Şiəlikdə müqəddəs məkanlar

Bütün müsəlmanlar tərəfindən müqəddəs məkan olaraq qəbul edilmiş üç məsciddən əlavə, şiə müsəlmanları Məhəmmədə, onun ailə üzvlərinə (Əhli-beyt) və nəslinə (şiə İmamları da daxil olmaqla), onların səhabələrinəpeyğəmbərlərə aid məkanları da müqəddəs hesab edirlər. Məkkə, Mədinə, Qüdsdən sonra şiələr tərəfindən ən çox ehtiram göstərilən yerlər NəcəfKərbəladır.[1]

Bütün müsəlmanlar tərəfindən qəbul edilmiş müqəddəs məkanlar

[redaktə | mənbəni redaktə et]

Məscidül-Həram (Məkkə)

[redaktə | mənbəni redaktə et]
Məscidül-Həram (Məkkə, Səudiyyə Ərəbistanı)

Məscidül-Həram (ərəb. ا لمسجد الحرام‎; trans.: Məscidül-həram; azərb. Hörmətli məscid‎) Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşir və İslam dünyasının ən böyük məscididir. Bu məscid müsəlmanların hər gün namaz qılmaq üçün üzlərini çevirdikləri (qiblə) Kəbəni əhatə edir və müsəlmanlar tərəfindən Yer üzünün ən müqəddəs məkanı hesab edilir.

Hazırkı bina daxili və xarici ibadət yerləri də daxil olmaqla 356 800 m2 (3 841 000 fut2) ərazini əhatə edir və Həcc mövsümündə 820 000-ə qədər ziyarətçini qəbul edə bilir. Həcc mövsümündə məscid çoxsaylı ziyarətçiləri eyni anda qəbul edə bilmir. Ramazan bayramı (Fitr bayramı) namazlarına qatılmaq üçün 2 milyondan çox insan bura toplaşır.[2]

İslam təliminə görə, Allah Qurani-Kərimdə məscid sözünü Qurani-Kərimin nazil olmasından əsrlər öncə İbrahim və onun nəsli tərəfindən Allaha ibadət evləri olaraq əsası qoyulan məkanlara istinad edərək işlətmişdir. Bu yerlərdən birincisi Məkkədəki Məscidül-Həram, ikincisi isə Qüdsdəki (Yerusəlim) Məscidül-Əqsadır. İbrahimİsmail tərəfindən əsası qoyulmuş Kəbə ərazisi MəkkəQüdsün 630–638-ci illər ərzində müsəlmanların nəzarətinə keçməsindən əvvəl politeist qeyri-müsəlman ərəblər tərəfindən istifadə edilmişdir.

" (Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!”
Quran, 22-ci surə (əl-Həcc), 26-cı ayə[3]
"
" Onu da yadına sal ki, İbrahimİsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.
Quran, 2-ci surə (əl-Bəqərə), 127-ci ayə[4]
"

Məscidül-Nəbi

[redaktə | mənbəni redaktə et]

Məscidül-Nəbi (ərəb. المسجد النبوي‎; trans.: Məscidun-nəbəvi; azərb. Peyğəmbər məscidi‎) Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir və İslamda ikinci ən müqəddəs məkan hesab edilir.

Bina əslən Məhəmmədin evi olmuşdur. O, Mədinəyə hicrət etdikdən (köçdükdən) sonra burada məskunlaşmış və sonradan torpaq üzərində məscid tikmişdir. O özü də ağır tikinti prosesində iştirak etmişdir. Orijinal məscid açıq hava binası (üstü açıq bina) idi və qadın-kişi ərazilərinə ayrılmamışdı. Məsciddə həmçinin icma mərkəzi, məhkəmə və dini məktəb (mədrəsə) də fəaliyyət göstərirdi. Quran öyrədən şəxslər üçün xitabət kürsüsü də ucaldılmışdı. Məscidin baş planı bütün dünyada bir çox məscidlərin tikilməsi üçün əsas rolunu oynamışdır. Məscidin özü Məhəmməd tərəfindən tikdirilib və ondan sonrakı rəhbərlər isə buranı genişləndirmiş və bəzəmişlər. Bu məkanın ən mühüm xüsusiyyəti Yaşıl Gümbəzdir, hansı ki, yerləşmə baxımından Məscidin mərkəzinə (Məhəmmədin qəbri üzərinə) düşür. Bu gümbəz 1817-ci ildə tikilib, 1839-cu ildə isə yaşıl rəngə boyanıb və Peyğəmbər Gümbəzi kimi tanınır.[5]

