Türkiyə gürcüləri

Türkiyə gürcüləri (türk. Türkiye Gürcüleri; gürc. ქართველები თურქეთში, kartvelebi turketshi) — etnik gürcü olan və ya onların törəmələri olan Türkiyə vətəndaşları və sakinləri.

Türkiyə gürcüləri
Adlandırılırlar türk. Türkiye Gürcüleri gürc. ქართველები თურქეთში
Sayları və yaşadığı ərazilər
Cəmi: 1,500,000[1][2][3]
Qara dəniz regionu, Mərmərə regionu, Şərqi Anadolu regionu
Dili türk dili, gürcü dili
Dini əsasən sünni islam
Qohumluluğu lazlar
Mənşəyi gürcülər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Türkiyədə gürcüdilli əhali[4]
İl Birinci dil kimi İkinci dil kimi Ümumi Türkiyə əhalisi Ümumi natiqlərin %-i
1935 57,325 16,255 73,580 16,157,450 0.46
1945 40,076 9,337 49,413 18.790.174 0.26
1950 72,604 0 72,604 20,947,188 0,35
1955 51,983 24,720 76,703 24.064.763 0.32
1960 32,944 54,941 87,885 27.754.820 0.32
1965 34,330 44,934 79,234 31.391.421 0,25

1965-ci il siyahıyaalınmasında gürcü dilini birinci dil olaraq bilənlər mütənasib olaraq ən çox Artvin (3,7%), Ordu (0,9%) və Kocaelidə (0,8%) idi. Gürcülər əsasən iki böyük regionda cəmləşsələr də, onlar Türkiyənin hər tərəfinə səpələnmiş vəziyyətdə yaşayırlar:[5]

"Magnarella" 1979-cu ildə Türkiyədə yaşayan gürcülərin sayının 60,000-dən çox olduğunu təxmin etmişdir.[6]

border=none Əsas məqalə: İmerxevililər
  İmerxevi dialektinin yayılması.

İmerxevililər (gürc. იმერხეველები) gürcü dilinin imerxevi dialektində danışan gürcülərin etnoqrafik altqrupu. Bu dialekt qonşu acar dialekti ilə bir çox ümumi xüsusiyyətləri bölüşür.[7] İmerxevililər Artvin vilayətinin yerli əhalisidir.

Türkiyənin gürcü icmasında davam edən bəzi daxili fərqliliyi əks etdirən imerxevililər inklüziv acar kimliyini qəbul etmiş və Borçka regionunda yaşayan gürcülərdən fərqli mənşəli olduqlarını iddia edirlər. Yerli mədəniyyəti alimlərin diqqətinə çatdıran ilk şəxs 1910-cu ildə Şavşetidə ekspedisiyada olan zaman İmerxevi çayı boyunca bir neçə kənddən xalq ədəbiyyatı və etnoqrafik məlumatlar toplayan Nikolay Marr olmuşdur.[8]

border=none Əsas məqalə: Çveneburilər

Çveneburilər (gürc. ჩვენებური) kökləri Gürcüstana dayanan və Türkiyədə yaşayan gürcülərin endonimi. Bu ad gürcü dilindən tərcümədə "bizdən olan, bizim kimi olan" mənasına gəlir. Müsəlman gürcülərin bu adlandırmanı özlərini xristian gürcülərdən, müsəlman türklərdən və oturaq müsəlman gürcülərdən ayırmaq üçün istifadə etdiyi güman edilir. Çveneburilər sünni məzhəbinin hənəfi qoluna mənsubdurlar.[9]

1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi zamanı Çürüksulu Əli Paşa (ön cərgədə, ortada) və Osmanlı gürcüləri. Müharibənin sonunda Osmanlı gürcülərinin Fatsada yerləşdirilməsinə Əli Paşa nəzarət etmişdir.[10]

Çveneburi gürcüləri Rusiya imperiyasının indi Çərkəz soyqırımı adlandırılan qırğınları səbəbindən üç miqrasiya dalğasında Türkiyəyə gəlmişdilər. Birinci dalğa 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsi zamanı və ondan sonra baş tutmuşdur. Kiçik köç dalğaları 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsinin sonuna qədər davam etmişdir. Bu immiqrasiya dalğası BatumiQars kimi xeyli müsəlman əhalisi olan regionlardan ən azı 500,000 insanı əhatə edirdi. Nəticədə müsəlmanların çoxluq təşkil etdiyi bir çox regionlar faktiki olaraq əhalisiz qalmışdır.[11]

