Bu məqalə qaralama halındadır. |
Bəhreyndə müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırılır. Aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə edib. Olayda yaralananların olduğu bildirilir.
Qeyd edək ki, Bəhreyndə çoxluqdakı şiələr iqtidardakı sünni ailəsini onlara qarşı sistemli ayrı-seçkilik etməkdə suçlayırlar. Bəhreyn Kralı Həmad bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqlayıb, hökumət isə keçən ilki təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd edib.[1]
Bəhreyndə kütləvi etiraz aksiyaları davam edir. Müxalifətdəki şiə "İslam Milli Birlik Assosiasiyası" Partiyası ("Vəfaq") ölkə parlamentindəki fəaliyyətini müvəqqəti dondurmaq qərarına gəlib. Vəfaq" bu minvalla paytaxt Manamada polisin dinc nümayişçilərə atəş açmasına və vətəndaşların güllələnərək öldürülməsinə etiraz edir. Partiya 40 yerlik Bəhreyn parlamentində 18 mandata malikdir. "Əl Misri əl Yəum" bildirir ki, Bəhreyndə xalqın etiraz aksiyaları səngimir. Manamanın cənubundakı Karkəzan kəndində polislə xalqın toqquşması nəticəsində 2 bəhreynli qətlə yetirilib, 60 nəfər yaralanıb. Manamanın cənub həndəvərindəki Dəyhada nümayişlər davam edir. Oradakı şiə ərəblər polisin 22 yaşlı gənci güllələməsinə etiraz edirlər. Eyni zamanda, Sitra adasındakı Nuvaydrət kəndində də nümayişlər davam edir. Bəhreyn kralı şeyx Həmad bin İssa əl Xəlifə bu gün dövlət televiziyası ilə xalqa müraciət edərək "islahatlar və dəyişikliklərin bundan sonra da davam edəcəyini" bildirib. "Nümayişlər zamanı iki nəfərin həlak olması ilə bağlı dərin təəssüf hiss keçirdiyimi bildirirəm. Hadisənin araşdırılması üçün müvafiq komissiya yaradılıb. Qoy hamı bilsin ki, həqiqət yerini tapacaq, günahkarlar cəzasız qalmayacaq. Komissiyanın işinə baş nazirin müavini Cavad bin Səlam əl Əarid başçılıq edir", – kral bildirib. Bəhreynin paytaxtı Manamanın mərkəzindəki Mirvari meydanında hazırda 10 min nəfərə yaxın nümayişçi var. Müxalifətçi deputat, 34 yaşlı İbrahim Mətar Mətar "Əl Ərəbiyyə"yə bildirib ki, ölkənin 500 min nəfərlik əhalisinin 70 faizi şiələr olsalar da, onların hüquqları pozulur: "İş yerləri, mənzil və təhsil problemlərimiz çox ağırdır. Üstəlik, siyasi tələblərimiz də yerinə yetirilmir". Tunis və Misirdə olduğu kimi, Bəhreyndə də nümayişçilər aksiyalarını Twitter və Facebook sosial şəbəkələrindən yararlanaraq tənzimləyirlər. Nümayişlər zamanı güllələnmiş 21 yaşlı Əli Muşamiə və 31 yaşlı Fadel Mətruqun bu gün anım mərasimi keçiriləcək. Onların dəfn olunduqları "Jidi Haffiz" qəbiristanlığını polis və hərbçilər mühasirəyə alıb. Bəhreynin tanınmış siyasətçisi, 40 yaşlı Əbd əl Əmir əl Cəvri MBC-yə bildirib ki, kral Xəlifə xalqın etiraz aksiyalarını yatırmaq üçün əlavə hərbi qüvvə almaq məqsədilə qonşu Səudiyyə Ərəbistanına müraciət edib.[2]