Məscidül-Əqsa

[redaktə | mənbəni redaktə et]
Məscidül-Əqsa

Məscidül-Əqsa (ərəb. المسجد الاقصى‎; trans.: əl-məscidul-əqsa; azərb. Ən uzaq məscid‎), həmçinin Əl-Əqsa kimi tanınır. Bu məscid həm şiə, həm də sünni müsəlmanları nəzdində müqəddəs sayılır və Qüdsün Qədim Şəhər ərazisində yerləşir. Gümüş gümbəzli məscid (əl-Əqsa) yerləşən ərazi Qübbətüs-Səhra ilə birlikdə əl-Həram əş-Şərif, yaxud Beytül-Müqəddəs (Müqəddəs ev) adlanır.[6]

Müsəlmanların inancına görə, Merac gecəsi Məhəmməd Məkkədəki Məscidül-Həramdan Məscidül-Əqsaya Buraq adlı minik heyvanı ilə gedib. İslam rəvayətlərinə görə Məhəmməd hicrətdən sonrakı 17-ci aya, yəni Allah Kəbəni qiblə qərar verənə qədər Məscidül-Əqsaya tərəf namaz qılırdı.

Bütün şiələr tərəfindən qəbul edilmiş müqəddəs məkanlar

[redaktə | mənbəni redaktə et]

İmam Əli məscidi

[redaktə | mənbəni redaktə et]
İmam Əli məscidi (Nəcəf, İraq)

İmam Əli məscidi İraqın Nəcəf şəhərində yerləşir. Bu məscidin içində birinci şiə imamı Əli ibn Əbu Talibin qəbri yerləşir.

Həmçinin şiə müsəlmanlarına görə bu məsciddə aşağıdakı şəxslərin də qəbirləri var:

Əli Məhəmmədin əmisioğlu və kürəkəni idi. Şiə əqidəsinə görə o, birinci qanuni xəlifə və Məhəmmədin təntənəli şəkildə elanı ilə birinci imam hesab edilir. Hər il buraya ən azı 8 milyon ziyarətçi axın edir və növbəti illərdə ziyarətçilərin sayının 20 milyona çatacağı gözlənilir.[9]

Bir çox şiə inanır ki, Əli öz qəbrinin düşmənlərinə məlum olmaması üçün öz dostlarından və ailəsindən onu gizli dəfn etmələrini xahiş etmişdi. Güman edilir ki, bu sirr daha sonra Abbasilər xilafəti zamanında 6-cı şiə imamı Cəfər əs-Sadiq tərəfindən aşkara çıxarılmışdır.[10] Şiələrin əksəriyyəti Əlinin Nəcəfdəki İmam Əli məscidində dəfn edildiyini qəbul edirlər.[11]

Həmçinin 6-cı imam Cəfər əs-Sadiqdən rəvayət olunur ki, İmam Əli məscidi 5 müqəddəs məkanın (Məkkə, Mədinə, İmam Əli məscidi (Nəcəf), İmam Hüseyn hərəmi (Kərbəla) və Xanım Məsumə hərəmi (Qum)) üçüncüsüdür.[12]

" Allah Nəcəfi peyğəmbərlərə yurd olaraq seçdi. Allaha and olsun ki, pak cəddi (babası) AdəmNuhdan sonra orada Əmir əl-Möminin Əlidən daha şərəfli bir kəs yaşamadı.[13]
Cəfər əs-Sadiq
"

İmam Hüseyn hərəmi

[redaktə | mənbəni redaktə et]
İmam Hüseyn türbəsinin Əbülfəzl Abbas məscidindən görünüşü.

İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn hərəmində aşağıdakı şəxslərin qəbirləri var:

Məscid 680-ci ildə Kərbəla döyüşündə Hüseynin öldürüldüyü yerdə, qəbri üzərində inşa edilib.[14][15] Hər il milyonlarla insan Hüseynin öldürüldüyü Aşura gününü burada keçirmək üçün Kərbəlaya ziyarət edir.[16] Kərbəlanın məqamını açıqlayan bir çox şiə rəvayətləri mövcuddur:

" Sənin nəvən Hüseynin və onun ailəsinin öldürüləcəyi Kərbəla, Yer üzərində ən xeyirli və ən müqəddəs məkandır və o, Cənnət vadilərindən biridir.[17]
"
" Allah-Təala Kəbəni xəlq edərək ziyarətgah qərar verməzdən iyirmi dörd min il əvvəl Kərbəlanı bərəkətli bir ziyarətgah qərar vermişdi. Həqiqətən o (Kərbəla) ulduzların Yer üzərindəki insanlar üçün parladığı kimi Cənnət bağları arasında parlayacaq.[18]
"
" Elə bir gecə keçməz ki, CəbrailMikayıl onu (Hüseyni) ziyarət etməsin.[19]
Cəfər əs-Sadiq]
"

Bəqi qəbiristanlığı

[redaktə | mənbəni redaktə et]
Bəqi məzarlığı

Bəqi və ya Cənnətül-Bəqi (ərəb. جنة البقيع‎; trans.: Cənnətul-Bəqi; azərb. Bəqi bağı‎) Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül-Nəbinin qarşısında yerləşir və orada aşağıdakı şəxslərin qəbirləri var:

Həmçinin bəzilərinin fikrincə Məhəmmədin qızı Fatimənin əsil qəbri də burada yerləşir.[mənbə göstərin]

Cənnət əl-Muəlla qəbiristanlığı

[redaktə | mənbəni redaktə et]
Cənnət əl-Muəllada Xədicə türbəsi dağıdılmamışdan öncə.

Cənnət əl-Muəlla Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşir. Məhəmmədin bir çox qohumlarının qəbri məhz burada yerləşir:

Xanım Zeynəb məscidi

[redaktə | mənbəni redaktə et]
Xanım Zeynəb məscidi

Xanım Zeynəb məscidi Suriyanın paytaxtı Dəməşqdə yerləşir. Məscid ƏliFatimənin qızları, Məhəmmədin nəvəsi Zeynəbin məzarı üzərində inşa edilmişdir.

Əbülfəzl Abbas məscidi

[redaktə | mənbəni redaktə et]

Əbülfəzl Abbas məscidi İraqın Kərbəla şəhərində İmam Hüseyn hərəminin düz qarşısında yerləşir. Məscid ƏlininÜmmül-Bəninin oğlanları, HəsənHüseynin qardaşı Abbas ibn Əlinin məzarı üzərində inşa edilmişdir.

Hər il milyonlarla insan buranı ziyarət edir və ehtiramlarını nümayiş etdirirlər. Abbasın əsil qəbri ziyarətgahdadır və məqbərənin aşağısındadır.[21]

Müxtəlif sülalərdən olan imperator və krallar Abbasın hərəminə qiymətli hədiyyə və ləl-cəvahirat təklif etmişdirlər. Bu tikili İranMərkəzi Asiya memarları tərəfindən layihələşdirilib (dizayn edilib). Mərkəzi armud formalı gümbəz çox nəfis və dəbdəbəli şəkildə bəzədilmiş tikilidir. Onun kənarlarında iki minarə ucaldılıb. Qəbir saf qızıldan olan zərihlə örtülüb və gümüş hasarla əhatə edilib. Döşəmələrə isə İran xalçaları sərilib.[22]

Xanım Rüqəyya məscidi

[redaktə | mənbəni redaktə et]
Xanım Rüqəyya məscidi

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Xanım Rüqəyya məscidi Hüseynin qızı, adətən ləqəbi "Rüqəyya" adı ilə çağırılan Səkinə binti Hüseynin məzarı üzərində inşa edilmişdir.

Bab əs-Səğir qəbiristanlığı

[redaktə | mənbəni redaktə et]
Bab əs-Səğir

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Bab əs-Səğir qəbirstanlığında Məhəmmədin bir çox qohumları və Kərbəla şəhidləri dəfn edilib:

İmamların ailələrinə məxsus digər türbələr

[redaktə | mənbəni redaktə et]
Şah Əbdüləzim türbəsi

İmamların nəslindən olan şəxslərə mənsub bir çox türbələr var ki, bunlara adətən İmamzadə deyilir:

Məhəmmədlə əlaqəli digər məkanlar

[redaktə | mənbəni redaktə et]
İkiqibləli məscid

İmamlarla, peyğəmbərlərlə və Kərbəla ilə əlaqəli digər məkanlar

[redaktə | mənbəni redaktə et]
Hüseynin kəsilmiş başının qoyulduğu böyük qanlı daş

HZ. Məhəmmədin (S) səhabələri və imamlarla əlaqəli digər məkanlar

[redaktə | mənbəni redaktə et]
Hücr ibn Ədiy məscidi

On iki imamçı şiələrə xas müqəddəs məkanlar

[redaktə | mənbəni redaktə et]

İmam Rza məscidi

[redaktə | mənbəni redaktə et]
İmam Rza hərəminin gecə görüntüsü

İmam Rza hərəmi İranın Məşhəd şəhərində yerləşir. Orada cəfəri şiələrin 8-ci imamı Rza dəfn edilib.

