Səmra Özal (türk. Semra Özal; 12 yanvar 1934, İstanbul) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub.[1] Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991–1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib. 1993-cü ildə Turqut Özalın ölümündən sonra İstanbulda yaşamağa davam edir.
Səmra Özal | |
---|---|
türk. Semra Özal | |
Türkiyənin birinci xanımı | |
9 noyabr 1989 – 17 aprel 1993 | |
Prezident | Turqut Özal |
Əvvəlki | Səkinə Evrən |
Sonrakı | Nəzmiyyə Dəmirəl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Turqut Özal (1954-1993) |