ABŞ Fars körfəzindəki 5-ci donanmasının mənzil-qərargahının yerləşdiyi Bəhreyndə baş verənlərdən ciddi narahatdır. Çünki dünən axşama qədər sünni kral ailəsinin hakimiyyətdən uzaqlaşmasını yalnız ölkədəki şiə çoxluq tələb edirdisə, artıq sünnilər də kral hakimiyyətinə qarşı başlanan aksiyalara qoşulublar. Sünni yaşayış məntəqələrində keçirilən aksiyalarda kral Hamad İsa əl-Xəlifənin istefası tələb olunur. "DebkaFile" saytı yazıb ki, Bəhreyn kralı hakimiyyətini qorumaq üçün artıq Səudiyyə Ərəbistanının kralı Abdullaya müraciət edib və Səudiyyə Ərəbistanın ordusunun sərhədi keçərək ona yardım etməsini istəyib. Səudiyyə Ərəbistanı hakimiyyəti isə Bəhreyndə baş verən kütləvi iğtişaşların bu ölkənin ərazisində də yayılacağından qorxur. Şiələr yaşayan rayonlarda, o cümlədən neft yataqları və limanlar ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.[3]
Bəhreynin paytaxtı Manamada İnci Qovşağı meydanına keçirilən etiraz aksiyası dağıdılıb. Polis aksiyaçıları gecə saatlarından sıxışdırmağa başlayıb. Meydanının ətrafındakı işıq sistemləri dağıdılıb. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub. Ən azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb. Qeyd edək ki, Bəhreyndə 4 gündür, davam edən aksiyalarda baş nazirin istefası, hökumətin formalaşmasında müxalifətin iştirakı, ölkənin konstitusiyalı monarxiya sisteminə keçidi, siyasi məhbusların azadlığa buraxılması, yeni iş yerlərinin yaradılması, mənzil probleminin həlli tələb olunur. İlk günlərdə Bəhreyndə aksiyaları şiələr keçirirdisə, bir gün əvvəl sünnilər də aksiyalara qoşulublar.[4][5]
İğtişaş geyimlərində olan polis falanqasının geri çəkilməsi və etirazçıların meydana doluşması bircə an çəkib. Meydanın otu üzərində hələ də Cümə Axşamı keçirilmiş hücum əməliyyatı zamanı tökülmüş qan vardı. Lakin buna baxmayaraq ordu da, polis də çıxıb gedib və meydan etirazçıların əlindədir. Onların bəzilərinin əllərində gül-çiçək və sülhü simvolizə edən ağ bayraqlar var. Meydanda bir təntənə hiss olunur, şüarlarda isə hakim ailənin çıxıb getməsi tələb edilir. Vəliəhd şahzadə Salman bin Həməd əl Xəlifə bundan bir qədər əvvəl siyasi partiyalar, o cümlədən əsas şiə partiyası olan əl Vefaqla əlaqə saxlayıb. O deyib ki, krallığın təhlükəsizliyi onun başlıca vəzifəsidir. O həmçinin ölənlər üçün milli matəm elan edib. Bundan bir qədər əvvəl Bəhreyndən alınan rəsmi xəbərlərə görə ordu komandanları əsgərlərə paytaxt Manamanın mərkəzi küçələrindən çəkilməyi əmr ediblər. Bu əmr müxalifət hökumətin dialoq barədə təklifini rədd etdikdən sonra verilib. Xəbər verilir ki, əsgərlərin yerlərini polis tutmalıdır. Son günlər baş verən hadisələrdə ordu olduqca sərt mövqe tutaraq paytaxt Manamanın mərkəzi meydanını zəbt etmişdi. İndi isə qəflətən hərbiyyənin mövqeyi dəyişib. Ölkənin əsas şiə müxalifəti ordunun şəhərdə qalacağı müddətdə hökumətlə heç bir danışığa gedilməyəcəyi barədə bəyanat verdikdən az sonra tanklar və əsgərlər Sədəf Meydanını tərk ediblər. Bununla belə, Bəhreyndə qəzəb və ehtirasların coşduğu bir vaxtda hökumətinin bu jestinin fayda verib-verməyəcəyi bilinmir. Bu da bəllidir ki, ordunun qışlaları etiraz meydanı olan Sədəfdən çox da uzaq deyil.[6]
BMT-nin baş katibi Pan Ki Mun Bəhreyndə nümayişçilərə qarşı aşırı güc tətbiqindən narahatlığını ifadə edib. Baş katib həm Bəhreyndə, həm də nümayişlərin keçirildiyi digər ərəb ölkələrində sakitlik çağırışı edib. Ban Ki Mun Bəhreyn hökumətini mülki vətəndaşlara və jurnalistlətə güc tətbiq etməməyə çağırıb.
