S-300 (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) — uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanmışdır. 1978-ci ildə sistemin sınağı başa çatır. 1979-cu ildən ilk S-300 hərbi polku xidmətə götürülmüşdür.
S-300 | |
---|---|
Tipi | Zenit-raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1978 - davam edir |
İstismara başlanması | 1978 |
İstismar edənlər | İstifadəçilər |
İstehsal tarixçəsi | |
Konstruktor | Almaz-Antey |
Konstruksiya tarixi | 1967 - 2005 |
İstehsalçı | M. Kalinin adına maşınqayırma zavodu |
İstehsal illəri | 1975 - 2011 |
Variantları | Variantları |
Xüsusiyyətləri | |
Məsafə | 40-200 km |
Vikianbarda əlaqəli mediafayllar |
S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.
1950-ci illərdə Moskvanın hava hücumundan müdafiə sistemini mobilləşdirmək qərara alındı. Texnikanın seriyalı istehsalına 1975-ci ildə başlanıb, 1978-ci ildə isə sistemin sınağı başa çatıb.[1] Rusiya ordusu üçün "S-300PM" markalı son kompleks 1994-cü ildə istehsal edilib. O vaxtdan Rusiya yalnız ixracat üçün bu kompleksləri istehsal edirdi, amma "S-300"lə bağlı ixracat sifarişləri də qurtarıb. Rusiya artıq "S-400" kompleksləri üzərində işləyir və "S-400"lərin silahlanmaya qəbulu 2007-ci ildə başlayıb.
1970-ci ildən bu tərəfə S-300 sisteminin təkmilləşdirilmiş raket, radar sisitemləri və vurma dəqiqliyi ilə çoxlu sayda modifikaisyaları yaradılmışdır. Əsasən aşağıdakı variantlarda mövcuddur:
S-300 Modelləri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
S-300V | S-300P | S-300F | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
S-300V1 | S-300V2 | S-300PT | S-300PS | Fort | Rif | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
S-300VM | S-300PT-1 | S-300PM | S-300PMU | Fort-M | Rif-M | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Favorit-S | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
S-300VM1 | S-300VM2 | S-300PT-1A | S-300PM1 | S-300PMU1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Antey 2500 | S-300PM2 | S-300PMU2 | Rus versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
S-300V4 | Favorit | Eksport versiyası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
S-300VMD | S-400 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındadır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı zenit raket sistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılmış bu ZRK- lər mobilliyə və manevrliyə malikdir. Atəşdən sonra sürətlə yerini dəyişən maşının yenidən döyüş vəziyyətinə gətirilməsi üçün cəmi beş dəqiqə zaman tələb olunur. Raketinin uzunluğu 7.5 metr, raketinin diametri 0.519 metr, raketinin çəkisi 1480–1500 kq arasında, kalibri 515 mm, döyüş başlığının çəkisi isə 180 kq olur.
Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hədəfin məhv edilməsi yüksəkliyi isə maksimum 27 km-dir. Bu raketlər saniyədə 2800 metrə kimi sürətlə hərəkət edən hədəfləri məhv etməyə qadirdirlər. Sistem eyni zamanda aktiv və passiv bir maneələrə qarşı qoruma imkanına malikdir.
Kompleksin 5E266 TVK idarəetmə məntəqəsi sıx radiomüdaxilə, şəraitində hava şəraitini qiymətləndirmək üçün bütün radar sistemlərinin işinin əlaqələndirməsi, müdaxiləni basdırmaq üçün maneə əleyhinə sistemlərə əmrlərin verilməsi, avtomatik izləmə üçün hədəflərin axtarışını və ələ keçirilməsini təmin etmək, hazırlıq və atəşlə bağlı bütün əməliyyatların həyata keçirilməsi üçün əsas funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulur. 5E266 TVK bir ünvanlı quruluşa malik universal idarəetmə sistemindən istifadə edir. İdarəetmə komandaları ikili sistemdə təqdim olunan 18 say nömrələrindən (1–17 — məlumat, 18 — yoxlama) ibarətdir. İdarəetmə məntəqəsinin xarici qurğularla məlumat mübadiləsi üçün iki kanal mövcuddur:
1. Məlumat yazmaq və ya RAM-dən məlumat oxumaq üçün tələb olunan impuls sorğusu ilə kanal mübadiləsi (prosessorun dayandırılması ilə); 2. Proqram mübadiləsi (fasilə və mübadilə alt proqramına giriş ilə).
İdarəetmə məntəqəsinə məlumat qəbul edən aktiv 52 abunəçi və məlumat ötürmək üçün aktiv 53 abonent qoşula bilər. Telekod rabitə sistemi (TRS) alayın əmr və ya komanda məntəqəsi ilə rabitəni təmin edir. ZİL-131 bazasındakı FL-95MA tipli 25 metrlik teleskopik dirəyi, hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq istifadə edilərək hava vəziyyəti haqqında sabit məlumat mübadiləsini, 20 km-dən çox məsafədə zenit raket sistemi ilə idarə edilməsini təmin edir. Hava Hücumundan Müdafiə raket sisteminin bütün bölmələrinin qarşılıqlı rabitə əlaqəsi 150 m-dən çox olmayan məsafədə kabel telemetriya (radio xətti) kanalları vasitəsilə həyata keçirilir.[2]
S-300 zenit-raket kompleksləri indiyə qədər bir çox real şəraitə uyğunlaşdırılmış təlimlərdə sınaqdan keçirilmişdir.[3] Ümumilikdə, bu sistem təlimlər zamanı hava hədəflərinin 90%-dən çoxunu uğurla məhv edərək yüksək nailiyyət əldə etmişdir.[4] 1995-ci ildə S-300 sistemi test zamanı Skad ballistik raketini havada məhv etməyə nail olmuşdur.[5]
Çin tərəfindən S-300 PMU-2 zenit-raket kompleksinin effektivliyi yoxlanılmışdır. Bu testlər zamanı bəhs etdiyimiz sistem 4.6 km məsafədə pilotsuz uçuş aparatını, 186 km məsafədə strateji bombardmançı təyyarəni (simulatorunu) və ballistik raketi məhv etməyi bacarmışdır.
Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyun ayının 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub[6].