Sənə də qalmaz

Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır.[2]

"Sənə də qalmaz"
İlk dəfə ifa edilmişdir Rəşid Behbudov
Müslüm Maqomayev
tərəfindən ifa olunmuş mahnı
Yayımlanıb 1960
Janr Lirika
Dil Azərbaycan dili
Bəstəkar Tofiq Quliyev
Sözlərin müəllifi Rəsul Rza [1]

İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.

Mahnının mətni

[redaktə | mənbəni redaktə et]
Mətn  (az.)


Könlüm sənin əsirin
Qəlbim sənindir, yar,
Qəlbim sənindir,
İnsaf eylə xoş sözlə —
Məni gəl dindir, yar,
Məni gəl dindir!

Söylə nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.

Yalqızam, yalqız!
Yalqızam, yalqız!
Gəl məni möhnətə, oda
Salma vəfasız.
Söylə nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.

Dağlar başı dumandır,
Yenə dumandır yar!
Yenə dumandır.
Ayrılığın ölümdən,
Mənə yamandır yar!
Mənə yamandır.

Söylə nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.

Yalqızam, yalqız!
Yalqızam, yalqız!
Gəl məni möhnətə, oda
Salma vəfasız.
Söylə nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.

  1. "Rəsul Rza, Sənə də qalmaz". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.
  2. "Kitab: Tofiq Quliyevin mahnıları". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.