Sərt pornoqrafiya

Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiyaXX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞİngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır.

İnkişafı və hüquqi statusu

[redaktə | mənbəni redaktə et]

Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillərfilmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır. Çıxdığı ilk zamanlardan etibarən ABŞ-də sərbəst olan sərt pornoqrafiyaya 2000-ci ildə İngiltərədə də sərbəst yayımlanmaq haqqı verilmişdir. Türkiyə kimi bəzi demokratik ölkələrdə sərt pornoqrafiya hələ də qadağandır. Bu ölkələrdə italyan üslubunda olan yumşaq pornoların istehsalına icazə verilir. Onun yayılmasına icazə verən dövlətlər onun yayılmasını müəyyən satış nöqtələrində icazəyə tabe etdirmək qərarına gəlmişdirlər. Ölkələrdə bu növün ictimai yerlərdə təqdimatı və təbliği qadağandır.

Sosial təsirləri

[redaktə | mənbəni redaktə et]

Danimarkalı kriminoloq Berl Kutçinskinin 1970-ci ildə hazırladığı və Amerika Əxlaqsızlıq və Pornoqrafiya Komissiyasına təqdim etdiyi hesabatdan məlum olmuşdur ki, pornoqrafiya cinsi zəmində baş verən cinayətlərin artmasına əhəmiyyətli təsir göstərir. Həyata keçirilən bir çox son tədqiqatlar və son dövrlərdə həyata keçirilən Martin Hald və Neil Malamutun tədqiqatları zamanı məlum olmuşdur ki, sərt pornoqrafiya kişi və qadınların cinsi həyatında faydalıdır.