"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir.
Sənin, mənim və bizim | |
---|---|
ing. Yours, Mine & Ours | |
| |
Janr | Komediya |
Rejissor | Raca Qosnell |
Prodüserlər |
Robert Simondz Maykl G. Nathanson |
Ssenari müəllifləri |
Ron Berç Devid Kidd |
Baş rollarda |
Dennis Kueyd Rene Russo |
Operator | Teo van de Sande |
Bəstəkar | Kristof Bek |
İstehsalçılar |
Metro-Goldwyn-Mayer Nickelodeon Movies Paramount Pictures Columbia Pictures |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 23 noyabr 2005 |
Müddət | 95 dəq. |
Büdcə | $45 million |
Gəlir | $72,028,752 |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 2005 |
Əvvəlki film | Sənin, mənim və bizim (film, 1968) |
Rəng | rəngli |
Çəkiliş yeri | Konektikut ABŞ |
IMDb | ID0443295 |
Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər. Onların hər ikisi də Frenkin ilk evliliyindən səkkiz, Helenin isə on uşağı olduğundan kifayət qədər xəbərdardılar. Ailə, Norsun uşaqlarının heyvanları — donuz və dəniz donuzcuğu, eləcə də Frenkin evinin baxıcısı Xanım Munion birlikdə yaşamaq üçün mayakı olan yeni bir evə köçürlər.
Tezliklə aydın olur ki, Sahil Mühafizəsi Admiralı Frenkin hər şeyə rejimli, nəzarətcil baxışı var; halbuki Helen azad ruhludur və hər şeyə tənbəlcəsinə yanaşır. Öz övladları isə valideynlərinin belə tez evlənməsi xəbərindən sarsılırlar və ilk vaxtlar bir-biriləri ilə yola getmirlər; hətta mayakı təmir edərkən boya döyüşü edirlər.
Frenkin böyük oğlu Uilyam uşaqları bir araya yığır və onlara izah edir ki, bu yeni vəziyyətlərindən daha yaxşı xilas olmaq üçün qüvvələrini birləşdirsinlər və valideynləri arasındakı fərqi aşkar etsinlər ki, bu fərq hər ikisinin dalaşmağına səbəb olsun. Lakin uşaqlar tədricən doğmalaşırlar: bacılarının futbol oyununda iştirak edirlər və Uilyama sinif nümayəndəsi kampaniyasında seçilmək üçün kömək edirlər.
Qısa bir müddət keçdikdən sonra, bir gün Frenk və Helen rəsmi Sahil Mühafizəsi yeməyində iştirak edirlər. Bu zaman Frenkin rəisi Komandir Şerman ona rəsmi olaraq öz davamçısı olmaq təklifini edir. Komandir olmaq ailəndən uzun müddət ayrı qalmaq demək idi. Buna görə də Frenk komandirinə öz ehtiramını bildirir və bu təklifdən imtina edir. Səbəbini isə həm özünün Sahil Təhlükəsizlik Akademiyası qarşısında öhdəliyinin olması, həm də yeni ailəsinin olması ilə izah edir. Bu zaman evdə balacalar ikinci mərtəbədə — öz otaqlarında yemək döyüşü edərkən, böyüklər birinci mərtəbədə parti keçirirlər. Valideynləri evə qayıdarkən bu qarmaqarışıqlığı görüb təəccüblənirlər: Frenk əsəbiləşir, Helenin olanlara rahat və dözümlü yanaşması isə onu daha da qəzəbləndirir. Bu isə onların bərk dalaşmasına səbəb olur və uşaqlar valideynlərinin birlikdə olarkən necə xoşbəxt olduqlarını anlayırlar.
Səhəri gün Frenk Helenə bildirir ki, o, bu olanlardan sonra komandir vəzifəsini tutmaq qərarına gəlib və cütlük bunu uşaqlara xəbər etmək üçün ailə iclası keçirmək istəyirlər. Uşaqlar həmin gün məktəbdən sevinərək qayıdırlar: onlar balaca qardaşlarını onları hədələyən uşaqlardan müdafiə eləmişdilər və Uilyam sinif seçkisində qalib gəmişdi. Lakin Frenk onlardan daha tez davranaraq yeni vəzifəni qəbul etməsi xəbərini verir və uşaqların əfvalını korlayır. Valideynlərinin ayrılmasında özlərini günahkar hesab edən uşaqlar səhvlərini düzəltmək qərarına gəlirlər və bu işdə hətta Helen də onlara kömək edir. Yaşca böyük uşaqlar Frenkin getməyinin qarşısını almaq üçün birlikdə katerlərini sahilə çıxarırlar (bununla da Frenkin bütün ailə ilə katerdə üzmək arzusu həyata keçir, əvvəllər Frenkin bu planı uğurlu olmamışdı). Helen mayakın işığını yandıranadək Frenk elə zənn edirdi ki, Helen artıq onunla olmaq istəmir. Lakin bunu görəndə o, çox sevinir və Helenə danışdığı mayak qoruyucusu olan gözəl qadın haqqında hekayəni xatırlayır. Və nəhayət, onlar qovuşurlar, cütlük yenidən bir araya gəlir və ailənin digər üzvləri də onlara qoşulurlar.