Sərdar Ünsal (türk. Serdar Ünsal; 24 fevral 1956, İğdır) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri.[1]
Sərdar Ünsal(türkcə) | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə Respublikası |
Milliyyəti | Türk (əslən Azərbaycan türkü) |
İxtisası | Türk dili |
Təhsili | Əskişəhər Anadolu Universiteti Türk dili və Ədəbiyyatı bölümü |
Fəaliyyəti | jurnalist |
igdirim76.com |
1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir. Doğu Anadolu Jurnalistlər Cəmiyyətindən müxtəlif mükafatlar almışdır. Doğu Anadolu Jurnalistlər Federasiyası üzvü, İğdır Jurnalistlər Cəmiyyəti Başqan müavini, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Fedrasiyası Başqan müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəridir.