Sərdar bağı (Tehran)

Sərdar bağı (farsca:باغ سردار) — XIX əsrin ortalarında İrəvan xanları nəslindən olan Məhəmmədhəsən xan Sərdar İrəvani tərəfindən Tehran şəhərində salınmış böyük bir bağ.

Sərdar bağı
farsca:باغ سردار
Məlumatlar
Parkın tipi Bağ
Yaradılıb XIX əsri>n ortaları
Statusu Hal-hazırda mövcud deyildir

Məhəmmədhəsən xan Tehran şəhərinin Baharestan küçəsində tiktirmiş olduğu bağa görə çox məşhurlaşmışdı. Bu bağ Baharestan küçəsində yerləşməklə birlikdə, o zaman Tehran şəhərinin kənarında, Jalə küçəsinin şimal sərhədində idi. Bu bağı suvarmaq üçün Ab Sərdar adlı suvarma kanalı da çəkilmişdi. Bu kanal bağın şərq hissəsi boyunca axmaqda idi və hal-hazırda qurumuş vəziyyətdədir. Hacı Mirzə Ağasının ölümündən sonra Məhəmməd şahın dövründə bir çox dövlət vəzifələrini öz əllərində saxlayan irəvanlılar bu bağa sığındılar. Buraya sığınan şəxslərin bir çoxunun Hacı Mirzə Ağasının ölümündə günahları var idi. Onlar burada mərhum şahın arvadı Mələk Cahan Xanım tərəfindən onların bağışlandıqları elan edildikdən sonra dağılışdılar.[1]

Sərdar sarayının varlığı 30–40 ildən çox davam etmədi. Məhəmmədhəsən xanın ölümündən sonra Mahruxsar xanım Fəxrəddövlə bağı hissələrə böldürdü və tədricən satdı. Bağın ən böyük hissəsi əsilzadə Hacı Əli xan Müqəddəmə satıldı. Hacı Əli xan Məhəmmədhəsən xan Müqəddəmin atası idi. Bağı satın alan Hacı Əli xan da bağı öz növbəsində Paşa xan Əmin əl-Mülkə satdı. Paşa xanı da bir müddət sonra bağı Mirzə Hüseyn xan Sipəhsalara satdı. Sipəhsəların (1871–1873) dövründə bağın ərazisində Baharestan bağı və torpaqlarda Sipəhsəlar məscidini tikdirdi.[2]

Bağın qalan hissəsi evlərə, eləcə də bu gün ərazisini təşkil edən kiçik və böyük bağlara çevrildi.

  1. "انوار، عبدالله. باغ سردار (از مباحث تهران شناسی)" (PDF). ensani.ir. 6 noyabr 2019. 25 Apr 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 fevral 2024.
  2. "باغ سردار" (PDF). www.ensani.ir. 2023-04-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 fevral 2024.