Sən həmişə bizimləsən (film, 1998)

Kinolent Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq, respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı İlyas Əfəndiyevin həyat və yaradıcılığına, ictimai fəaliyyətinə ithaf olumuşdur.

Sən həmişə bizimləsən
Janr bioqrafik
Rejissor Cəmil Fərəcov
Ssenari müəllifləri Mailə Muradxanlı
Cəmil Fərəcov
Operator Nizami Abbas
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
Filmin növü qısametrajlı sənədli film
Ölkə Azərbaycan Azərbaycan
İl 1998
Texniki məlumatlar 3 hissə
790 metr
35 mm
Rəng rəngli

Filmdə dramaturqun tamaşalarından parçalar verilmişdir. Professor Yaşar Qarayev, teatr xadimlərindən Həsənağa Turabov, Mərahim Fərzəlibəyov, Amaliya Pənahova, Əliabbas Qədirov görkəmli yazıçı və dramaturq haqqında xatirələrini söyləyirlər.

Filmdə teatr sənətimizdə özünəməxsus yer tutan, dünənimizlə bu günümüz arasında körpü yaradan əsərlər haqqında söhbət açılır. Müəllif-rejissor, müəllif-aktyor münasibətlərindəki səmimilik, tələbkarlıq obrazlı dillə, xatirələr vasitəsilə işıqlandırılır.

Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Mailə Muradxanlı, Cəmil Fərəcov
Rejissor: Cəmil Fərəcov
Operator: Nizami Abbas
Səs operatoru: Əsəd Əsədov
Redaktor: Svetlana İsmayılova
İcraçı prodüser : Xanlar Cəfərov
"Azərkinovideo" İB
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 354.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]