Səriyyə Müslüm qızı

Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor.

SƏRİYYƏ CƏFƏROVA
Səriyyə Müslüm qızı Cəfərova
Doğum tarixi
Doğum yeri Xocalı
Fəaliyyəti yazıçı, jurnalist
Mükafatları "Tərəqqi" medalı

Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir.

1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.

Kitab və məqalələri əsasən Dağlıq Qarabağ, Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə və Xocalı soyqırımına həsr edilmişdir.

Birlik sədri kimi Türkiyədə, Almaniyada Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə əlaqədar tədbirlər keçirmişdir. 2012-ci ildə Macarıstanda kütləvi qırğınların qarşısının alınması mövzusunda beynəlxalq tədbirdə Elmira Süleymanova ilə birgə iştirak etmişdir. Dəfələrlə ölkə daxilində Qarabağın işğalına qarşı tədbirlər keçirmiş, mövzu ilə əlaqədar ölkədə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. Qarabağ həqiqətlərinin dünyada yayılması ilə bağlı yazı müsabiqələrində 1-ci və 2-ci yerlərin qalibi olmuşdur.

Bir çox əsərləri Azərbaycanın teatr səhnələrində oynanılır.

Səriyyə Müslüm qızı 12 kitab müəllifidir.

Xocalı şəhərində, 28 may, 1991-ci ildə keçirilən tədbirdə Səriyyə Cəfərova və Xocalı sakinləri.
  • "Qar üstünə qan yağır", "Azərnəşr", Bakı, 1992-ci il.
  • "Vaciyəyə gedən yol", Azərbaycan Universiteti, 2000-ci il.
  • "Xocalı yaşayır", ingilis dilində, Azərbaycan Universiteti, 2001-ci il.
  • "Onlar heç vaxt böyüməyəcəklər", ensiklopediya, ingilis, rus, azərbaycan dillərində, "Çaşıoğlu" nəşriyyatı, Bakı, 2006-cı il.
  • "Xocalı ölməyib", "Çaşıoğlu" nəşriyyatı, Bakı, 2007-ci il.
  • "Ölümdən o yandakı Xojalı", "Şəms" nəşriyyatı, 2006-cı il.
  • "Xocalıdan gələn var", ingilis, azərbaycan dillərində, "YEK Production" reklam mətbəə şirkəti, 2008-ci il.
  • "Xocalı uşaqları, qan içində qar çiçəyi", üç dildə, Bakı, 2013. Malaziya səfirliyi tərəfindən 2014-cü ildə yenidən malay və ingilis dilində çap olunmuşdur.
  • "Dünya susmasın gərək" kitabı iki dildə 2014-cü ildə nəşr olunmuşdur.
  • "Onlar heç vaxt böyüməyəcəklər", sənədli film, Türkiyənin TRT1 kanalında.
  • "Dan ulduzu" mükafatı (1994)
  • "Vətən" (1995)
  • "Xan qızı Natavan" mükafatı (1998)
  • "Tərəqqi" medalı (2013)