Erkən islama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir . Əsasən Məhəmmədləvə erkən islam tarixinin əsasını qoyan bir çox şəxslərlə əlaqəli olan məscidlər, qəbiristanlıqlar, evlər və tarixi ərazilər uçurulma məqsədilə hədəfə alınmışdır.[1] Səudiyyə Ərəbistanında bu tikililərin dağıdılması durmadan artmaqda olan Həcc ziyarətçilərini yerləşdirmək məqsədilə Məkkədə Məscid əl-Həramın və Mədinədə Peyğəmbər Məscidinin və onların köməkçi xidmət vasitələrinin rəsmi surətdə genişləndirilməsi prosesinin bir hissəsidir.[2]
1932-ci ilə qədər Ərəbistan yarımadasının əksər hissəsi üçüncü və hazırkı Səudiyyə hakimiyyəti tərəfindən siyasi olaraq birləşdirilmişdi. Kral Əbdüləziz ibn Səudun rəhbərliyi ilə onun ruhlandırılmış qəbilə üzvlərindən ibarət bədəvi ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Hicaz zəbt edildi və Haşimi tayfası hakimiyyətdən kənarlaşdırıldı. Əsasən tayfa üzvlərindən ibarət olan və yazı-pozu bilməyən Nəcdli yeni idarəçilər çox mürəkkəb bir cəmiyyətin başçıları oldular. “Məclis əş-Şura” (Məsləhət şurası) sisteminə əsaslanan birgə siyasi struktur yüz illər ərzində orada mövcud olmuşdur. Mərkəzi idarəetmə orqanı orta məktəblərə, hərbi və polis qüvvələrinə xərclənən büdcəyə nəzarət edirdi.[3] Eynilə, Nəcd və Hicazın dini strukturu həddən artıq müxtəlif idi. Ənənəvi Hicaz mədəni adət-ənənə və ritualları təbiətcə demək olar ki, təmamilə dini idi. Məhəmmədin, onun ailəsinin və səhabələrinin şərəfinə keçirilən mərasimlər, vəfat etmiş müqəddəs şəxsiyyətlərə hörmət, onlara məxsus qəbir, türbə və ziyarətgahların ziyarət edilməsi Hicazda mövcud olan islamın yerli dəyərlərindən idi.[4]
Hicazın idarəetmə hüququ daxildən Nəcd (vəhhabi) müsəlmanlarının əlinə keçdikdə Vəhhabi alimləri burdakı yerli dini mərasimləri dinin əsas fundamentlərini əvəz edən əsassız xurafat və bidət hesab etdilər.[5] Bunun ardınca Məhəmmədin ailəsi və səhabələrinə məxsus tikililər, türbələr, məqbərələr və məscidlərin məhv edilməsinə başlandı.[6]
Tikililərin ilkin məhv edilməsi prosesi 1806-cı ildə Birinci Səudiyyə Dövlətinin vəhhabi ordusu Mədinəni işğal etdikdə və sistematik olaraq Cənnət əl-Bəqi qəbiristanlığındakı tikililərin bir çoxunu məhv edərək düzəngaha çevirdiklərində başlanmışdı.[7] Peyğəmbər məscidinin (Məscid ən-Nəbəvi) yaxınlığındakı bu böyük qəbiristanlıq Məhəmmədin ailəsinin bir çox üzvlərinin, yaxın səhabələrinin və erkən islamın əsas şəxsiyyətlərinin qalıqlarına ev sahibliyi edir. Daha tolerant olan və öz zamanlarında islamın mistik qolunu təmsil edən Osmanlı türkləri Bəqi qəbiristanlığında qəbirlər üzərində möhtəşəm məqbərələr tikmişdilər. Bütün bunlar vəhhabilər tərəfindən dağıdılmışdı. Şəhər ətrafındakı məscidlər də hədəfə alınmışdı və hətta Məhəmmədin məzarının dağıdılmasına da cəhd edilmişdi.[8]
Bu sonuncu hərəkətin (Məhəmmədin məzarının dağıdılmasına cəhdin) Hindistandan belə geniş müsəlman ictimaiyyəti tərəfindən tənqid olunması son nəticədə bu tikiliyə yönəlmiş cəhdin qarşısını aldı. Səudiyyə tərəfindən türklərin ərazi nəzarətinə qarşı siyasi iddiaları Osmanlı-Səudiyyə müharibəsinin başlanğıcını qoydu. Müharibənin sonunda Səudiyyə uduzdu və nəticə olaraq vəhabi tayfa üzvləri Hicazdan içəri doğru geri çəkilməyə məcbur oldular. Türk ordusu regiona nəzarəti yenidən ələ keçirdi və daha sonra 1848-1860-cı illər ərzində müqəddəs tikililərin bərpasını həyata keçirdi. Bu tikililərin əksəriyyəti Osmanlı dizayn və usta işinin ən yaxşı nümunələri ilə işlənmişdir.[9]
21 aprel 1925-ci il tarixində Bəqidəki məqbərə və gümbəzlər yenidən yerlə yeksan edildi[9] və Məhəmmədin ailə üzvləri və nəslinin qəbirləri bu günə qədər də həmin vəziyyətdə qalıblar. Məhəmmədin məzarı üzərində yazılan, müəllifi əhli-sünnə alimi Muhəməd əl-Busiri (1211-1294) olan məşhur əl-Burda qəsidəsinin (qəbirdə qəsidədən bir parça yazılmışdı) üzəri rənglənərək görünməz hala salınmışdı.
