işçiləri, liman əhli, sənətkarlar, rəyyət və rəncbərlər idi. Üsyan Flandriyada, Brabantda, Hollandiyada, Zellandiyada və Utrextdə ən yüksək həddinə çatdı. Hakimiyət tamamilə iflic olmuşdur, avqustun 25 əyalət hakimi elan etdi ki, inkvizisiya ləğv ediləcək, "şüarlar" yumşaldılacaq, zadəganlar ittifaqının üzvləri əfv olunacaq, kalvinistlər isə məhdud ayin azadlığını alacaq. Zadəganlar ittifaqı özünün buraxılması barədə elan etdi, kalvinist icmaların burjua başçıları üsyandan iştirak etməkdən imtina etdilər. Təşkilatçılıq və rəhbərlikdən məhrum olan üsyan 1567 ilin yazına qədər yatırıldı.

Alba diktaturası

[redaktə | mənbəni redaktə et]

Üsyanın yatırandan sonra, hökumət öncə etdiyi güzəştləri ləğv etdi, 1567-ci ilin avqusutunda isə Niderlanda hersoq Albanın komandanlığı altında böyük ispan ordusu yeridildi. Ferdinan Alvares de Toledo-hersoq Alba ö dövrün tipik ispan qrandı idi. Minlərlə insan tonqala, dar ağacına göndərildi, mülkiyyətləri isə müsadirə olundu. 5 iyun 1568-ci ildə zadəgan əyyanların başçıları qraf Eqmontadmiral Qorn edam edildilər. Şəhərlərdə tələsik istehkamlar tikilirdi və ispan qoşunları yerləşdirilirdi. Oranlı Vilhelm və bir çox başqaları xaricə qaçdı. Flandriya və Enonun sıx meşələrində sənətkar, manufaktura işçisi və kəndlilərdən ibarət partizan hərəkatı qızışırdı. Onlara ayrı-ayrı burjua və zadəganlar başçılıq edirdi. Meşə "qöz"ları adlandırılan partizanlar qəfil ispan qoşunlarının kiçik dəstələrinə hucum edir, onların təminatı və təchizatı pozurdular. Hollandiya və Zellandiyada dənizçi və balıqçılar dənizdə ispanlara qarşı uğurla əməliyatlar aparırdılar. Onlar bəzən ispanların gəmilərini tutur, dənizkənarı qarnizonlara hucum edirdilər. Lakin Oranlı Vilhelm və onun silahdaşlarının xüsusi niyyətləri vardı. Onlar hələ də Almaniyanın lüteran knyazlarının və fransız quqenot-zadəganların köməyi ilə muzdlu qoşun yaratmaq, və xaricdən hersoq Albaya zərbə endirmək, və Niderlandı imperiyanın tərkibinə müstəqil kurfürstluq kimi daxil olunması barədə düşünürdülər. Bununla belə, bürqerlərə və zadəganlara sərf edən əski imtiyaz və azadlıqlar qorunmalı idi. Kilsənin, onlar lüteranlıq ruhunda islahat etmək, torpaqlarını isə zadəganlara vermək istəyirdilər. Şahzadənin özü və onun tərəfdaşları hələ də Filipplə bu şərtlərlə anlaşmağı düşünürdülər. Zadəgan emiqrantlarını istifadə edərək, alman protestant knyazların və fransız quqenotlarının köməyi ilə Oranlı Vilhelm 1568–1572-ci illərdə bir neçə dəfə Niderlanda, burada özünə dəstək tapacağına ümid edərək, əsasən onun cənub hissəsinə müdaxilə təşkil etdi. O "meşə qözları" ilə birlikdə əməliyyatlardan qaçırdı və bütün ümidlərini xarici muzdlulara bağlayırdı.

Şimalda 1572-ci il üsyanı

[redaktə | mənbəni redaktə et]

