Səlahəddin Məhəmməd Bahəddin Sadiq (ərəb. صلاح الدين بهاء الدين; 1950, Hələbcə) — kürd siyasətçi. O, Kürdüstan İslam Birliyinin qurucusu və indiki lideridir.
Səlahəddin Bahəddin | |
---|---|
ərəb. صلاح الدين محمد بهاء الدين | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1950 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
yakgrtw.net/ar |
Səlahəddin Məhəmməd Bahəddin Sadiq 1950-ci ildə Hələbcə şəhərində anadan olmuşdur. O, 1971–1981-ci illərdə müəllim işləmişdir. Səlahəddin Bahəddin İraq ordusunda xidmət etməkdən imtina etdikdən sonra vəzifəsindən azad edilmişdir. O, BƏƏS Partiyasına qoşulmaqdan imtina etdikdən sonra işgəncələrə məruz qalmışdır. Səlahəddin Bahəddin ardınca İraqı tərk edərək 10 il İran, Türkiyə və Körfəz ölkələrində yaşamışdır. O, daha sonra 1991-ci ildə İraqa qayıtmışdır.[1]
Səlahəddin Bahəddin 6 fevral 1994-cü ildə Kürdüstan İslam Birliyinin təsisçilərindən biri olmuşdur.[2] O, birinci ümumi konfransda partiyanın baş katibi seçilmişdir. Bahəddin daha sonra ikinci, üçüncü və dördüncü konfranslarda yenidən baş katib seçilmişdir. Bundan sonra onu Hadi Əli və Məhəmməd Fərəc əvəzləmiş, lakin 2016-cı ildə yenidən baş katib seçilmişdir.[3]