Saamilər

Saamilər — yerli Fin-uqor xalqı. Arktika sahəsi olan Sampidə yaşayırlar. Bu gün həmin ərazi Norveç, İsveçFinlandiyanın uzaq şimal hissələrini, Rusiyanın Kola yarımadasını, cənubi və orta İsveç ilə Norveç arasındakı sərhəd zonasını əhatə edir.

Norveç-əhalisi ərazisinə görə az, qeyri-bərabər paylanmış, lakin eyni zamanda çox fərqli, onun irsi xəzinəsinin bir hissəsini təşkil edən ölkə. Norveçin əhalisi 4,7 mln., 90%-i norveçlilərdən, digəri isə az sayda immiqrantlardan (isveçlər, almanlar, ingilislər və digər), kvenlərdən, digər milli azlıqlardan və həm Norveçin milli azlığı sayılan, həm dəki yerli əhalisi sayılan Saamilər. Günəşin və küləyin övladları adlanan Saamilər faktiki olaraq 4 ölkənin aborigen əhalisidir: Norveç, İsveç, Finlandiya, Rusiya. Sonuncu Buz dövrü ərzində Skandinaviya yarımadasının ərazisi buzla örtülü idi. Təxminən 10 min il əvvəl sahil ərazilərinin buzları əriməyə başladı. Quşlar, heyvanlar və xüsusən marallar buzlaqlar ətrafında qida tapmağa müvəffəq oldular. Və heyvanların ardınca bu yerlərə insanlar gəldilər. Şimal ərazilərinə gələn insanlar müxtəlif yerlərdən bura köç etmişdilər. Bəziləri Norveç sahillərindən, bəziləri müasir İsveç ərazisində yerləşən Bottenvikendən, digərləri Finlandiya və Rusiya ərazisindən gəlmişdi. Onlar demək olar ki, tamamilə müxtəlif insanlardan ibarət bu gün isə Saami adlanan xalqı əmələ gətirdilər. Norveçdə yaşayan Saamilərin sayı 30–50000 idi, daha çox hissəsi Finnmark ərazisinin payına düşürdü.

Sapmi sözü özü də Saamilərin burda tarixdən çox əvvəlki zamanlarda yaşadıqlarına işarə edir. Norveç dilindən Sapmi sözü – SAMİ Vətəni, saamilərin yaşadığı torpaq kimi tərcümə olunur.

Norveç Saamiləri adətən 3 qrupa ayrılır. Şimal saamiləri, hansı ki, Finnmarkda, Tromsda və Nurlandiyanın Şimalında yaşayırlar. CƏNUB saamiləri-Nurlandiyanın cənublarında, Trøndelagın şimalında və cənubunda, Hedmarkın şimalında. Luli saamiləri-Norlandiyanın TYSFJORD regionunda. Bu gün Saamilər ölkənin bir çox ərazilərində, o cümlədən Osloda da məskunlaşıb.

Saamilərin simvolları

[redaktə | mənbəni redaktə et]

Saami bayrağı — Saamilərin hansı ölkədə yaşamasından asılı olmayaraq onları birləşdirən vasitədir. Saami bayrağı Saami rəssamı Astrid Bohl tərəfindən hazırlanır və 1986-cı ildə Saamilərin Konfransında təsdiqlənir.

Bayraq 4 rəngdən – yaşıl, sarı, mavi və qırmızı rəngdən ibarətdir. Bayrağın ortasındaki dairə həm şaman drumnun əksidir, həmçinin də günəşin və ayın rəmzidir. Çünki Saamilər günəşin və küləyin övladları adlandırırlar. Bu fikir məşhur Saami şairi Anders Fjellner "Paiven parneh" ("Sons of the Sun") poemasını yazandan və "bütün Saamilər günəşin oğulları və qızlarıdır" fikrini səsləndirdikdən sonra yaranıb.

Saami dili Fin-Uqor dil ailəsinə aiddir. Bu dil ailəsinin digər üzvləri Fin, Eston, Karel, Macar dilləridir. Saami dillərinin bir neçə formaları vardır. Onlardan bəziləri bir-birini anlamayacaq qədər uzaqdır. Region üzrə bölsək: Cənubi sami; Mərkəzi sami(ŞİMAL SAMİ VƏ LULİ SAMİ) VƏ ŞƏRQİ SAMİ. Ən çox istifadə olunan şimal dialektidir. (daha çox şimalda məskunlaşdıqları üçün). Daha düzgün sayılır ki, Saami dili birdir, dialektləri ayrıdır.

Saami xalqı digər xalqlara qarşı çox qonaqpərvar və səxavətli yanaşır, yetər ki, həmin insanlar Saami adət-ənənəsinə və xüsusən dilinə hörmətlə yanaşsınlar. Saamilər dillərinə qarşı münasibətdə çox həssasdırlar. Hətta qədim Saamilər öz dillərinə bilən lakin təsərrüfatda çox da çalışqan olmayan insanları sevə-sevə tayfalarına qəbul edirdilər. Bu da onların dillərinə verdikləri dəyərdir.

Yaşayış evləri

[redaktə | mənbəni redaktə et]

Saami mədəniyyətində, insanlar onlara təbiətin bir hissəsi olamağa imkan verən qaydalara şərtsiz əməl edirlər. Onlar bir yaşayış yerindən digərinə köçəndə əvvəlkində təbiətə heç bir daimi iz qoymadıqlarına əmin olurlar. Saamilərin istifadə etdiyi 2 sığınacaq növü var:daimi-(turf-hut adlanan daxma) və daşına bilən çadır. Onların hər ikisi təbii materiallardan tikilir. Hər ikisi dairəvidir və mərkəzində od yerləşən bir otaqdan ibarətdir.

Dairəvi evlər

[redaktə | mənbəni redaktə et]

Hər bir şeyin və hər bir kəsin bu evdə qanuni yeri vardır. Qapıdan bir qədər aralı ərzaq və ehtiyat yeridir. Qalanmış od mərkəzdə, ərzaq qabları odun yanında olur. Çadırın arxasında açılan parça olur. Bu qədim zamanlardan müqəddəs yer sayılıb, xüsusən ayılar üçün daha doğrusu, kişilər ayı ovundan qayıdanda ovu məhz bu girişdən gətirirdilər. Ailədə hər kəsin öz yeri və öz yataq yeri var. Həmçinin, xidmətçilər və qonaqlar üçün də xüsusi yerlər var.

Çadır daha çox maral sürüləri ilə hərəkət edənlər üçün əsas yaşayış yeridir. Bu həm də açılması və daşınması asan olan evdir. Çadırın qurulması üçün ən ideal yer suya və yanacağa çixişi olan, yağışlı havadan qorunan, və hətta torpağı insanlar qarşı ədalətli olan yerdir. Çadır düz yerdə qurulduqdan sonra ona üz çəkilir. Çəkilən üz toxunma da olur. Çadırın ən yuxarısında çadırı saxlayan dirəklər görüşən yerdə tüstüdən qorunmaq üçün nəfəslik vardır.

Ənənəvi gamme və turf-hut Saami ərazisində bol olan daşdan, fıstıq ağacından və torfdan hazırlanır. Gammenin müxtəlif formaları mövcüd olmuşdur: ov və balıqçılıq-dağlarda istifadə üçün, və yay ayları üçün sahil evləri. Evin xarici divarları küləkdən asılı olaraq əyilən iri ağac gövdələrindən hazırlanılırdı. Tozağacı və söyüd ağacı da bu konstruksiyaya əlavə olunurdu. Bu tozağacının zil səslərinin və hürüşmələrin səsini eşitdirmirdi. Torf qatı çadırın xarici üzündən çəkilir. Torrf evlərinin fərqliliyi onalrın 2 otaqlı ola bilməsidir. Belə ki, bu otaqlar dəhliz vasitısilə birləşir. Biri insanlar üçün, digəri heyvanların saxlanması üçün istifadə olunur. Gammenin tikmək üçün ən uyğun yer erkən yazın qarı əritdiyi sahələrdir. Saami evləri İniut və Eskimos evlərinə çox bəzənsələr də, həmçinin həm məişət, adət, həm də coğrafi uyğunlaşma fərqləri vardır. İqlu adlanan iniut evləri içəridən qarla bərkidilir və adətən günbəz şəkilli olur, mərkəzi hissəsində kudluk adlanan neft lampası bütün gecələri yanıq qalmalıdır. Yay çadırları isə karibu və dəniz pişiklərindən, balina qabırğasından, çay ağaclarından düzəldilir.

Bu evlər digər səmərəli cəhətlərindən biri insanın səhhətinə faydalı olmalarıdır. Saamilər digər Skandinaviyalı qonşuları kimi daha çox ürək xəstəliklərindən əziyət çəkirdilər, baxmayaraq ki, onlar 80 yaşlarında belə fiziki cəhətdən çox aktiv idilər. Onlar müalicə üsuları limi bu güdə ənənəvi ev üsullarından da istifadə edirlər. Bu fərqlərə baxmayaraq, onların hər biri bu gün müəyyən dərəcədə öz aktuallığını itirib. Bu gün bu evlər yalnız məzuniyyət keçirtmək üçün və bəzən maral sürülərinin keçidi zamanı istifadə olunur.

