Sosial Yeniliklər Düşərgəsi və ya qısaca SYD (ing. Social Innovation Camp və ya qısaca SICamp) — sahibkarları, proqramçıları, veb-developerləri, koderləri, dizaynerləri, bloqçuları, marketoloqları və internet məkanında bütün növ sosial internet ideya sahiblərini bir araya gətirir və onların köməyi ilə yeni internet əsaslı layihələr yaradılması müsabiqəsidir.[1] Bu sosial innovasiya üçün bir metoddur.[2] Sosial Yenilik Düşərgəsi mütərəqqi gənclərə stimul vermək üçün təşkil edilir.[3]
Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olur, sonra isə seçilmiş ideyalar [4] iştirakçılara təqdim olunur, iştirakçılar xoşladıqları ideyanı seçirlər və qrup şəklində işləməyə başlayırlar.[1] Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəlir və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirirlər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunur. Qalib gəlmiş ideyaya mükafat olaraq pul köməkliyi göstərilir və ideya həyata keçrilir. Başqa sözlə, SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.[5]
Düşərgəyə yaş, cins, peşə və s. məhdudiyyətindən asılı olmayaraq iki formada qatılmaq mümkündür:
SYD ilk dəfə 2008-ci ilin əvvəllərində Yanq Fondunun dəstəyi ilə Londonda keçirilib.[6]
İndiyədək bir neçə Sosial Yeniliklər Düşərgəsi (Social Innovation Camp) keçirilib:
Sosial Yeniliklər Düşərgələri Cənubi Koreya, Çexiya, Nigeriya, Avstraliya, Slovakiya, Qırğızıstan, Bosniya və Herseqovina, Gürcüstanda da keçirilib.[13][14] Hazırkı dövrə qədər keçirilmiş bütün SYD-lər, iştirak etmiş və qalib gəlmiş ideyalar haqqında SYD-nin rəsmi saytında məlumat yerləşdirilib.[6]
Mərkəzi Praqada yerləşən "Transitions"-ın təşkilatçılığı ilə Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi 2010-cu ilin sentyabrın 18-19-da keçirildi.[10][15] İlk düşərgənin təşkilatçıları Emin Hüseynzadə, Rəşad Mehbaliyev, Fərahim Əlili və Ülviyyə Quliyeva olublar.[16] Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi 2011-ci ilin iyul ayının 23-24-də yenidən “Transitions” təşkilatı tərəfindən keçirildi.[11]
Sosial Yeniliklər Düşərgələri bir çox media nəhənglərinin diqqətindədir. Məsələn, The Guardian kimi nüfuzlu mətbu orqanı bu düşərgədən yazıb.[17]
Azərbaycanda da bu tədbir medianın diqqətindədir.[18][19]