Səlim Dəringil (türk. Selim Deringil; 1951[1][2][…]) — Türkiyə akademiki. O, Boğaziçi Universitetində və Livan Amerika Universitetində tarix professorudur.[3]
Səlim Dəringil | |
---|---|
Doğum tarixi | 1951[1][2][…] |
İş yeri | |
Təhsili |
|
Səlim Dəringil 1979-cu ildə İst-Anqliya Universitetində doktorluq dərəcəsini qazanmış və elə həmin il Boğaziçi Universitetinə daxil olmuşdur. O, son Osmanlı tarixi, Osmanlı islamı və Osmanlı ilə Avropa arasındakı əlaqələr üzrə görkəmli mühazirəçidir. Dəringil ABŞ, İngiltərə, Fransa, Livan və Fələstində mühazirələr oxumuşdur. O, Osmanlı imperiyasının süqutu və Türkiyə Respublikasının tarixi ilə bağlı bir neçə esse yazmışdır. Onun "The Well-Protected Domains: Ideology and the Legitimation of Power in the Ottoman Empire 1876-1909" kitabı 2001-ci ildə "Fuad Köprülü adına Türk Araşdırmaları Dərnəyi" mükafatına layiq görülmüşdür.