Xıdırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Xıdırlı | |
---|---|
40°01′14″ şm. e. 46°53′38″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0226[1] |
1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar.[3] Sonradan kənd 1993-ci il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur.[4] 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır.
Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi. Sünnü məzhəbinə aid idi.
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |