Üzük-qalxanabənzər əzələ (lat. musculus cricothyroideus) — qırtlağın xarici qrup əzələsi. Bu əzələ üzüyəbənzər qığırdaq qövsünün xarici səthindən başlayaraq lifləri yelpinc kimi yuxarı və arxaya doğru yayılır və qalxanabənzər qığırdağın aşağı kənarına, üzük-qalxanabənzər oynaq (lat. articulati cricothyreoidea) kapsuluna və aşağı buynyza bağlanır. Öz liflərinin gedişinə görə iki hissəyə bölünür: düz hissə (lat. pars recta) şaquli istiqamətdə düz yuxarı qalxır və çəp hissə (lat. pars obliqua) yan və arxaya doğru gedir. Vəzifəsi qalxanabənzər qığırdağı üzüyəbənzər qığırdağa yaxınlaşdıraraq çalovabənzər qığırdaqların arasındakı məsafəni və qalxanabənzər qığırdaq bucağını böyüdür və səs bağlarını gərginləşdirir.
Üzük-qalxanabənzər əzələ | |
---|---|
Qörtlaq əzələləri | |
Latınca | Musculus cricothyroideus |
Başlanır | Üzüyəbənzər qığırdağın ön və yan tərəfindən |
Bağlanır | Qalxanabənzər qığırdağın aşağı buynuzlarına və kənarına |
Arteriya | |
Sinir | Azan sinir şaxəsi: xarici qırtlaq siniri |
Vəzifəsi | Səs bağlarını gərginləşdirmək |
Dorlands /Elsevier |
12548712 |