Lütfiyar İmanov

Lütfiyar Müslüm oğlu İmanov (17 aprel 1928, Petropavlovka, Salyan qəzası21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru. SSRİ xalq artisti (1977).

Lütfiyar İmanov
Ümumi məlumatlar
Doğum tarixi 17 aprel 1928(1928-04-17)
Doğum yeri
Vəfat tarixi 21 yanvar 2008(2008-01-21) (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu[d]
Fəaliyyət illəri 1943–2008
Janr opera
Səs tembri tenor
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "İstiqlal" ordeni
SSRİ xalq artisti Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti

Həyatı[redaktə | mənbəni redaktə et]

Lütfiyar İmanov 1928-ci il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954–1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956–1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956–1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu" operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində "La Skala" teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir. Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub. Pedoqoji fəaliyyətlə məşğul olub. Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991–1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs demişdir. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. 1987–1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olmuşdur. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-nın Ali Sovetinin deputatı seçilmişdir.

Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Repertuarı[redaktə | mənbəni redaktə et]

  • Herman — "Qaratoxmaq qadın" P. İ. Çaykovski
  • Manriko — "Trubadur" C. Verdi
  • Radames — "Aida" C. Verdi
  • Otello — "Otello" C. Verdi
  • Hersoq "Riqoletto" D. Verdi
  • Xoze — "Karmen" J. Bize
  • Faust — "Faust" Ş. Quno
  • Kavaradossi — "Toska" C. Puççini
  • Koroğlu — "Koroğlu" Ü.hacıbəyov
  • Balaş — "Sevil" F. Əmirov
  • Vaqif _"Vaqif" R. Mustafayev
  • Bahadur — "Bahadur və Sona" S. Ələsgərov
  • Əsgər — "Arşın mal alan" Ü. Hacıbəyov
  • Sayat-Nova — "Sayat-Nova" A. Q. Arutyunyan

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan elləri (film, 1976)
  2. Əzablı yollar (film, 1982)
  3. Görüş (film, 1955)
  4. Xalq nəğməkarı (film, 1979)
  5. Koroğlu (film, 1960)
  6. Lütfiyar İmanov (film, 2002)
  7. Maestro (film, 2002)
  8. Nəğməkar torpaq (film, 1981)
  9. Sevil (film, 1970)
  10. Səhər (film, 1960)
  11. Səni tərənnüm edirəm, Vətən! (film, 1975)
  12. Ulduz (film, 1964)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "L. M. İmanovun «İstiqlal» ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]