Cəfəri şiələrin inancına görə, Rza orada Abbasi xəlifəsi Məmunun əmrinə əsasən zəhər verilərək sui-qəsdə uğradılıb və buna görə də bu məkan "Məşhəd əl-Rza" (Rzanın şəhid edildiyi yer) adlandırılıb. IX əsrin sonlarına yaxın qəbrin üzərində gümbəz tikilmiş və ətrafında çox sayda tikililər meydana gəlmişdir.

1000 ildən çox müddət ərzində bu məkan dəfələrlə dağıdılmış və yenidən inşa edilmişdir.[28]

Hal-hazırda Məşhəddəki İmam Rza hərəmi cəfəri şiələrin 8-ci imamı Rzanın məqbərəsinin də daxil olduğu bir kompleksdir. Kompleksin daxilində muzey, kitabxana, məzarlıq, məscidmədrəsə var. Bu gün hərəm və içindəki muzey İranın ən geniş mədəni və incəsənət sərvətini, xüsusən əlyazma kitablar və rəsm əsərlərini özündə cəmləyib. Məşhəd çox böyük dini əhəmiyyətinə görə həm də ziyarət məkanıdır. Belə bir deyim var: "Varlı Məkkəyə gedər, kasıb isə Məşhədə." Belə ki, Məkkəni ziyarət edənlərə "Hacı" deyilirsə, Məşhədə, xüsusən də İmam Rza hərəminə ziyarətə gedib-gələnlərə "Məşhədi" deyilir. Həmçinin şəhər əhalisinə də "Məşhədi" deyirlər. Hesablamalara görə, hər il 20 milyondan çox insan Məşhədə ziyarətə gəlir. Ümumiyyətlə, bu məkan cəfəri şiələr üçün İrandakı ən müqəddəs məkan sayılır və bəzən dünya üzrə 3-cü ən böyük şiə hərəmi hesab edilir.[29]

Kazimiyyə məscidi

[redaktə | mənbəni redaktə et]
Kazımiyyə məscidi

Kazımiyyə məscidi İraqın Bağdad şəhərinin Kazımeyn administrativ bölgəsində yerləşir. Orada aşağıdakı cəfəri şiələrin imamlarının türbələri var:

Həmçinin bu məscidin daxilində aşağıdakı cəfəri alimləri də dəfn edilib:

Bəziləri buranı cəfərilikdə 3-cü ən müqəddəs məkan hesab edir.[30][31]

Əskəri məscidi

[redaktə | mənbəni redaktə et]
Əskəri məscidi 2006-cı ildən əvvəl.

Əskəri məscidi İraqın Samirə şəhərində yerləşir. Orada aşağıdakı cəfəri şiələrin imamlarının türbələri var:

Həmçinin bu məscidin daxilində aşağıdakı şəxslər də dəfn edilib:

12-ci yaxud, "qeybdəki" imam Məhəmməd ibn Həsən əl-Mehdinin qeybə çəkildiyi zirzəmi də bu məscidin içindədir.

Samirədə Əskəri məscidinin bombalandığı ərəfədə bu məkanın şiələr üçün Nəcəf, KərbəlaMəşhəd ziyarətgahlarından sonra ən müqəddəs yer olduğu deyilmişdir.[32]

On iki imamla əlaqəli məscidlər

[redaktə | mənbəni redaktə et]
Cəmkəran məscidi

Diri hesab edilən və qeybdə olduğu deyilən sonuncu imam Məhəmməd ibn Həsən əl-Mehdiyə aşağıdakı iki məscid aid edilir:

