Səyyarə Mollazadə

Mollazadə Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor [1]

Səyyarə Mollazadə
Səyyarə Məmməd qızı Mollazadə
Doğum tarixi
Doğum yeri İlisu kəndi, Qax rayonu
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Filologiya Elmləri Doktoru
Elmi adı Professor
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

BDU-nu bitirib, 1965-ci ildən ATU-da işləyir, 39 il Azərbaycan dili kafedrasının müdiri olub.

150 məqalənin, 8 kitabın müəllifidir, 12 elmlər namizədi yetişdirib, 50-dən çox dissertantın rəsmi opponenti olub. Səyyarə Mollazadə 42 ildir ki, böyük bir kollektivin üzvüdür; tibb kadrları hazırlayan, sağlamlığın təmin olunması üçün müstəsna elmi-metodiki, ictimai-təşkilati iş aparan Azərbaycan Tibb Universitetində çalışır. 1965-ci ildə baş müəllim kimi fəaliyyətə başladığı Azərbaycan və rus dilləri kafedrasına 1969-cu ildə müdir seçilib. Az qala 40 ildir ki, bu vəzifəni şərəflə yerinə yetirir. İşlədiyi uzun illər ərzində onun haqqında yalnız tərif eşidilib. Alimin işlədiyi dövrdə 4-5 rektor, neçə dekan və digər rəhbər vəzifə sahibləri dəyişmiş, lakin Səyyarə xanıma münasibət əvvəlki kimi qalmışdır.

S.Mollazadə bu qocaman ali təhsil ocağında baş müəllimlikdən kafedra müdirliyinə, ali təhsilli mütəxəssisdən elmlər doktoru, professora qədər yol keçmiş, universitetin Böyük Elmi Şurasının, həmçinin fakültə elmi şurasının üzvü kimi nüfuz sahibinə, ağbirçək təhsil-tərbiyə təşkilatçısına qədər yüksəlmişdir. Maraq doğuran cəhət odur ki, Səyyarə Mollazadə təkcə özünün elmi yüksəlişini düşünməmiş, rəhbərlik etdiyi kollektivin üzvlərinin də elmi uğurlar qazanmasına, inkişafına ciddi yanaşmışdır. Onun rəhbərliyi ilə 12 nəfər filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Hazırda kafedrada 17 müəllimdən 9-u elmlər namizədidir. Onlardan 6 nəfəri dosent vəzifəsində çalışır (nəzərə alaq ki, filologiya elmləri namizədi, dosent Rafiq Vəkilov və filologiya elimləri namizədi İradə Vəliyeva bu yaxınlarda vəfat etmişlər). Səyyarə xanım respublikamızda dilçi alim adına şöhrət gətirən ziyalılardandır. Anomastikanın mühüm bölmələrindən olan toponimiyanın Azərbaycan dilçiliyindəki müasir üstün mövqe qazanmasında onun araşdırmalarının rolu az deyildir. 1979-cu ildə doktorluq işi kimi müdafiə etdiyi "Azərbaycanın Şimal rayonlarının toponimiyası"[2] adlı dissertasiyası nəinki Azərbaycan, hətta o dövrün sovet məkanında az-az rast gəlinən elmi işlərdən idi. Tarix, coğrafiya və dilçilik elmlərinin yanaşı müdaxiləsi ilə nəticə çıxaran toponimika araşdırmalarında dilçiliyin xüsusi çəkisinin üstün olduğu fikrini, məhz Səyyarə xanımın köklü tədqiqatları təsdiq edir. Toponimik vahid haqqında həqiqi-elmi fikri yalnız əsil linqvistik mövqedən yanaşma ilə söyləmək olar. Bunu fikri həm dilçi-toponimistlərlə bərabər, həm də tarixçi, coğrafiyaşünas alimlərimizin çoxsaylı araşdırmaları da təsdiq etməkdədir. Həmin 1999-cu ildə çap olunmuş "Azərbaycan toponimləri (ensiklopedik lüğət)" kitabında da görmək olar. Artıq 20-25 ilə yaxındır ki, respublikada toponimikaya aid müdafiə edilən namzədlik və ən çox da doktorluq işlərinin rəsmi opponentlərindən biri professor S. Mollazadə təyin edilir. Həmin əsas səbəbi Səyyarə xanımın elmi-nəzəri səviyyəsinə hörmətdirsə, başqa səbəbi onun xeyirxahlığı, elmi kadrların yetişməsinə olan böyük qayğısıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

