Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azər Abdulla oğlu Əhmədbəyli (Azər Abdulla) (1 aprel 1940 – 20 mart 2021, Bakı) — şair, yazıçı, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1977), filologiya elmləri namizədi (1986).
Azər Abdulla | |
---|---|
Azər Abdulla oğlu Əhmədbəyli | |
Doğum adı | Azər Əhmədbəyli |
Doğum tarixi | 1 aprel 1940 |
Doğum yeri | Zəngəzur, Qərbi Azərbaycan |
Vəfat tarixi | 20 mart 2021 (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | kəskin pnevmoniya |
Dəfn yeri | Xırdalan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | filoloq |
Fəaliyyəti | Şair, yazıçı, publisist |
Fəaliyyət illəri | 1967—2021 |
Əsərlərinin dili | Azərbaycan, türk, rus, ingilis, fransız, fars dillərində |
azerabdulla.blogspot.com |
Azər Abdulla 1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962–1967).
Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967–1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi.
"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edib.
Azər Abdulla 2021-ci il martın 20-də kəskin pnevmoniyadan dünyasını dəyişib.[1] Xırdalan qəbiristanlığında dəfn olunub.