Səməd Səmədov (17 sentyabr 1946, Aşqabad – 24 iyul 2021, Bakı) — Azərbaycan estrada müğənnisi, xalq artisti[2].
Səməd Səmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Aşqabad, Türkmənistan SSR, SSRİ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Sepsis və septik şok diaqnozu |
Fəaliyyəti | Müğənni |
Boyu | 1.72 sm[1] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub.
1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçür. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur.
1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.
2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır. Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüser olduğu 'Ulduzlar Bağı'nda Səməd Səmədovun ad ulduzunun qoyulmuşdur. 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür[2].
24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.[3]