S.Mollazadə Qaxın məşhur İlisu kəndində 1933-cü ildə doğulub. Atası Məmməd Fərhadov dövrünün savad sahiblərindən olub. Anası Səfiyyə xanım evdar qadın idi. Səyyarə 2-3 yaşında olanda atasının iş yerini Bakıya dəyişirlər və ailə Bakıya köçür. Müharibə başlayanda atası orduya səfərbər edilir. Buna görə də ailə təzədən İlisuya - babasının və nənəsinin yanına qayıdır. Çətin iqlim şəraiti, qıtlıq iki qocanı, cavan gəlini və üç bacını əsil sınağa çəkir. Səyyarə xanım o günləri həyəcansız xatırlaya bilmir, xüsusilə, nənəsi Pərinin müdrik kəlamlarını, nəvələri üçün ağır zəhmətə qatlaşmasını minnətdarlıqla yada salır. Ümumiyyətlə, Səyyarə xanımın ailəsi bu "diplomsuz diplomat" qadına borclu olduqlarını söyləyirlər; təmiz mənəviyyat, ağıllı mühakimə, həyata nikbin baxış bu qadını bütün kəndin ağbirçəyi, məsləhətçisi etmişdi. Səyyarə xanım söhbətlərində onu tez-tez xatırlayır, qanadlı ifadələrini, ağıllı məsəllərini nümunə gətirir, sözünü, məntiqini qüvvətləndirir. Elə indiki ahıllıq, müdriklik çağında özündəki ən müsbət keyfiyyətlərin daha çox Pəri nənəsindən gəldiyini dönə-dönə etiraf edir.

Səyyarə xanım 132 nömrəli məktəbdə oxuyub (atası müharibədən yaralı qayıdandan sonra yenidən Bakıya köçmüşdülər). Bu məktəbin müsbət ənənələri olub. Burada da onu gözəl müəllimlər, sədaqətli dostlar əhatə edib. Hər şeydən əvvəl, dil-ədəbiyyat müəllimi Bilqeyis xanımın əlahiddə müəllimlik məharəti Səyyarə xanımda daha çox müsbət keyfiyyətlərin yaranmasına səbəb olub. Səyyarə Mollazadə bu gözəl insandan, genişqəlbli müəllimindən danışanda vurğunluq və həyəcanını gizlədə bilmir (Bilqeyis Məmmədova məşhur folklorşünas professor Məmmədhüseyn Təhmasibin həyat yoldaşı idi). Səyyarə xanımın geniş dünyagörüşü və davranışı ilə nümunəvi olan rəfiqələri də var idi. Bunların çoxu ilə o, indi də sıx əlaqə saxlayır. Beləliklə, əsil əqidə sahiblərinin içində olan gənc Səyyarə o, zamankı ADU-nun filologiya fakültəsinə daxil olur. Axtarışlarla dolu tələbə həyatı Səyyarənin həyata baxışını daha da artırır, onu yetkin ziyalıya çevirir. Təsadüfi deyil ki, Səyyarə xanımın bir kursda oxuduğu tələbələr arasında sonralar hamının tanıdığı alimlər, ziyalılar da var idi: mərhum şairlər Xəlil Rza, Əliağa Kürçaylı, akademik Bəkir Nəbiev. İstedadlı jurnalist və yazıçı Əlfi Qasımov, nəğməkar şair İslam Səfərli, müğənni Gülağa Məmmədov Səyyarəgilin evinin istəkli qonaqları idi.

S.Mollazadə çox erkən ailə həyatı qurub. Dünyaya gətirdiyi iki övladına təkcə insanlıq dərsi keçməklə kifayətlənməyib, onlara əsil ana məhəbbətinin müqəddəsliyini aşılayıb.

Bəli, Səyyarə xanım nümunəvi bir ailənin xoşbəxt ağbirçəyidir. O həm də elmdə, ictimai həyatda özünəməxsus mövqeyi olan ziyalıdır. İndiyə kimi 150-dən artıq məqaləyə, 6 monoqrafiyaya imza atıb. Buraya onlarla dissertasiyaya yazılan opponent rəylərini, Türkiyənin, Rusiyanın müxtəlif şəhərlərində, respublikamızın elm və təhsil ocaqlarında təşkil olunmuş yığıncaqlardakı çıxışlarını da əlavə etsək, nə qədər zəhmət və təfəkkürün sərf edildiyini təsəvvür etmək olar.

Səyyarə xanım indi həyatının ən yüksək zirvəsində çoxlarına nəsib olmayan nailiyyətlərlə dolu müdriklik çağındadır. Mən bu yazı ilə onun həyat amalı, dünyaya, insanlara baxışı, ailədə, iş yerində, ictimai mühitdə tutduğu mövqe haqqında təsəvvür yaratmaq istədim. Filologiya elimləri doktoru, professor, ATU-nun Azərbaycan dili kafedrasının mudiri Səyyarə Mollazadə bütün şüurlu həyatını insanlara mümkün qədər çox sevinc anları bəxş etməyə, mənsub olduğu millətə, doğulduğu torpağa daha çox xeyir verməyə həsr etmiş, lazım gələndə öz mənafeyini qurban verməkdən də çəkinməmişdir. Görkəmli alimə, müdrik məsləhətçimizə xoş soraqlı illər, möhkəm cansağlığı, istəklilərinin tükənməyən qayğısı əhatəsində ürəyincə keçən ömür arzulayırıq.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. >
  2. [С.М.Молла-заде.Топонимия северных районов Азербайджана. Баку.1979]