Səxavət Bostan oğlu Quliyev (17 noyabr 1963 - 16 avqust 1992) — Qarabağ müharibəsi şəhidi.
Səxavət Quliyev | |
---|---|
Səxavət Bostan oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Xocavənd rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Qarabağ, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan SSR Azərbaycan |
Atası | Bostan Quliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1991-1992 |
Döyüşlər | Qarabağ müharibəsi |
Səxavət Quliyev 17 noyabr 1963-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1979-cu ildə Muğanlı kənd səkkizillik məktəbini bitirən Səxavət elə həmin ilin sentyabrında Martuni rayon 125 saylı Orta Texniki Peşə Məktəbinə daxil olmuşdur. 1982-ci ildə geniş profilli traktorçu - maşınist peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Elə həmin il O, hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Səxavət "Kalinin" adına kolxozda işləməyə başlamışdır.
Qarabağ müharibəsi başlanan vaxtlarda Xocavənd rayonunun Muğanlı kəndində özünümüdafiə dəstəsi yaradılmışdı. Səxavət də bu dəstənin fəal üzvlərindən biri idi. 1991-ci ildə Səxavət yeni yaradılmış Muğanlı kənd Milis Bölməsi sıralarına yazılmışdır. Onun son döyüşü 16 avqust 1992-ci ildə olmuşdur. Həmin gün kəşfiyyatçılar "Gülmətəpə" deyilən ərazidə yerləşən erməni postunu ələ keçirmək üçün əməliyyatlara başladılar. Əməliyyatın planına əsasən, topçular düşmənin həmin mövqeyini atəşə tutmalı, sonra 15 nəfərdən ibarət dəstə üzvləri çaşdırılmış düşmənin üzərinə hücum etməli və oranı ələ keçirməli idilər. Səxavət digərlərindən 10 metr qabaqda erməni səngərinə doğru irəliləyirdi. Səxavət Quliyev düşmənin hücumunu dəf edən zaman minanın partlaması nəticəsində 16 avqust 1992-ci ildə şəhid olmuşdur.[1]
Ailəli idi, 2 övladı yadigar qaldı.