Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs bağı | ||
---|---|---|
Qırtlaq əzələləri və səs bağı | ||
Latınca | Ligamentum vocale | |
Başlanır | Qalxanabənzər qığırdaq | |
Bağlanır | Çalovabənzər qığırdaq | |
Qrey | subyekt 236 1079 | |
Dorlands / Elsevier |
12493562 | |