Məhəmmədhəsən xan Sərdar İrəvani və ya Xan Babaxan Sərdar (d. İrəvan xanlığı - ö. 1855, Qacar dövləti) - Məhəmməd xan Ziyadlı-Qacarın oğlu, Məhəmməd şah Qacarın və Nəsrəddin şah Qacarın dövründə Yəzd və Kerman hakimi, sonuncu İrəvan xanının qardaşı.[1][2]
Məhəmmədhəsən xan Sərdar İrəvani | |
---|---|
محمدحسن خان سردار ایروانی | |
Doğum yeri | İrəvan xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Qacar dövləti |
Vətəndaşlığı |
İrəvan xanlığı Qacar dövləti |
Həyat yoldaşı | Mahruxsar xanım Fəxrəddövlə |
Atası | Məhəmməd xan Qacar Ziyadlı |
Dini | Şiə İslam |
Fəaliyyəti | Müxtəlif vilayətlərdə hakimlik |
Tanınır | Qacar dövlətində mühüm siyasi fəaliyyətinə görə |
Məhəmmədhəsən xan İrəvan xanı Məhəmməd xanın oğlu, sonuncu İrəvan xanı Hüseynqulu xan Sərdarın və Həsən xan Qacarın qardaşıdır. O, ailəsinin irsi hakimliyə malik olduğu İrəvan xanlığında vəliəhd xanzadə olaraq dünyaya gəlmişdir. Ailəsi Qacar tayfasının Ziyadlı tirəsinə mənsubdur. İrəvan ruslar tərəfindən işğal edildikdən sonra Məhəmmədhəsən xanın ailəsi Tehrana köçmüşdür. Burada siyasi fəaliyyətə başlayan Məhəmmədhəsən xan məşhur Qacar şahzadəsi Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı olan Mahruxsar xanım Fəxrəddövlə ilə ailə həyatı qurmuşdur.[1]
1839-cu ildə atasının ölümündən sonra onun xan titulu və vəzifələri Məhəmmədhəsənə verildi. Bu vəzifələrə İraqın idarə edilməsi də daxil idi. İraqı idarə etmək üçün oraya yollanan Məhəmmədhəsən oğlu Abdullah xanı da özü ilə apardı. Məhəmməd şahın ölümündən sonra Hacı Mirzə Ağasının baş vəzir təyin edilməsinə etiraz olaraq Böyük Britaniya səfirliyinə nümayəndəlik göndərildi. Buu nümayəndəliyə Məhəmmədhəsən xandan əlavə Mirzə Yusif xan Aştiyani, Mirzə Nəsrulla Ərdəbili, Abbasqulu xan Cavanşir, Mirzə Məhəmməd xan Sipəhsalar, Hüseynəli xan əl-Məmalek də daxil edilmişdir.[1]
Eyni zamanda İraq əhalisi Əraq şəhərinin qurucusu və İraqın uzun müddət hakimi olmuş Yusif xan Gürcünün təlqinləri ilə üsyana başladı. Yusif xan Abdullah xanın İraq hakimliyi vəzifəsindən uzaqlaşdırılmasını tələb etməkdə idi. O, eyni zamanda Təbrizdən yola çıxıb Tehrana yollanan Nəsrəddin şahı şəhərə daxil olarkən qarşılamaq və bağlılıq andı içmək üçün oğlu Məhəmmədəli xanı İraq ordusu ilə birlikdə göndərdi.[1]
İraqdan göndərilən ordunu öz hakimliyinin əmri və idarəsi altında olan vilayət ordusunun bir hissəsi kimi görən Məhəmmədhəsən xan bunun qarşısını almaq qərarına gəldi. Onun əmri ilə Marağa alayının komandanı Hüseyn Paşa xan gecə ilə hücum edərək Yusif xanın göndərdiyi tərksilah etməyi bacardı. O zaman Nasirəddin şah Qəzvində idi və bu hadisədən xəbər tutanda bunu Məhəmməd Həsənin özbaşınalığı kimi yozmuş və ona tənbeh məktubu yazmışdır ki, əgər yenə də həddi aşarsa, onun başını kəsəcək.[1]
Buna görə də, Məhəmmədhəsən xan Nəsrəddin şah Tehrana çatan zaman onu qarşılayan digər saray əyanları arasında olmur. Bu müddət ərzində öz evində oturan Məhəmmədhəsən xan öz evindən qırağa çıxmayaraq keçirir, yalnız Mirzə Tağı xan Əmir Kəbir baş vəzir olduqdan sonra onunla şahı barışdırır.
Şahla münasibətlərini yaxşılaşdırdıqdan sonra Məhəmmədhəsən xan 1849-cu ildə Yəzd hakimi təyin edildi. Lakin o, öz adətinə uyğun olaraq bu əyalətə heç getmədi belə və öz yerinə qardaşının oğlu Ağa xan İrəvanini göndərdi. Bu zaman Yəzd şəhərində artıq Babi hərəkatı üzvləri ortaya çıxmağa başlamış, əyalətdə nizam-intizam pozulmağa doğru getmişdi. Ağa xan İrəvani babilərlə bacara bilmədiyi üçün Məhəmmədhəsən xan digər qohumu Şeyxəli xan Makuyini oraya göndərdi. Şeyxəli xan bidətçilərlə məsələni böyük miqyasda həll etməyi bacardı.[3]
1851-ci ildə Nəsrəddin şah İsfahana səfər edərkən onu müşayət edən Əmir Kəbir kimi saray əyanlarının yanında Məhəmmədhəsən xan da iştirak etmişdir. həmin ildə Əmir Kəbir baş vəzir vəzifəsindən uzaqlaşdırıldı. Şah ona qəzəbləndiyi üçün Əmir Kəbirin öldürülməsi düşünülürdü. Bunun baş verməməsi üçün ruslar onun evinə nümayəndələr göndərdilər və rus qoruması altında olduğunu elan etdilər. Məhəmmədhəsən xanın rus vətəndaşlığı olduğu üçün şah ondan rus səfiri ilə görüşmə təşkil etməsini istədi. Şah səfirdən niyə şahın anasının və bacısının yaşadığı əmirin evinə rus əsgərlərinin göndərildiyini soruşmaq istəyirdi.[1]
Mirzə Ağa xan Nurinin baş vəzirliyi zamanı Məhəmmədhəsən xan öz mövqeyini gücləndirdi. Ona Hümayun titulunun verilməsi ilə birlikdə, Qacar ordusunun 7 alayının komandanlığı ona tapşırıldı. Bundan başqa, 5 alyın komandanlığı da onun oğlu Abdullaha həvalə edildi.
Məhəmmədhəsən xan öz hakimliyi altında olan torpaqlarda iqtisadiyyatı və sənətkarlığı dirçəltmək yolu ilə əhalinin sayını artırmağa çalışırdı. Onun hakimliyi dövründə Yəzddə Divari sarayı və Gəncəli xan sarayı bərpa edildi. Hər iki saray xaraba vəziyyətində idi. O, həmçinin Tehranda yerləşən Sərdar bağının da yaradıcısı hesab edilir.
Məhəmmədhəsən xan Baharestan küçəsində tiktirmiş olduğu bağa görə çox məşhurlaşmışdı. Bu bağ Baharestan küçəsində yerləşməklə birlikdə, o zaman Tehran şəhərinin kənarında, Jalə küçəsinin şimal sərhədində idi. Bu bağı suvarmaq üçün Ab Sərdar adlı suvarma kanalı da çəkilmişdi. Bu kanal bağın şərq hissəsi boyunca axmaqda idi və hal-hazırda qurumuş vəziyyətdədir. Hacı Mirzə Ağasının ölümündən sonra Məhəmməd şahın dövründə bir çox dövlət vəzifələrini öz əllərində saxlayan irəvanlılar bu bağa sığındılar. Buraya sığınan şəxslərin bir çoxunun Hacı Mirzə Ağasının ölümündə günahları var idi. Onlar burada mərhum şahın arvadı Mələk Cahan Xanım tərəfindən onların bağışlandıqları elan edildikdən sonra dağılışdılar.[4][5]
Sərdar sarayının varlığı 30-40 ildən çox davam etmədi. Məhəmmədhəsən xanın ölümündən sonra Mahruxsar xanım Fəxrəddövlə bağı hissələrə böldürdü və tədricən satdı. Bağın ən böyük hissəsi əsilzadə Hacı Əli xan Müqəddəmə satıldı. Hacı Əli xan Məhəmmədhəsən xan Müqəddəmin atası idi. Bağı satın alan Hacı Əli xan da bağı öz növbəsində Paşa xan Əmin əl-Mülkə satdı. Paşa xanı da bir müddət sonra bağı Mirzə Hüseyn xan Sipəhsalara satdı. Sipəhsəların (1871-1873) dövründə bağın ərazisində Baharestan bağı və torpaqlarda Sipəhsəlar məscidini tikdirdi.
Bağın qalan hissəsi evlərə, eləcə də bu gün ərazisini təşkil edən kiçik və böyük bağlara çevrildi.
Atası 1784-cü ildən 1805-ci ilə qədər İrəvan xanı olmuşdur. 1805-ci ildə İrəvan xanı Məhəmməd İrəvanın mühasirəsi zamanı və ondan sonra Rusiya ilə qarşılıqlı əlaqədə olduğuna görə şah tərəfindən Tehrana çağırılmış, onun yerinə Mehdiqulu xan Qacar xan təyin edilmişdir.[6]
Məhəmmədhəsənin qardaşı Hüseyn xan Sərdar[7] 1807-ci ildən 1827-ci ilə qədər İrəvanın son xanı olaraq xidmət etmişdir.[8] Məhəmmədhəsənin bir bacısı Fətəli şah Qacar tərəfindən oğlu Mahmud Mirzəyə alınmış və onun əsas arvadı olmuşdur.[9]
Məhəmmədhəsən xan Məhəmməd şah Qacarın bacısı və Abbas Mirzə Qacarın qızlarından biri Mahruxsar xanım Fəxrəddövlə ilə evlənmişdir.
Oğlanları:
Qızları:
Məhəmmədhəsən xanın bir digər arvadı Fəxr əl-Dövlə olmuşdur. Məhəmmədhəsən xanın bu qadınla olan evliliyindən bir oğlu və bir qızı olmuşdur:
Məhəmmədhəsən xanın Abbas Mirzənin qızı və Məhəmməd şahın bacısından olan evliliyindən formalaşan nəsil tirəsinin indiki rəhbəri Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvanidir. Əmir Əli Sərdari İrəvani İranda doğulsa da, hal-hazırda Almaniyada yaşamaqdadır. O, tez-tez Azərbaycan Respublikasına səfərlər etməklə birlikdə, müxtəlif diaspora layihələrində də iştirak etmişdir.[11][12][13]