Sən tək deyilsən (hind: कोई मिल गया, Rom: Koi… Mil Gaya) — rejissor Rakesh Roşan tərəfindən hind dilində çəkilmiş və 8 avqust 2003-cü ildə ekranlara çıxan hind fantastik komediya filmidir. Baş rollarda Hrithik Roshan, Preity Zinta və Rekha oynamışdır. Film inkişafdan geri qalmış və yadplanetli dostunun köməyi ilə qeyri-adi qabiliyyətlər qazanmış gəncdən bəhs edir. Sonrakı illərdə iki davam filmi çəkilmişdir: "Krrish" (2006) və "Krrish 3" (2013)
Sən tək deyilsən | |
---|---|
hind. कोई मिल गया | |
Janr | elmi-fantastika filmi, musiqili film[1], fantastika filmi, komediya filmi, dram filmi, romantik film |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 8 avqust 2003[2][3][…], 2003 |
Müddət | 165 dəq. |
Ölkə | |
Dil | Hind dili[4] |
Sonrakı film | Kriş (film, 2006) |
Rəng | rəngli |
Çəkiliş yeri | Uttarakhand |
IMDb | ID0254481 |
Vikianbarda əlaqəli mediafayllar |
Alim Sancay Mehra — Yer planetindən kənarda, kosmosun uzaq fəzalarında həyatın olduğuna əmindir. Belə həyat izini taparaq, yadplanetlilərlə təmas qurmağı arzulayır. O kosmosa səs siqnalları göndərə bilən kompüter proqramı yaradır. Günlərin bir günü onun arzusu reallaşır. Onun siqnalına cavab olaraq yadplanetlilər kosmik gəmi göndərir. Ancaq alim bunun sevincini yaşamağa vaxt tapmamış, həyat yoldaşı Sona ilə birlikdə ağır avtomobil qəzasına düşür və həlak olur. Hadisənin üzərindən xeyli müddət keçir. Bir gün oğlu Rahit dostu Nişa ilə birlikdə atasının kompüterini tapır və əyləncə məqsədilə onu sınaqdan keçirmək fikrinə düşür. O bu əyləncənin başına hansı oyunların gətirəcəyini təsəvvürünə belə gətirmir…