Xanım Məsumə hərəmi

[redaktə | mənbəni redaktə et]
Xanım Məsumə hərəminin gecə görüntüsü

Xanım Məsumə hərəmi İranın Qum şəhərində yerləşir. Burada cəfəri şiələrin 7-ci imamı Musa əl-Kazımın qızı, 8-ci imamı Rzanın bacısı Xanım Məsumə dəfn edilib. Bəziləri buranı şiəlikdə 3-cü ən müqəddəs məkan hesab edirlər.[12] Burada bir çox mədrəsə və dini məktəblər var. Səfəvi hökmdarı I Şah Abbas XVII əsrin əvvəllərində hərəm üzərində kompleks inşa etdirmişdir.[33]

On iki imamların digər ailə üzvlərinin türbələri

[redaktə | mənbəni redaktə et]
Gəncə İmamzadə türbəsi
  1. "Karbala and Najaf: Shia holy cities" (ing.)). bbc.co.uk. 2003-04-20. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  2. "Makkah the Blessed" (ing.)). jannah.org. 2017-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  3. "Arxivlənmiş surət". 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
  4. "Arxivlənmiş surət". 2014-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
  5. Tore Kjeilen. "Madina" (ing.)). lexicorient.com. 2017-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  6. Schieck, Robert (2008) in Geographical Dimension of Islamic Jerusalem, Cambridge Scholars Publishing; See also Omar, Abdallah (2009) al-Madkhal li-dirasat al-Masjid al-Aqsa al-Mubarak, Beirut: Dar al-Kotob al-Ilmiyaah; Also by the same author the Atlas of Al-Aqsa Mosque (2010)
  7. 1 2 al-Qummi, Ja'far ibn Qūlawayh. 10 // Kāmil al-Ziyārāt. trans. Sayyid Mohsen al-Husaini al-Mīlāni. Shiabooks.ca Press. 2008. 66–67.
  8. 1 2 "Najaf: Pilgrimage sites" (ing.)). al-islam.org. 2017-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  9. Sami al-Jumaili & Khaled Farhan. "Red tape curbs profits from Iraq religious tourism" (ing.)). Reuters. 2009-02-16. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2009.
  10. Majlesi, V.97, p. 246–251
  11. Redha, Mohammad; Mohammad Agha. Imam Ali Ibn Abi Taleb (Imam Ali the Fourth Caliph, 1/1 Volume). Dar Al Kotob Al ilmiyah. 1999. ISBN 2-7451-2532-X.
  12. 1 2 Escobar, Pepe. "Knocking on heaven's door". Central Asia/Russia. Asia Times Online. May 24, 2002. 2010-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-11-12. To give a measure of its importance, according to a famous hadith (saying) - enunciated with pleasure by the guardians of the shrine - we learn that ‘our sixth imam, Imam Sadeg, says that we have five definitive holy places that we respect very much. The first is Mecca, which belongs to God. The second is Medina, which belongs to the Holy Prophet Muhammad, the messenger of God. The third belongs to our first imam of Shia, Ali, which is in Najaf. The fourth belongs to our third imam, Hussein, in Kerbala. The last one belongs to the daughter of our seventh imam and sister of our eighth imam, who is called Fatemah, and will be buried in Qom. Pilgrims and those who visit her holy shrine, I promise to these men and women that God will open all the doors of Heaven to them.’
  13. al-Qummi, Ja'far ibn Qūlawayh. 10 // Kāmil al-Ziyārāt. trans. Sayyid Mohsen al-Husaini al-Mīlāni. Shiabooks.ca Press. 2008. səh. 67.
  14. Shimoni & Levine, 1974, p. 160.
  15. Aghaie, 2004, pp. 10–11.
  16. "Interactive Maps: Sunni & Shia: The Worlds of Islam". PBS (ing.)). 2007-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-09.
  17. al-Qummi, Ja'far ibn Qūlawayh. Addendum before chapter 89 // Kāmil al-Ziyārāt. trans. Sayyid Mohsen al-Husaini al-Mīlāni. Shiabooks.ca Press. 2008. səh. 545.
  18. al-Qummi, Ja'far ibn Qūlawayh. 88 // Kāmil al-Ziyārāt. trans. Sayyid Mohsen al-Husaini al-Mīlāni. Shiabooks.ca Press. 2008. səh. 534.
  19. al-Qummi, Ja'far ibn Qūlawayh. 88 // Kāmil al-Ziyārāt. trans. Sayyid Mohsen al-Husaini al-Mīlāni. Shiabooks.ca Press. 2008. səh. 536.
  20. 1 2 "Saudi Arabia". al-islam.org (ing.)). 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-27.
  21. KaraÌraviÌ, NajmulhÌ£asan. Biography of Hazrat Abbas. Peermahomed Ebrahim Trust. January 1, 1974. ASIN B0007AIWQW.
