Səməd bəy Vəkilov

Vəkilov Səməd ağa Əhməd ağa oğlu (1871–1943) — mühəndis. [2]

Səməd bəy Vəkilov
Səməd ağa Əhməd ağa oğlu Vəkilov
Doğum tarixi
Doğum yeri Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi
Təhsili Peterburq Universiteti (1891) [1]
Fəaliyyəti mühəndis

Cənubi Qafqazda dəmiryol nəqliyyatı iki mənbədən — dövlət və xüsusi kapital — maliyyə dəstəyinin sayəsində, təqribən XIX əsrin son 20 ili ərzində yaranmış oldu. 1889-cu il avqust ayının 1-dən yol bütünlüklə dövlətin sərəncamına keçdiyi üçün dövlət dəmir yolları sırasına daxil edildi. XIX əsrin sonunda sənayedə kapitalist münasibətlərinin inkişafına təkan veriləndən sonra Şimali Azərbaycanın ərazisində dəmir yollarının inşası başladı. Sənayenin sürətli artımı Rusiya hökuməti qarşısında qısa müddətə dəmiryol şəbəkəsinin yaradılması məsələsini qoydu. Ölkənin iri şəhərlərinin bir-birindən çox aralı olması, ağır iqlim şəraiti və ixtisaslı kadrların qıtlığı bu vəzifənin yerinə yetirilməsini çətinləşdirirdi. Bununla belə, artıq XIX əsrin sonunda dəmiryol şəbəkəsi Baltik dənizindən Sakit okeanınadək yayılmışdır. Dəmir yollarının inşası Cənubi Qafqaz regionundan da yan keçmədi. Şimali Azərbaycan ərazisindəki ilk depo 1880-ci ildə Bakıda Bakı-Sabunçu-Suraxanı dəmiryol xəttinə xidmət etmək məqsədilə tikilmişdir. Burada ilk zamanlar yük və sərnişin qatarlarının lokomotivləri təmir edilirdi. 1883-cü ildə Bakı-Tiflis dəmir yolu salınandan sonra Biləcəri stansiyasında Cənubi Qafqazda ən iri lokomotiv deposu inşa edilmişdir. Bu dəmir yolu tikiləndən sonra Biləcəridən savayı, depolar Hacıqabul, Yelizavetpol, Ağstafada yaradılmışdır. Bakı-Port-Petrovsk (Mahaçqala) dəmir yolu tikilərkən Dəvəçidə depo açılmışdır. Sonra Salyan, İmişli, Culfa, Naxçıvan stansiyasında depolar tikilmişdir. Habelə Ucar, Yevlax, Mincevan, Ələt stansiyalarında köməkçi parovoz depoları yaradılmışdır. Təbii ki, dəmiryol nəqliyyatının işçilərinin əsas ruslar təşkil edirdilər, amma artıq XIX əsrin sonu – XX əsrlərin əvvələrində bu sahədə yerli əhalinin nümayindələri meydana çıxırlar. Azərbaycanlı yol mühəndislərindən biri Səməd Əhməd xan Vəkilov oldu. Bu dövrdə Azərbaycan dəmir yollarında yerli fəhlə kadrlarların çox olmasına baxmayaraq, dəmiryol nəqliyyatının rəhbər işçiləri əsasən ruslar təşkil edirdilər. Lakin XIX əsrin sonu – XX əsrlərin əvvələrində bu sahədə yerli əhalinin nümayəndələri meydana çıxırlar. Azərbaycan dəmir yolu sahəsində ali təhsilli ilk azərbaycanlı dəmiryolçu mühəndis Səməd Əhməd xan Vəkilov olmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fondunda Səməd Vəkilova aid foto materiallar mühafizə edilir.

Səməd ağa Əhməd ağa oğlu 1871-ci ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur.

1891-ci ildə Kutais gimnaziyasını bitirib, Peterburq Universitetinin fizika-riyaziyyat fakultəsinə girib.

1894-də buradan çıxaraq Peterburq Yol Mühəndisləri İnstitutuna dəyişilib və buranı 1899-da bitirib.

Xidmətə 1899-da Kiyev-Kovel dəmiryolunda, sonra Zaqafqaziya və Vladiqafqaz magistrallarında işləməklə başlayıb.

1917-də Vladiqafqaz dəmiryolu xidməti rəisinin köməkçisi olub;

Bakı Politexnik Məktəbində xüsusi fənlər üzrə müəllim (16.10.1919-dan); Azərbaycan Xalq Cümhuriyyəti dövründə, daha dəqiq desək, 1919-cu il oktyabrın 19-dan pedaqoji fəaliyyətə başlayan Səməd Vəkilov Bakı Sənaye Məktəbində xüsusi fənlərdən dərs deyirdi.

XMK Baş peşə təhsili idarəsi ("Qlavprofobr") məktəb şöbəsinin müdiri (1920-də; XMK peşə təhsili idarəsində təlimatçı (1.3.1922-dən); Nərimanov adına texnikumun direktoru (20.6.1922-dən)

Səməd ağa Vəkilov 1943-cü ildə vəfat etmişdir.

  1. "Arxivlənmiş surət". 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-25.
  2. "Sahibkarlıq və sahibkarlar ([[rus dili]]ndə)". 2016-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]