Sərxan Ömərov

Sərxan Mübariz oğlu Ömərov (18 oktyabr 1999, Yuxarı Tala, Zaqatala rayonu13 sentyabr 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.[1]

Sərxan Ömərov
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1999(1999-10-18)
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 2022(2022-09-13) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Mübariz Ömərov
Anası Rəna Ömərova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbə Leytenant
Döyüşlər
Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Vətən uğrunda" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərxan Ömərov 1999-cu il oktyabrın 18-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. 2005-ci ildə Zaqatala rayonu Yuxan Tala kənd 4 nömrəli tam orta məktəbinə daxil olub, 2005-ci ildən 2014-cü ilə qədər həmin məktəbdə təhsil almışdır. 2014-cü ildə C. Naxçıvanski adına Hərbi liseyə daxil olub və 2017-ci ildə həmin liseyi bitirib. 08.08.2017-ci ildən 30.09.2020-ci ilədək Heydər Əliyev AAHM-də təhsil alıb və həmin məktəbin Quru Qoşunlar fakültəsini Xüsusi təyinatlı texnika sistemlər ixtisası üzrə bitirmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Sərxan Ömərov xidmətini davam etdirmək üçün "N" saylı hərbi hissəyə göndərilir və 30.09.2020-ci ildən 04.11.2020-ci ilədək "N" saylı hərbi hissədə tank əleyhinə idarə olunan raketlər batereyasının ll tank əleyhinə idarə olunan taqım Komandiri vəzifəsinə təyin olunub və xidmət etmişdir.

04.11.2020-ci ildən 28.11.2020-ci ilədək "N" saylı Artilleriya Briqadasında Artilleriya divizyonunun kəşfiyyat rəisi vəzifəsində xidmət etmişdir.

28.11.2020-ci ildən 25.06.2021-ci ilədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 25.06.2021-ci ildən 27.12.2021-ci ilə dək Xüsusi Təyinatlı Qüvvələr Komandanının sərəncamında olmuşdur. 27.12.2021-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində Xüsusi təyinatlı dəstənin Xüsusi təyinatlı taqım komandirinin Müavini vəzifəsinə təyin olunub və Şəhid olanadək bu vəzifədə xidmət etmişdir.

Xidmət müddətində komandir və rəislər tərəfindən təşəkkür və fəxri fərmanlarla həvəsləndirilmişdir.

Sərxan Ömərov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Yuxarı Tala qəbiristanlığında dəfn olunmuşdur.[2]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sərxan Ömərov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. "Zaqatalada şəhid Sərxan Ömərov dəfn olunub". Apa.az (az.). 2022-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.
  3. 1 2 3 "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.