Səlimiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd.
Səlimiyyə | |
---|---|
40°30′51″ şm. e. 28°58′57″ ş. u. | |
Ölkə | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 77500 |
1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Məcidiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər.[1] Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir.[2] Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür.[3]
Kənd 1911-ci ildən eyni addadır.[4] 1928-ci il tarixli Osmanlı kəndi siyahısında Səlimiyyə (سلیمیە) kimi qeyd olunur.[5] 1935-ci il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndi Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 335 nəfərdən ibarət idi.[6] 1950-ci il ümumi siyahıyaalınmasında kənd "Səlimiyyə (Soyuqsu)" olaraq qeyd edilmişdir. Buna baxmayaraq, buna bənzər bir qeyd 1955-ci il ümumi siyahıyaalınmasına daxil edilməmiş və kənd yalnız Səlimiyyə olaraq qeyd edilmişdir. Bu qeydlərdən kəndin adının nə vaxt Soyuqsu olaraq dəyişdirildiyi və nə vaxt yenidən Səlimiyyə olduğu aydın deyil.[7]
Kənd Yalova vilayətindən 79 kilometr, Armudlu rayonundan isə 24 kilometr məsafədədir.[8]
İllərə görə kənd əhalisi | |
---|---|
2019 | 87 |
2018 | 76 |
2017 | 85 |
2016 | 79 |
2015 | 79 |
2014 | 79 |
2013 | 78 |
2012 | 80[8] |
2011 | 94[8] |
2010 | 86 |
2009 | 88 |
2008 | 90 |
2007 | 93 |
2000 | 142[8] |