Həmin vaxt hədəf alınan səciyyəvi tikililər arasında Məhəmmədin əmisi və onun ən sevimli dəstəkçilərindən olan məşhur Həmzə ibn Əbdülmütəllib də daxil olmaqla Uhud döyüşü şəhidlərinin məzarları, Məhəmmədin qızı Fatimə əz-Zəhra Məscidi, Minarəteyn Məscidi, həmçinin Uhud döyüşündə Məhəmmədin aldığı zərbədən sınan dişinin basdırıldığı yerdə ucaldılan qübbə - Qübbət əl-Sənaya[9] da var idi.
Bu müddətdə Mədinədə Məhəmmədin misirli xristian (قبطي - qubti) həyat yoldaşı Mariyanın evi və onların övladı İbrahimin doğum yeri olan Məşrubat Ümmü İbrahim, həmçinin onun yaxınlığındakı Musa əl-Kazımın anası Həmidə əl-Bərbəriyyənin məzarı da dağıdılmışdı.[9] Bu ərazi yenidən döşənmiş və hazırda Məscidin yanındakı böyük mərmər eksplanadanın bir hissəsidir.
Səudiyyə Ərəbistanının dövlət tərəfindən təyin edilmiş daimi elmi komitəsi şirkə aparan həddən artıq göstərilən ehtiramı qeyd edərək islami qaydalar silsiləsində bu cür tikililərin uçurulmasına göstəriş vermişdir.[10]
Son dövrdə Məkkə və Mədinədə tikililərin dağıdılmasında artım müşahidə edilir. İllik Həcc ziyarətləri ildən-ilə artdığından Səudiyyə hökuməti iki məscid ətrafındakı köhnə yaşayış məntəqələrini sökərək ziyarətə aid infrastrukturlar üçün yol açmağı vacib hesab etmişlər. 2010-cu ildə tikintini həyata keçirənlərin şəhər tarixində bu ən böyük genişləndirmə layihəsinə təxminən 13 milyard dollar xərcləyəcəkləri proqnoz verilmişdi.[11] Çox sayda ziyarətçinin (zəvvarın) yerləşdirilməsi üçün obyektlərə ehtiyac duyulmasında böyük əksəriyyət razılığa gəlsə də, yüksək səviyyəli hotellərin inkişafı, çoxmərtəbəli binalar, restoranlar, ticarət mərkəzləri və hətta iki dəbdəbəli spa[12] bəzi mütəxəssislərin çoxlarının İlahi təyinatla müsəlmanlar üçün ibadətgah yeri hesab etdikləri məkanın həddən artıq kommersiyalaşdırılmasını tənqid etmələrinə səbəb olmuşdur. Məkkə və Mədinədə kapitalist investisiyaların sürətli axını pul və iqtisadi artımın Səudiyyə hökuməti üçün ən başlıca məqsəd olmasına bir çoxlarını inandırmışdır. Tənqidçilərin fikrincə Səudiyyə hökuməti vəhhabi əqidəsinə qarşı olan adətlərə rəvac verən hər bir ünsürü aradan qaldırmaqla Müqəddəs şəhərlərin çox mühüm mədəni və sosial mexanizmlərini məhv edib.[13]
1801 və 1802-ci illərdə Səudiyyəlilər Əbdül-Əziz ibn Muhəmməd ibn Səudun başçılığı altında İraqdakı müqəddəs şiə məntəqələri olan Kərbəla və Nəcəfə hücum edib tutdular, müsəlman əhalinin bir hissəsini qətlə yetirdilər, Məhəmmədin əmisi oğlu və kürəkəni olan Əlinin oğlu və Məhəmmədin nəvəsi Hüseynin türbəsini dağıtdılar. (bax: əvvəldə Səudiyyənin dəstəyi qeyd edilib) 1803 və 1804-cü illərdə Səudiyyəlilər Məkkə və Mədinəni işğal etdilər, Müsəlman Dünyasının qayda-qanunlarının pozulmasını, bütpərəstliyə səbəb olmalarını əsas gətirərək tarixi abidələri və müxtəlif müqəddəs müsəlman tikililərini və Məhəmmədin qızı Fatimənin məzarı üzərində tikilmiş ziyarətgah da daxil olmaqla bir çox ziyarətgahları dağıtdılar, hətta Məhəmmədin qəbrini də məhv etməyə cəhd etdilər.[14][15][16] Məkkədə Məhəmmədin birinci həyat yoldaşı Xədicə binti Xuveylid də daxil olmaqla digər yaxın qohumlarının əl-Muəalla qəbiristanlığındakı türbələri də dağıdılmışdır.[17]
Aşağıda dağıdılmış tikililərin tam olmayan siyahısı verilmişdir.
The tension between Saudi Shi'ite and Wahhabi is especially intense because Saudi "Wahhabis" actively reject all veneration of man, even the prophet. At one point, they even attempted to destroy Muhammad's tomb in Medina. In contrast, the Saudi Shi'ites are "Twelvers," a branch of Islam that venerates the Prophet's son-in-law Ali, and believes that the leadership of Islam must pass through Ali's line. They venerate each of the past imams, and make pilgrimages to their tombs.