Səudiyyə Ərəbistanı Milli Qvardiyası (ərəb. الحرس الوطني, Rom: - əl-Haras əl-Vatani) Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin tabeliyində olan bir bölmədir. 23 dekabr 1917-ci ildə yaradılmışdır.[1] 2013-cü ildən etibarən isə elə həmin ildə yaradılmış olan və Xalid ibn Əbdüləziz ibn Məhəmməd ibn İyaf əl-Mukrinin rəhbərlik etdiyi Milli Qvardiya Nazirliyinin tabeliyi altında fəaliyyət göstərir. 2015-ci ildəki məlumatlara əsasən onun, 125.000 nəfəri aktiv və 25.000 nəfəri ehtiyat qüvvə olmaqla bərabər ümumilikdə təxminən 150.000 nəfərlik personalı mövcuddur.[2][3]
Səudiyyə Ərəbistanı Milli Qvardiyası | |
---|---|
ərəb. الحرس الوطني, | |
Növü | Quru qoşunları, Milli Qvardiya |
Yaranma tarixi | 23 dekabr 1917-müasir dövr |
Ölkə | Səudiyyə Ərəbistanı |
Tabedir | Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri |
Tərkibi |
Milli Qvardiya Prezidentliyi (1954-2013) Milli Qvardiya Nazirliyi (2013-) |
Vəzifəsi | Səudiyyə Ərəbistanı kralının müdafiəsi |
Sayı |
Aktiv: 125.000 (2015) Ehtiyat: 25.000 (2015) Ümumilikdə: 150.000 (2015) |
Qərargah | Rabva, Ər-Riyad |
Ləqəbi | Ağ ordu |
Müharibələr |
|
Komandanlıq | |
Komandir | Xalid ibn Əbdüləziz ibn Məhəmməd ibn İyaf əl-Mukri |
sang.gov.sa | |
Vikianbarda əlaqəli mediafayllar |