  22. Muhammad, Yousaf. Al-Abbas (AS) - Rajul Al-Aqidah Wal Jehad. Islamic Republic of Iran. December 2001.
  23. "The Best Of All Women (Fatimatu -Zahra')" (ing.)). alhassanain.com. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  24. Lindsay, James. Daily Life in the Medieval Islamic World. Greenwood Press. 2005. 142–143. ISBN 0-313-32270-8.
  25. Wendy Doninger, consulting ed., redaktorMerriam-Webster's Encyclopedia of World Religions. Merriam-Webster. 1999-09-01. səh. 70. ISBN 0-87779-044-2. ([[:Category:|link]])[[Category:]]
  26. "Eyewitness: Inside al-Aqsa". BBC News. 2002-03-20. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  27. Buxari, Səhihi Buxari, c. 2, kitab 21, hədis 288 Arxivləşdirilib 2014-08-28 at the Wayback Machine
  28. Zabeth (1999) pp. 12–16
  29. "Sacred Sites: Mashhad, Iran". sacredsites.com. 2017-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-03-13.
  30. Robertson, Hamish. "Iraq suicide bombings: an eyewitness account". The World Today (ing.)). Australian Broadcasting Corporation. March 3, 2004. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-12. After the bombing of the Al Kadhimiya Mosque, Middle East correspondent of the Canadian Broadcasting Corporation, Nahlah Ayed, reported that “...in front of the Kadhimiya Mosque, the third holiest site for Shia Muslims
  31. "Iraq blasts kill 143 on Shiite holy day" (ing.)). Milwaukee Journal Sentinel. 2004-03-02. 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-12. ‘After the blast, all you could see was death everywhere you looked,’ said Ahmed Kamil Ibrahim, a guard at the Kazimiya shrine in Baghdad, the third-holiest in Shiite Islam.
  32. Gosh, Aparisim. "An Eye For an Eye" (ing.)). Time Magazine. March 6, 2006. Cover Story. 2006-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-12. That makes al-Askari one of Shi'ite Islam's holiest sites, exceeded in veneration only by the shrines of Najaf and Karbala. Even Samarra's Sunnis hold al-Askari in high esteem. The expression "to swear by the shrine" is routinely used by both communities. Editor's note: Quote is found on third page Arxivləşdirilib 2009-04-14 at the Wayback Machine of article.
  33. "Today's Top StoriesQom Province". www.indiasnews.com. 2008-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-12-18. Shrine of Hazrat Masoumeh, sister of Imam Reza, one of Iran's holiest places, is in Qom.
  34. Kəmalə Məmmədova. "İmam övladının dəfn edildiyi yer" (az.)). ANS Press. 2009-10-11. 2010-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  35. "İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində yaradılan şəraitlə tanış olub" (az.)). president.az. 2016-02-17. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  36. Rizvi, Joseph Kishwar. The Safavid Dynastic Shrine: Architecture, Religion and Power in Early Modern Iran. I.B.Tauris. 2011. səh. 163. ISBN 9781848853546. 18 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2012.
  37. "Naxçıvanın müqəddəs ziyarətgahları – imamzadələr". 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  38. Шахла Нуризаде, кандидат исторических наук. "Биби-Эйбат. Здесь возносят молитвы, здесь обретают исцеление" (PDF). irs-az.com. 2012-06-09 tarixində arxivləşdirilib (PDF).
  39. Həbibə Abdulla, "Heyrət doğuran Bibiheybət…" Arxivləşdirilib 2022-01-17 at the Wayback Machine, Yeni Müsavat.- 2009.- 22 iyul.- Səh. 13.
  40. ""Mən İmаm bаcısı Rəhimə хаnımаm, məni хilаs еt!"". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  41. "Rəhimə xanım Ziyarətgahı - qasırğanın gizlətdiyi və bir röya nəticəsində gün üzünə çıxan məbədimiz - FOTOLAR". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  42. "Xanım Rəhimə bint Museyi-Kazımın (ə) məqbərə kompleksi – Nardaran, Azərbaycan". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  43. "Leyla Xanım ziyarətgahı". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  44. "Tariximizin yaddaşı: Bakı kəndləri. Bilgə xanın Bilgəhi..." 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.