Səxavət Şərifov

Şərifov Səxavət Əsəd oğlu (1965, Seyidlər (Zəngilan), Zəngilan rayonu1994, Füzuli rayonu) - Birinci Qarabağ müharibəsi şəhidi.

Şərifov Səxavət
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
Vəfat tarixi 1994
Vəfat yeri
Dəfn yeri Sumqayıt şəhidlər xiyabanı

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Şərifov Səxavət Əsəd oğlu 1965-ci ildə Seyidlər kəndində anadan olub. Kənddə səkkizillik təhsil alaraq 1981-ci ildə Bakı şəhərində texniki peşə məktəbinə daxil olub və oranı qaynaqçı ixtisasına yiyələnməklə bitirib.

1983-1985-ci illərdə Rusiya SFSR Saratov şəhərində hərbi xidmət keçib. Tərxis olunduqdan sonra Sumqayıt şəhərindəki 1 nömrəli təmir tikinti trestində ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, bir qız övladı var.

Birinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

1992-ci ilin əvvəllərindən etibarən Zəngilan rayonunun Seyidlər kəndindəki özünümüdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvarın 9-da Füzuli rayonunun Seyidəhmədli kəndində döyüş zamanı aldığı güllə yarasından şəhdi olmuşdur.

Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]