Son böyük miqrasiya dalğası 1921-ci ildə, Türkiyə sovet respublikaları ilə imzalanmış Qars müqaviləsinə əsasən Acarıstana dair iddialarından imtina edən zaman baş vermişdir. Bu son dalğa Acarıstandan olan türkdilli müsəlmanları da əhatə edirdi.[11]

Türkiyənin ən önəmli gürcü mədəniyyət jurnalı "Çveneburi" adını daşıyır. 1977-ci ildə İsveçin Stokholm şəhərində Şalva Tevzadze tərəfindən təsis edilmişdir. 1968-ci ildə "Gürcüstan" kitabını yazmış Ahmet Özkan Melaşvili tərəfindən Türkiyədə dərc olunur. 1980-ci ildə Özkan Bursada "bozqurdlar" tərəfindən qətlə yetirilmişdir.[12] Həmin vaxtdan dərginin rəhbəri Fəxrəddin Çiloğludur.[13] 1997-2006-cı illər arasında Osman Nuri Mercan jurnalın redaktoru olmuşdur.[14] Digər bir jurnal, gürcü və türk dillərində dərc edilən "Pirosmani" gürcü katolik Simon Zazadzenin sponsorluğu ilə İstanbulda nəşr olunur.[15][16]

  1. The Other Languages of Europe: Demographic, Sociolinguistic, and Educational Perspectives, səh. 420, Google Books-da
  2. Ethnic Groups Worldwide: A Ready Reference Handbook, səh. 291, Google Books-da
  3. "Ethnic groups in Turkey: Georgians". 6 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2013.
  4. Fuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000
  5. "Türkiye'deki Gürcü Köylerinde Alan Çalışmasının Sonuçları". Çveneburi. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2014.
  6. Peter A. Andrews & Rüdiger Benninghaus (1989), Ethnic Groups in the Republic of Turkey, Vol.
  7. Tuite, Kevin (1998), Kartvelian morphosyntax: number agreement and morphosyntactic oritntation in the South Caucasian languages Arxivləşdirilib 2018-02-18 at the Wayback Machine, p. 178.
  8. Tuite, Kevin (1998), Kartvelian morphosyntax: number agreement and morphosyntactic oritntation in the South Caucasian languages Arxivləşdirilib 2018-02-18 at the Wayback Machine, p. 178. Lincom Europa.
  9. Fuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000
  10. BERAT YILDIZ, EMIGRATIONS FROM THE RUSSIAN EMPIRE TO THE OTTOMAN EMPIRE: AN ANALYSIS IN THE LIGHT OF THE NEW ARCHIVAL MATERIALS, BILKENT UNIVERSITY
  11. 1 2 Peter A. Andrews & Rüdiger Benninghaus (1989), Ethnic Groups in the Republic of Turkey, Vol. 1, p. 174. Reichert, ISBN 3-88226-418-7.
  12. "Sayfa Bulunamadı - Türkiye'nin İlk Gürcü Web Sitesi Chveneburi.Net". 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-23.
  13. http://www.chveneburi.net/tr/default.asp?bpgpid=1782 Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine "Deda Ena Seti Çıktı"
  14. "Arxivlənmiş surət". 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-23.
  15. "Anadilinde Dergiler ve Gazeteler". 3 dekabr 2018 tarixində arxivləşdirilib.
  16. "Pirosmani, Sayı:1 (Yaz 2007)". Chveneburi Net-Gürcü Kültür Evi (türk). 31 iyul 2022 tarixində arxivləşdirilib.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Black Sea: Encyclopedic Dictionary (Özhan Öztürk. Karadeniz: Ansiklopedik Sözlük. 2. Cilt. Heyamola Publishing. Istanbul. 2005. ISBN 975-6121-00-9.)
  • Paul J. Magnarella, The Peasant Venture: Tradition, Migration, and Change among Georgian Peasants in Turkey. (Schenkman Publishing Company: Cambridge, MA, 1979) ISBN 0-8161-8271-X
  • Mikaberidze, Alexander (ed., 2007). Özkan, Ahmet. Dictionary of Georgian National Biography.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]