Baş katib dövlətin dinc aksiyalar keçirən insanların haqlarına sayğı göstərməsinin vacibliyini vurğulayıb və hökumətin bu istiqamətdəki öhədliklərini yerinə yetiməli olduğunu deyib. BMT-nin xüsusilə dinc aksiyalar keçirmə və toplanma haqqı ilə söz və mətbuat azadlığına böyük önəm verdiyii vurğulayan Ban Ki Mun bölgədəki bütün liderlərin xalqlarını diqqətlə dinləmələrini və onların legitim istəklərinə cavab vermələrini istəyib.
Hazırda təzyiqə deyil, ciddi islahatlara ehtiyac olduğunu söyləyən baş katib qeyd edib ki, tələb olarsa, BMT bölgə ölkələrində azad və şəffaf seçkilərin keçirilməsinə yardım edə bilər.[7]
Bəhreyndə də hökumət əleyhinə nümayişlər səngimir. BBC xəbər verir ki, nümayişçilər yenidən paytaxt Manamanın mərkəzindəki Sədəf Meydanını ələ keçiriblər. Bildirilir ki, polis falanqasının geri çəkilməsi və etirazçıların meydana doluşması bircə an çəkib. Meydanın otu üzərində hələ də cümə axşamı keçirilmiş hücum əməliyyatı zamanı tökülmüş qan izləri olub. Lakin buna baxmayaraq ordu da, polis də geri çəkilib və meydan etirazçıların əlindədir. Onların bəzilərinin əllərində gül-çiçək və sülhü simvolizə edən ağ bayraqlar var. Meydanda bir təntənə hiss olunur, şüarlarda isə hakim ailənin çıxıb getməsi tələb edilir. Vəliəhd şahzadə Salman bin Həməd əl Xəlifə siyasi partiyalar, o cümlədən əsas şiə partiyası olan əl Vefaqla əlaqə saxlayıb. O deyib ki, krallığın təhlükəsizliyi onun başlıca vəzifəsidir. O həmçinin ölənlər üçün milli matəm elan edib. Bəhreyndən alınan rəsmi xəbərlərə görə, ordu komandanları əsgərlərə paytaxt Manamanın mərkəzi küçələrindən çəkilməyi əmr ediblər. Bu əmr müxalifət hökumətin dialoq barədə təklifini rədd etdikdən sonra verilib. Son günlər baş verən hadisələrdə ordu olduqca sərt mövqe tutaraq paytaxt Manamanın mərkəzi meydanını zəbt etmişdi. İndi isə qəflətən hərbiyyənin mövqeyi dəyişib. Ölkənin əsas şiə müxalifəti ordunun şəhərdə qalacağı müddətdə hökumətlə heç bir danışığa gedilməyəcəyi barədə bəyanat verdikdən az sonra tanklar və əsgərlər Sədəf Meydanını tərk ediblər.
