Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989).
Mailə Muradxanlı | |
---|---|
Mailə Balabəy qızı Muradxanlı | |
Doğum adı | Mailə Muradxanova |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | kəskin leykoz (qan xərçəngi) |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
|
Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010).
Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə pyesi Azərbaycan dilinə çevirmişdir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olmuşdur. Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinın üzvü seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışmışdır (1990-2010). Jurnalistlər heyətinin tərkibində Suriya, Livan (1972), Yunanıstan (1975), Türkiyədə (1980) olmuşdur. Azərbaycan Qadınlar Cəmiyyəti nümayəndələri tərkibində Türkiyədə (1992), İranda (1992) olmuşdur. İstanbulda keçirilən I Azərbaycan konqresində iştirak etmişdir (1990).
Məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı olan respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat etmişdir[1][2].
(rus dilindən)