SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası

Stalin və başqalarının imzası ilə Böyük təmizləmə zamanı Hərbi Kollegiya tərəfindən mühakimə olunanların siyahısı
Ulrixin imzası ilə Yakov Boyarski, Mixail Koltsov, Vsevolod Meyerhold və başqaları haqqında çıxarılmış ölüm hökmü

SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası (rus. Военная коллегия Верховного суда СССР, Voennaya kollegiya Verxovnovo suda SSSR) — 1924-cü ildə Sovet İttifaqı Ali Məhkəməsi tərəfindən Qırmızı Ordu və Donanmasının ali hərbi və siyasi heyəti üçün yaradılmış məhkəmə.[1] Bundan əlavə, hərbi müraciətlərə və hərbi tribunallara bilavasitə nəzarət orqanı idi.

Kollegiyanın ən uzunmüddətli sədri 1926–1948-ci illərdə ona rəhbərlik etmiş Vasili Ulrix olmuşdur.[2]

Hərbi Kollegiyanın rolu 1934-cü ilin iyunundan sonra kəskin şəkildə dəyişmişdi. Bu dövrdə ona əks-inqilabi fəaliyyətin 58-ci maddəsinə aid olan işlərə baxılması səlahiyyəti də verilmişdi.

1937–1938-ci illərdə Böyük təmizləmə zamanı Hərbi Kollegiya, adətən, İosif Stalinin şəxsən təsdiq etdiyi siyahılara əsaslanaraq nisbətən tanınmış şəxsləri mühakimə edirdi.[3] 58-ci maddə üzrə təqsirləndirilən şəxslərin işlərinin əksəriyyətinə NKVD üçlükləri məhkəmədənkənar şəkildə baxırdı. Hərbi Kollegiya isə, əsasən, açıq məhkəmələri keçirirdi.[4]

Kollegiya həmçinin Polşa Daxili Ordusunun sonuncu komandiri general Leopold Okuliçki və Polşa hökumətinin nümayəndəsi Yan Stanislav Yankovskinin məhkəməsində də iştirak etmişdir.[5]

  • 1923–1926: Valentin Trifonov
  • 1926–1948: Vasili Ulrix
  • 1948–1957: Aleksandr Çeptsov
  • 1957–1964: Viktor Borisoqlebski
  • 1964–1971: Nikolay Çistyakov
  1. Terrill, Richard J. World Criminal Justice Systems: A Comparative Survey. 2013. ISBN 9781455725892. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  2. "Moscow Trials 1936, August 23 (Evening session)". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  3. Jansen, Marc; Petrov, Nikita. "Mass terror and the court: The Military Collegium of the USSR". Europe-Asia Studies. 58 (4). 2006: 589–602. doi:10.1080/09668130600652159.
  4. Erickson, John. The Soviet High Command: A Military-political History, 1918-1941: A Military Political History, 1918-1941. 2013-07-04. ISBN 9781136339523. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  5. "General Leopold Okulicki (From the left) and Jan Stanisław Jankowski heard before the Military Collegium of the Supreme Court of the U.S.S.R". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.