Bununla belə, Bəhreyndə qəzəb və ehtirasların coşduğu bir vaxtda hökumətinin bu jestinin fayda verib-verməyəcəyi bilinmir. Bu da bəllidir ki, ordunun kazarmaları etiraz meydanı olan Sədəfdən çox da uzaq deyil. Meydanda nümayişlər bütün gecəni də davam edib. Ölkədə misli görünməmiş etirazları başladan nümayişçilər siyasi islahatların aparılmasını, kralın səlahiyyətlərinin məhdudlaşdırılmasını, hökumətin dəyişməsini tələb edirlər. Təhlilçilərə görə, Bəhreyndə baş qaldıran bu etirazlar kralın taxt-tacını möhkəm silkələyir.[8]
Bəhreyn paytaxtında on minlərlə insanın iştirakı ilə nümayiş keçirilir. Cümə namazından çıxan şiələr hakimiyyətin istefası tələbilə yürüşə başlayıb. Hazırda paytaxtın iki yerində yürüş davam edir. Hələlik polis aksiyaya müdaxilə etmir.[9]
25 fevral 2011-ci ildə kral Həməd ben İsa əl-Xəlifə hökumətdən üç naziri " böhran yaradn situasiya yaratdlqlarına görə" istefaya göndərdi. Nazirlərin adı açıqlanmadı.
26 fevral tarixində on minllərlə insan , əsasən islamın şiə cərəyanına aid olanlar Manamanın mərkəzi meydanına, hökumət binasının yanına toplaşaraq bu addımın az olduğunu və köklü dəyişiklik istdiklərini bildirdilər. Bu aksiya zamanı polis və ordu hissələri nümayiş yaxınlığında görünmürdülər.
Hərəkarın nümayəndəsi Abbas Bəhrəmi bildirdi ki, " biz situasiyanı yenidən gərginlikdə saxlayaraq bütün hökumətin istefaya getməsini tələb edirik".[10]
Bu gün minlərlə aksiyaçı Bəhreynin paytaxtı Manamada parlament binasını mühasirəyə alıb. Binanın mühasirəyə alınması nəticəsində parlamentin yuxarı palatasının kral tərəfindən təyin edilmiş üzvləri parlamentə daxil ola bilməyiblər və bu günə təyin olunmuş iclas baş tutmayıb. Radikallığı ilə seçilən Azadlıq və Demokratiya Uğrunda Hərəkatın liderlərindən olan Hasan Mşaym deyib ki, son iki həftədə baş verən toqquşmalarda 7 nəfər həlak olub. Aksiyalarda məqsəd Bəhreyndə kral hakimiyyətinin devrilməsinə, ya da minimum konstitusiyalı monarxiya rejiminə keçidə nail olmaqdır.
Qeyd edək ki, ölkədə əsas müxalif qüvvə olan Əl-Vəqf Partiyasının deputatları parlamenti boykot edirlər. Əl-Vəqf Partiyasının rəsmi nümayəndəsi Xəlil əl-Marzuki deyib ki, kral Xamad ben İsa əl-Xəlifə 5 naziri dəyişməklə manevr edir: "Biz Nazirlər Kabinetinin bütün tərkibdə istefaya göndərilməsini və Milli Xilas Hökumətinin qurulmasını tələb edirik".[11]
Səudiyyə Ərəbistanı Bəhreynə 30 tank göndərib. Bu barədə Misirin "Al-Masry Al-Youm" qəzeti məlumat verib. Qəzetin məlumatına görə, şahidlər hər birində 2 tank olan 15 avtoplatformanın 25 kilometrlik Kral Fəhd körpüsü ilə ölkəyə daxil olduğunu görüblər. Kral Fəhd körpüsü Səudiyyə Ərəbistanını bu ada dövləti ilə birləşdirir.
