S-400 Triumf (rusca: C-400 Триумф; NATO kod adı: SA-21 Growler) və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.[2]
S-400 Triumf | |
---|---|
Tipi | Zenit raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 28 aprel 2007 - davam edir[1] |
İstismara başlanması | 28 aprel 2007 |
İstismar edənlər |
Rusiya ÇXR |
İstehsal tarixçəsi | |
Konstruktor | Almaz-Antey konserni |
İstehsalçı | MKB Fakel |
İstehsal sayı | 40 divizion |
Vikianbarda əlaqəli mediafayllar |
Qərb analitiklərinin fikrincə, S-400 zenit-raket kompleksi "İskəndər" OTRK və Bastion sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır.
Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Petriot" yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.
Hərbi Hava Qüvvələrinin baş komandanının sözlərinə görə, "onlar intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qabildirlər".
S-400 sistemində istifadə olunan raketlər Rusiya Hərbi Hava Qüvvələrindəki mövcud HHM sistemlərinin sayını azaltma proqramına paralel olaraq qısa, orta və uzun məsafələrdə eyni anda istifadə oluna biləcək fərqli raketlərdən seçilmişdir.
Orta mənzilli 9M96 raketi 120 km mənzilə sahib olan idarəolunan raketdir və hədəfi vurma qabiliyyəti təyyarələrə qarşı 0.9, pilotsuz uçuş aparatlarına (PUA) qarşı 0.8 olaraq hesablanmışdır. Bu raketin digər bir növü olan 48N6DM 30 aprel 2004-cü ildə Kaputsin Yar test mərkəzində sınaqdan çıxarılmışdır.
400 km mənzilə sahib yeni bir raket olan 40N6 siqnal qarışdırıcı təyyarələr və ballistik raketlərə qarşı istifadə olunur. 4.8 km/saniyə sürətə malik olan bu raketlər özü ilə eyni sürətdə hərəkət edən hədəfləri vurmaq qabiliyyətinə sahibdir.
12-13 iyul 2007-ci ildə "Kapustin Yar" poliqonunda hədəflər üzrə atışlar keçirilirdi. Birinci hədəf 2800 km/saat sürətdə uçarkən vurulmuşdur, ikinci "Qaban" raket-hədəfi aşkar edilmişdi və sonra 16 kilometr hündürlükdə vurulmuşdur. 18 fevral 2011-ci ildə yeni texnikanın yoxlamasının gedişatında 210-cu zenit-raket alayının iki divizion S-400 ZRS iştirak etdi və 550 m/san sürətdə uçan hədəf vurulmuşdur. 28 iyun 2012-ci il HHQ-RHQ qoşunlarına komandanlıq edən Rusiya Federasiyasının hava-kosmik müdafiəsinin qoşunlarının general-mayoru Andrey Demin bildirdi ki, zenit raket sistemləri S-400 üçün yeni uzaq raket artıq sınaqları keçdi və tezliklə o qoşunlara daxil olacaq. 2013-cü ilin avqustunda ZRS S-400 sınaqları ilk dəfə taktiki təlim çərçivəsində keçirilmişdi.
| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =
}}: 28 aprel 2017-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya ZRK S-400-ü çatdırılmasına razılaşma olduğunu bildirdi[6]. 12 sentyabr 2017-ci ildə Türkiyəyə sistemlərin çatdırılma müqaviləsinin imzalanması elan edilmişdir.[7] Rusiyanın "Rostex" dövlət şirkətinin baş direktoru Sergey Çemezov bildirib ki, Türkiyə Rusiyadan 2.5 milyard ABŞ dolları qarşılığında 4 divizion S-400 "Triumf" kompleksi satın alacaq.[8] S-400 2019-cu ilin iyul ayının 15-də plana uyğun şəkildə Türkiyəyə çatdırılıb və ilkin olaraq Ankara yaxınlığında xidmətə başlayıb.