Sənan Mustafayev

Sənan Mustafayev — Əməkdar elm xadimi.

Mustafayev Sənan Məmmədəmin oğlu
Sənan Mustafayev
Sənan Mustafayev
Sənan Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR,İsmayıllı rayonu
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Təhsili Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tibilisi Dəmir yol Mühəndisləri İnstitutu
Azərbaycan Neft və Kimya institutu
Atası Məmmədəmin Mustafayev

Təltifləri [1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Sənan Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub.[2]

1946-cı ildə Tibilisi Dəmir yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib.[2][3]

1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor elmi adını alıb.[2][3]

S.Mustafayev 1961-1963-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963-1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964-1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978-1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983-1984-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının “Materialşünaslıq və materialların texnologiyası” kafedrasının müdiri olub.[2][4]

Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Şöhrət” ordeni, SSRİ medalları və Əfqanıstanın “Dostluq” ordeni ilə təltif edilib.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Dövlət Neft Akademiyası müəllimlərinin təltif edilməsi haqqında, Azərbaycan prezidentinin fərmanı". 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  2. 1 2 3 4 5 "Azərbaycan Təhsil Nazirinin sabiq müavini vəfat edib". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.
  3. 1 2 3 "Şərəfli ömür yolu - Azərbaycan müəllimi". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  4. "Şərəfli ömür yolu - Azərbaycan müəllimi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]