Xatırladaq ki, artıq bir neçə həftədir ki, Bəhreyndə hökumət əleyhinə çoxminlik mitinqlər keçirilir. Etirazçıların əsas hissəsi ölkə əhalisinin 75%-ni təşkil edən şiələrdən ibarətdir. Onlar şiələrin hüquqlarının artırılmasını, ölkədə konstitusiyalı monarxiya qurulmasını tələb edirlər. Qarşıdurmalarda 6 nəfər həlak olub.[12][13]
Bəhreyndə bu gün İnci Meydanını dolduran nümayişçilər iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və islahatların həyata keçirilməsini tələb ediblər. Hökumət əleyhdarı olan minlərlə şiə meydanda bayraqlarla dolaşaraq mühacirlər əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər Daxili İşlər Nazirliyinə yürüş edərək siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər.[14]
Bəhreyndə hökumət əleyhdarı minlərlə nümayişçi baş nazirin ofisi qarşısında mitinq keçirib. Nümayişçilər ölkədə siyasi islahatlara nail olmaq məqsədilə bir həftədir mitinqlər keçirir. Mitinqdə hakim ailə əleyhinə şüarlar bağırıb. Baş nazir Şeyx Xəlifə bin Salman əl-Xəlifə 40 ildir hakimiyyətdədir. O, kral Həməd bin İssa əl-Xəlifənin əmisidir. Şiələrin başçılığı ilə müxalifət qüvvələri əsas etibarilə əl-Xəlifə ailəsinin üzvlərindən ibarət olan hökumətin bütünlüklə istefaya getməsini tələb edir. Onlar sünni monarxiyanın körfəz ölkəsinin əhalisinin böyük hissəsini təşkil edən şiələrin də təmsil olunduğu seçkili hökumətlə əvəz edilməsini istəyir.[15]
Kral Hamad Al-Xəlifə martın 15-i Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirəcək.[16]
Bəhreyndə yüzlərlə polis hökumət əleyhinə nümayiş keçirən kütləyə hücum çəkib. Toqquşmada ən azı 5 nəfərin öldüyü, yüzlərlə nümayişçinin yaralandığı məlum olub. "Bu, insanların məhv edilməsinə yönəlmiş müharibə idi. Bu, yolverilməzdir", – deyə hökumət qüvvələrinin nümayişçilərin çadır şəhərciyi yaradarkən yol verdikləri zorakılığa münasibət bildirən müxalifətçi Abdel Calip Xəlil bildirib. O, ordunun yalnız çadır şəhərciyini dağıtmaqla məşğul olmadığını, bütünlükdə paytaxt küçələrinə səpələndiyini söyləyib: "Hərbçilər qarşısına çıxanı güllələyirdi". Bəzi məlumatlara görə, toqquşma nəticəsində 2 polis də dünyasını dəyişib. Toqquşmalar nəticəsində ölənlər var. Lakin onların sayı açıqlanmır. Bəhreyn kralı ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib. Hətta Səudiyyə Ərəbistanı ordusu hakimiyyətə kömək etmək üçün Bəhreynə yeridilib. Gecə saatlarından etibarən, paytaxt Manamada müxalifətçilərin gecələdiyi çadırların sökülməsinə başlanıb.[17][18]
Bəhreyndə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələri, xüsusi ilə Səudiyyə Ərəbistanının hərbçiləri ilə qanlı qarşıdurma başlayıb. martın 16-da Səudiyyə Ərəbistanının 1 hərbçisi, Bəhreyn təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı öldürülüb. Təsdiqlənməmiş məlumatlara görə, şiələrin yaşadığı Sitra kəndində yüz nəfərə yaxın insan güllələnib. Rəsmi məlumatlara görə isə dünən Bəhreyndə 4 əsgər və 3 aksiyaçı öldürülüb. Qarşıdurmalar bu gün də davam edir. Bu arada Avropa Birliyinin rəhbərliyində olan, adının açıqlanmasını istəməyən diplomat "EU Observer" nəşrinə açıqlamasında bildirib ki, Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələrinin Bəhreyn kralına kömək məqsədilə martın 14-də ölkəyə daxil olması çox təhlükəlidir və Bəhreyndə Liviyada da olduğundan təhlükəli vətəndaş müharibəsi başlaya bilər. Diplomat vurğulayıb ki, Bəhreyndə nə baş verdiyi artıq çılpaqlığı ilə üzə çıxır: Bəhreynlə şiə və sünnilər açıq toqquşma şəraitindədirlər. Bu, əslində İranla Səudiyyə Ərəbistanının üz-üzə gəlməsidir. Bu, partlayış doğuracaq bir durumdur. Tək biz yox, ABŞ və Rusiya da narahatdır. Bəhreyndə baş verənlər, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələrinin şiələrə qarşı sərt davranışları İran və İraqda da narazılıqlara yol açıb. Şiələrin müqəddəs şəhəri Kərbəlada bu gün kütləvi aksiya keçirilib. Aksiyada Səudiyyə Ərəbistanının Bəhreyni işğal etməsi əleyhinə şüarlar səsləndirilib. İranda keçirilən aksiyada tələbələr Bəhreynə könüllü döyüşçü kimi getmək istədiklərini bəyan ediblər. İsveç xarici işlər naziri Karl Bild bu gün öz bloqunda yazıb ki, Bəhreyndə öncə proseslərə İranın hər hansı müdaxiləsi olmayıb: "Ancaq İranın Bəhreyndəki proseslərə müdaxilə ehtimalı işğal və davam edən aksiyalar fonunda hər gün artır".[19]
Bəhreynin paytaxtı Manamada mitinq edənləri dağıdandan sonra bütün ölkədə 16.00-dan 04.00-a qədər komendant saatı rejimini tətbiq edib. Bütün mitinq, yürüş, etiraz aksiyaları və toplantılar qadağan olunub. Bu gün isə ölkə müxalifətinin 6 lideri həbs olunub. Onlarla bağlı sabah rəsmi ittihamın səsləndiriləcəyi gözlənilir. Bəhreyndə müxalifətçilərin həbslərinə etiraz əlaməti olaraq İran bu ölkədəki səfirini geri çağırıb, "xalq etirazlarının iştirakçılarının hakimiyyət tərəfindən qətlə yetirilməsi"nə sərt etirazını bildirib. Xatırladaq ki, Bəhreyndəki müxalifətçilərin tam əksəriyyəti şiələrdir.[20]
Günorta saatlarında polis paytaxt Manama yaxınlarında sünni kral hakimiyyətinə qarşı çıxan şiə aksiyaçılara atəş açıb. Bəhreyn İnsan Haqları Dərnəyinin rəhbəri Nebil Recep Manamanın qərbindəki Şiə Deyh bölgəsində polisin aksiyaçılara atəş açdığını bildirib. Çoxlu sayda polis avtomobili Cidafs bölgəsini Deyhə bağlayan yolu qapadıb.[21]
Bəhreyndə həftələrdir davam edən mitinqin dağıdılmasından sonra kütləvi həbslər başlayıb. Xəstəxanalara hücum edən təhlükəsizlik qüvvələri indiyə qədər 7 nəfəri komendant saatını pozaraq mitinq keçirmək və iqtidarı devirməyə cəhd göstərməkdə günahlandıraraq həbs ediblər. Manama küçələrində isə tanklar növbə çəkir. Eyni zamanda vertolyotlarla da şəhər nəzarətdə saxlanılır. Ölkənin şiə əsilli səhiyyə naziri Nizar Baharna xəstəxanalara basqınlara etiraz əlaməti olaraq istefa verib. BMT-nin insan haqları üzrə komissarı Navi Pilley isə Bəhreyndə təhlükəsizlik qüvvələrinin xəstəxana və klinikaları dərhal tərk etmələrini tələb edib. Beynəlxalq Amnistiya Təşkilatı polisin yaralı müxalifətçilərin xəstəxanalara getmələrinə mane olduğunu açıqlayıb. Daha öncə Körfəz ölkələrinin Bəhreynə hərbi qüvvə göndərməsini qınayan iran isə Manamadakı səfirini geri çağırıb.[22]