Səngəçal karvansarası

Səngəçal karvansarası[1] — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır.

Səngəçal Karvansaray
Xəritə
40°13′ şm. e. 49°30′ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Səngəçal
Aidiyyatı Şirvanşahlar
Tikilmə tarixi 1439-40 illər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti fəaliyyəsiz
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Sangaçal Karvansaray (Azərbaycan)
Sangaçal Karvansaray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımcı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilmişdir. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–40-cı illərdə inşa edilməsi qeyd olunur.1439–1440-cı illərdə inşa edilən bina hal-hazırda baxımsız qalaraq, əsaslı bərpaya ehtiyacı var. Köklü şəkildə yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.[2]

  1. [mct.gov.az/medias/article/other/19/historico-cultural-objects.pdf// Səngəçal karvansarası]
  2. "azpost". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.