Film böyük fırça ustası, xalq rəssamı, Azərbaycan təsviri sənətinin inkişafında əhəmiyyətli rol oynamış Səttar Bəhlulzadənin həyat və sənət dünyasından bəhs edir.
Səttar Bəhlulzadə | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Davud İmanov |
Ssenari müəllifi | Azər Abdulla |
Operator | Rafiq Quliyev |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1989 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 20 dəq. |
Ölkələr | SSRİ |
İl | 1989 |
Texniki məlumatlar |
2 hissə 550 metr 35 mm |
Rəng | rəngli |
Kinolentdə Moskva və Leninqrad sənətşünasları, Azərbaycanın tanınmış rəssamlarından Tahir Salahov, Maral Rəhmanzadə, Səttar Bəhlulzadənin Azərbaycan və bütün ölkə incəsənəti üçün inkişafındakı böyük xidmətlərindən söhbət açırlar.