Sərnişinlər (film, 2016)

Sərnişinlər (ing. Passengers) — ABŞ istehsalı elmi fantastikamacəra filmi. Baş rollarda Kris PrettCennifer Lourens yer almışdır. Film dünya üzrə 303 milyon dollardan çox gəlir əldə etmişdir.

Sərnişinlər
ing. Passengers
Janr elmi-fantastika filmi, fantastika filmi, melodram[d], triller filmi, macəra filmi, romantik film, dram filmi, döyüş filmi
Əsas mövzu tənhalıq
Baş rollarda
Operator
  • Rodriqo Prieto[d]
Bəstəkar
  • Tomas Nyuman[d]
Montajçı Meriann Brendon[d]
İstehsalçılar Village Roadshow Pictures[d], Columbia Pictures, Original Film[d]
Distribütor Columbia Pictures, InterCom[d][3], Netflix, Sony Pictures Motion Picture Group[d]
İlk baxış tarixi 21 dekabr 2015[4], 5 yanvar 2017[5], 21 dekabr 2016[6], 12 yanvar 2017[3]
Müddət 116 dəq.
Büdcə 110.000.000 $
Gəlir 303.144.152 $[7]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
IMDb ID1355644

Minlərlə insanı daşıyan "Avalon" ulduz gəmisi, 120 il davam edən "Homestead Colony" adı verilən uzaq bir müstəmləkə planetinə səyahət edir. Sərnişinlər və bütün qrupları yatmaq kapsulundadır, lakin gəmi böyük asteroid sahəsindən keçən zaman, gəmidə bir qəza baş verir. Bu nasazlığa görə gəminin sərnişinlərindən biri Jim Preston (Chris Pratt) oyanması lazım olan vaxtdan 90 il tez oyanır.

  • Kris Prett, Jim Preston, mexanik.[8]
  • Cennifer Lourens, Aurora Lane, Kosmos səyahətinin hekayəsini danışmaq istəyən Nyu Yorkdan bir yazıçı.
  • Michael Sheen, Arthur, robot barmen.
  • Laurence Fishburne, Gus Mancuso, kosmik gəminin heyətindən bir səlahiyyətli.
  • Aurora Perrineau, Celeste Auroranın ən yaxşı dostudur.

Filmin Jon Spaihts tərəfindən yazılan orijinal ssenarisi 2007-də Qara Siyahıya (Hollywood'un ən bəyənilən amma yaşıl işıq verilməmiş ssenarilərinin illik sıralanması) girməsi daxil illərdir Hollywood'un ətrafında fırlanırdı. Film Sony Pictures'də dayanmadan əvvəl bir yerdən bir yerə hoppanırdı. Weinstein Comoany filmi Keanu Reeves və Reese Witherspoon ilə dizayn edildiyində 35 milyon $ qədər təvazökar bir büdcə qurdu. Əslində Brian Kirk ilk rejissorluq cəhdini etmək üçün Reevesin baş rolu ilə bərabər qurulmuşdur və Wayfare Entertainment filmi pulla təmin edəcək və istehsalçı olacaqdır. 5 Dekabr 2014 tarixində Sony Pictures Entertainment'in filmin haqqlarını almaq üçün edilən auksionu qazandığı açıqlandı. 27 Yanvar 2015 tarixində Sony'nin, Morten Tyldum ilə filmin başına keçməsi üçün reportajlarda olduğu açıqlandı.

Filmin aktyor heyəti Fevral 2015 ilə Dekabr 2016 arasında açıqlandı.

Əsas çəkilişlər Sentyabr 2015-də Atlanta, Georgiada başladı. Çəkilişlər bəzən bütün gün müddətində sadəcə iki başrolun ətrafında baş tutdu.

Mükafatlar və namizədliklər

[redaktə | mənbəni redaktə et]

89-cu Akademiya Mükafatları

  • Ən Yaxşı İstehsal Dizaynı (Guy Hendrix Dyas və Gene Serdena) — Nominasiya
  • Ən Yaxşı Film Musiqisi (Thomas Newman) — Nominasiya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]