Səlim Xazbiyeviç

Səlim Xazviyeviç (pol. Selim Chazbijewicz, d. 17 noyabr 1955, Qdansk, Polşa) — əslən Lipka tatarı olan Polşa siyasi elmlər üzrə mütəxəsisi, köşə yazarı və şairi. 2017-ci ildən o, Polşanın Qazaxıstandakı səfiri kimi çalışır.

Səlim Xazbiyeviç
Digər adı Mirzə Səlim Xazbiyeviç
Doğum tarixi (68 yaş)
Doğum yeri Qdansk, Polşa
Vətəndaşlığı Polşa
Milliyyəti Lipka tatarı
Elm sahələri Filologiya
Tarix
Elmi dərəcələri
Təhsili Qdans Universiteti
Adam Miçkieviç Universiteti
Olsztin Varmia və Mazuri Universiteti
Mükafatları Ləyaqət Xaçı (2014)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlim Xazbiyeviç 1955-ci ildə Qdansk şəhərində Lipka tatarı olan ailədə dünyaya gəlmişdir. 1980-ci ildə o, Qdansk Universitetinin Polyak filologiyası ixtisası üzrə magistr dərəcəsi əldə etmişdir. 1991-ci ildə Poznandakı Adam Miçkieviç Universitetində XX əsrdə Polşa tatarlarının tarixi üzrə öz doktorantura mövzusunu müdafiə etmişdir. 2002-ci ildə post-doktora dərəcəsini əldə etmişdir. Onun bu mərhələdəki mövzusu Krım tatarlarının II Dünya müharibəsindən sonrakı tarixi barədə olmuşdur. O, Olsztin Varmia və Mazuri Universitetində professor köməkçisi kimi çalışmışdır.[2] Həmçinin, Polşa Elmlər Akademiyasının üzvüdür.[3]

Elmi fəaliyyətindən əlavə, şerlər də yazmaqla və redaktorluqla da məşğuldur. 1986 və 1991-ci illərdə "Müsəlman Həyatı" (polyakca:Życie Muzułmańskie) jurnalının baş redaktoru olmuşdur. 1994-cü ildə "İllik Polşa Tatarları" (polyakca:Rocznik Tatarów Polskich) jurnalının baş redaktoru oldu.[4] O, həmçinin Polşa Yazıçılar Birliyinin də üzvüdür.

1999-cu ildən 2007-ci ilə qədər o, Polşa Respublikası Tatarları Birliyinin (Związek Tatarów Rzeczypospolitej Polskiej)prezidenti olmuşdur. 2003-cü ildə Qdansk Müsəlman İcmasının imamı olmuşdur.

2000-ci illərdə o, Hüquq və Ədalət Partiyasına qatılmışdır.[5] 2017-ci ildən Polşanın Qazaxıstandakı səfiri kimi çalışmaqdadır. 18 oktyabr 2017-ci ildə, o, etimad məktubunu Qazaxıstan prezidenti Nursultan Nazarbayevə təqdim etmişdir. O, həmçinin Qırğızıstanla Polşa əlaqələrindən də məsul şəxsdir. Öz etimad məktubunu Qırğızıstan prezidenti Almazbek Atambayevə 27 oktyabr 2017-ci ildə təqdim etmişdir.[6]

O, 2014-cü ildə Polşanın Ləyaqət Xaçı ordeninə layiq görülmüşdür.[7]

Elmi kitabları

  • Awdet czyli Powrót. Walka polityczna Tatarów krymskich o zachowanie tożsamości narodowej i niepodległość państwa po II wojnie światowej, Olsztyn: Wydawnictwo Uniwersytetu Warmińsko-Mazurskiego 2000, ISBN 83-7299-097-2.
  • Tatarzy krymscy: walka o naród i wolną ojczyznę, Poznań-Września: Likon 2001, ISBN 83-916144-1-7.
  • Baśnie, podania i legendy polskich Tatarów, Białystok: Muzułmański Związek Religijny w Rzeczypospolitej Polskiej. Najwyższe Kolegium 2012.
  • Tatarzy pod Grunwaldem (co-author: Sławomir Moćkun), Grunwald-Stębark: Muzeum Bitwy pod Grunwaldem 2012.

Şerləri:

  • Wejście w baśń, Olsztyn 1978.
  • Czarodziejski róg chłopca, Gdańsk 1980, ISBN 83-215-9149-3.
  • Sen od jabłek ciężki, Łódź 1981, ISBN 83-218-0156-0.
  • Krym i Wilno, Gdańsk 1990.
  • Mistyka tatarskich kresów, Białystok 1990.
  • Poezja Wschodu i Zachodu, Warszawa 1992.
  • Rubai'jjat albo czterowiersze, Gdańsk 1997, ISBN ISBN 83-907513-2-1.
  • Hymn do Sofii, Olsztyn 2005, ISBN 83-919014-1-6.
  1. 1 2 Polish Science.
  2. "Nowa Nauka Polska". nauka-polska.pl. 2003-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-23.
  3. "Zapis przebiegu posiedzenia Komisji Spraw Zagranicznych /nr 65/". www.sejm.gov.pl (polyak). 2017-05-10. 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-23.
  4. Gazda, Grzegorz. Słownik europejskich kierunków i grup literackich XX wieku. Warszawa: Wydawnictwo Naukowe PWN. 2009. 723. ISBN 978-83-01-15724-1.
  5. "Нұрсұлтан Назарбаев шетел елшілерінен сенім грамотасын қабылдады". www.inform.kz (qazax). 2017-10-18. İstifadə tarixi: 2019-06-23.[ölü keçid]
  6. "Атамбаеву вручили верительные грамоты послы ряда стран". Информационное Агентство Кабар (rus). 2017-10-27. 2019-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-23.
  7. "Postanowienie Prezydenta Rzeczypospolitej Polskiej z dnia 5 lutego 2014 r. o nadaniu odznaczeń". prawo.sejm.gov.pl (polyak). 2014-02-05. İstifadə tarixi: 2019-06-23.[ölü keçid]