Ölkədə vəziyyət getdikcə gərginləşirdi. Hersoq Alba, öz "uğurlarından" ruhlanaraq, son tədbirə əl atdı — 1572-ci ilin yazında — əlkabala kimi tanınan, daimi ispan vergisini tətbiq etdi. Əlkabalanın tətbiq olunması təhdidi ölkənin iqtisadi həyatını iflic etdi. Qiymətlər dərhal artdı. Manufakturalar, dükanlar, emalatxanalar bağlanmağa başladı. Şimalın bəzi şəhərləri əlkabalanın tətbiqinə qarşı müqavimət göstərdilər. Müqaviməti qırmaq üçün Alba, sahilboyunun müdafiyəsini zəiflətmək məcburiyyətində qalıb, bu şəhərlərə ispan qoşunlarını yerləşdirdi. Nəhayət o əlkabalanı ləğv edib, birdəfəlik vergi ilə kifayətləndi. Lakin onun sonradan tətbiqi təhdidi qalırdı. Sahilboyunun müdafiyəsinin zəifləməsindən "dəniz qözlari" istifadə etdi. İngiltərə limanlarına son vaxtlara qədər sığınan və oradan bu ərəfələrdə qovulan, dəniz qözları 1572-ci il aprelin 1-də liman şəhəri Brili zəbt etdilər. Aprelin 5 böyük zelland şəhəri Frissinqendə üsyan qalxdı. O tezliklə şimalda yayılmağa başladı. Qözlar hər yerdə şəhər plebsinin və yaraqlı kəndlilərin köməyi ilə uğur əldə edirdilər, və 1572 yayınacan Hollandiya və Zellandiya əyalətləri demək olar ki tamamilə ispanlardan azad edilmişdi. Frislandiyada kəndlilərin böyük dəstələri qanlı döyüşlər aparırdı. Onun təşkilatçıları, öz maraqlarını inqilabın uğuru və müstəqillik mücadiləsi ilə bağlamış, milli burjuaziyanın inqilabi qüvvələri və bəzi kalvinist zadəganları idi. Onlar kalvinist konsistoriyalar ətrafında qruplaşırdılar, " dəniz qözlarının" dəstələrinə , eləcə də şəhərlərin yenidən-formalaşdırılan atıcılar qildiyalarına, başçılıq edirdilər. İnqilabi partiyaya katolik ruhanilər, mürtəce feodal zadəganlıq və patrisiatın bir qismi qarşı dururdu. Bu qüvvələr açıq və ya gizli ispanların tərəfində vuruşurdular. Oranlı Vilhelmlə bağlı olan, varlı holland tacirləri, bürqerlərin və zadəganların bəzi qatları ara mövqedə idilər. İspanlara qarşı olan əsas mərkəzlərdən biri də Utrext şəhəri idi. Albanın represiyalarından ehtiyat edən əhalis Vilhelmdən yardım istəyirdi. Vilhelm Niderlanda daxil oldu, əvvəlvə Heldern əyalətinə, sonra Brabanta və demək olar ki Brüsselə qədər gəldi(1572 avqust). Lakin burada o, güvəndiyi müttəfiqləri qüqenotların, Parisdə Varfolomey gecəsi qırğını barədə məlumat alan kimi, öz qüvvəsini yetərsiz hesab edərək, geri çəkilməli oldu. Vilhelm Hollandiyaya çəkildi və tezliklə əvvəl Hollandiyanın sonra isə — Zelandiya, Frislandiya və Utrextin ştatqalteri(vali) elan olundu. Beləliklə Niderlandın şimalında, ancaq nominal olaraq II Filipin hakimiyətini tanıyan, faktiki olaraq müstəqil dövlət yarandı. Alba Şimalın tərəfinə keçmək istəyən şəhərlərin üzərinə hucum etdi. Qeneqau əyalətinin əsas şəhəri Mons və Niderlandın kilsələr şəhəri adlandırılan Mexeln xüsusi vəhşiliklə talandı. Buradan Alba şimala doğru hərəkət etdi. Çütfen, Naarden və Haarlemi eyni vəziyətə salındı. Alkmaar şəhəri mühasirəyə alındı, lakin şiddətli müqavimət nəticəsində 1573-cü ilin oktyabrında mühasirə götürüldü. Nəhayət Albanın siyasəti Madriddə narazılıq doğrudu və 1573-cü ilin dekabrında o İspaniyaya geri çağılıdı. Onun yerinə daha diplomatik general olan Rekezens təyin olundu. Üsyan etmiş əyalətlərin vəziyəti olduqca ağır idi. 14 aprel 1574-cü ildə Vilhelmin qardaşı Nassaulu Lüdovikin muzdlu ordusu, Mook şəhəri yaxınlığında Rekezensin ordusuna məğlub oldu. Bundan sonra ispanlar Leydeni mühasirəyə aldılar. Şəhər bir neçə ay(1574 may-oktyabr) ərzində mühasirəyə məruz qaldı, lakin dəhşətli aclığa və düşmənin üstün qüvvələrinə baxmayaraq, rəşadətlə müqavimət göstərdi. Hollandiya ştatları son qərara əl atmalı oldular — şlüzları açaraq mühasirədə olanlara kömək etmək. Tədbir uğurlu alındı, hollandiyalı dolanma Leydenə yan ala bildi. İspanlar mühasirəni qaldıraraq çəkilməli oldular. Heç olmasa cənub əyalətlərini özündə saxlamaq üçün Rekezens güzəştlərə getməyə məcbur oldu. Albanın vaxtında tətbiq olunan 10% -lik vergi formal olaraq qalsa da, onun vaxtında faktiki olaraq alınmırdı. "İğtişaşları araşdıran şura" ölüm hökmlərindən vaz keçdi və cərimə çıxarmaqla kifayətləndi. Vilhelm Oranlının partiyasından uzaqlaşan hər kəsə amnistiya elan edildi. Lakin oranjistlərin yaxud "vətənpərvərlərin" sayı azalmırdı, əksinə nəinki onların hakim olduğu şimalda, eləcə də Cənubda, Flandriyanın və Brabantın ən böyük şəhərlərində getdikcə çoxalırdı.

4 sentyabr 1576-ci il üsyanı. Qent barışı

[redaktə | mənbəni redaktə et]
  • История Средних Веков. Москва Просвещение 1989 səh. 444–462