Milli Geyimləri

[redaktə | mənbəni redaktə et]

Milli Saami geyimləri Saami koftası və jaketi adlanan geyimlərdən ibarətdir. Bəzi yerlərdə, məs. Karasyok və Kautokeino kimi bu geyimləri yaşlı insanlar gündəlik geyim kimi istifadə edir. Lakin bir çox yerlərdə bu sadəcə müxtəlif bayramlarda və seremoniyalarda geyilən geyimlərdir, tarixlərinin bir hissəsidir. Coğrafi aspektlərdən asılı olaraq milli paltarların dizaynı, rəng harmoniyası, hətta kəmərlərin və papaqların dekorasiyası belə dəyişkəndir.

Bu gündə tikilən geyimlər keçmişdə maral dərisindən hazırlanan əsas tarixi formaya əsaslanır. Maral ovu zamanı qadınlar onların dərisindən daha səmərəli istifadə üsulunu axtarırdılar. Və qadınlar maral dərisindən hazırlanan Pesk üstlüyünü fikirləşdilər. Bu geyimi hazırlamaq üçün hər bir geyimə 6 maral dərisi tələb olunurdu. Qadın peski kişi peskinə nisbətən daha uzun olurdu.

Qədim Saamilər maral dərisinin keyfiyyətinə böyük əhmiyyət verirdilər. Belə ki, onlar inanırdılar ki, bu dəridə onun nə zaman və hansı yaşda ovlandığı haqqında məlumat gəzdirilir. Həmçinin dərinin tipi onun uşaq və ya yeniyetmə geyimləri, ya pesk ya da uzun üstlük(plaş), ya da SKALLER kimi tanınan ayaqqabı üçün istifadə olunacağını müəyyənləşdirirdi.

Gakti-milli geyimin bir hissəsidir. Bu geyim də digərləri kimi daha çox təntənəli günlərdə geyinilir. Gaktinin rəngi, bəzək tikişləri və istifadə olunan bijuteriyaları geyinən insanın evil olub-olmaması, insanın hansı bölgədən olması barədə məlumat verir. Qədim zamanlarda Saamilər Gaktini maral dərisindən tikirdilər, bu günkü gündə müasir Saamilər yundan, pambıqdan və ipəkdən istifadə edirlər.

Milli geyimlərin içində ən məşhuru KAUTOKEİNO KOFTA(GAKTİ) adlanan geyimlərdir. Bu geyimlər həmçinin İsveç və Finlandiya Saamiləri tərəfindən də istifadə olunur. Bu geyim növləri rəngli qaytan və lentlərlə bəzədilir. Kişilər maral buynuzu və gümüş düymələrlə bəzədilən, qadınlar isə ya toxunma ya da sadəcə dəridən kəmər taxırdılar. Əgər qadının kəmərində ortasında gümüş kvadrat vardırsa, deməli o qadın evlidir. Kişilər ipək, qadınlar isə şal taxırlar. Bu da KAUTOKEİNO geyimlərini daha original və maraqlı edir.

Folklor və əl işləri

[redaktə | mənbəni redaktə et]

Saami folklorunun əsasını nağıl və mif mədəniyyəti təşkil edir. Saamilər hər bir şeyin ruhunun olduğuna inandıqları üçün onların mifləri də təbiət, insanlar və heyvanlar haqqındadır. Stallo Chud kimi qəhrəmanlara yalnız Saami miflərində rast gəlinir. Stallo-çox qəddar trola bənzər insanları yeyən, çox zalım obrazdır. Digər qəhrəmanlardan biri Biegolmai-Külək adamdır, o insanlara mane olmağa çalışır, onlara Sapmi ərazisinə daxil olmağa imkan vermir. Lakin mifin sonunda Xeyir Şərə qalib gəlir.

Ən məşhur Saami mifi "İlk kəşfçi" adlanan mifdir. Bu mifdə Tjudes adlanan qəddar bir obraz balaca Saami oğlanı məğlub edə bilmir, oğlan öz ağlının gücü ilə həm özünü, həm də Saamiləri ölümdən qurtarır. Bu mif əsasında məşhur Saami rejissoru Nils Gaup "Veiviseren" filmini çəkmişdir.

Dəniz sahillərində yaşayan Saamilərin həyatları balıqçılıqdan asılı olduğu üçün qayıqlara, lassolara, kirşələrə və isti geyimlərə ehtiyacları vardı. Xüsusən, Finnmark ərazisində, harada ki, temperatur 500C aşağı olur.

Saamilərə yaşamaq üçün bu xammallar kifayət idi:dəri, sümük, buynuz, xəz, qabıq, ağac kökləri, yun və odun. Sanilər bütün bunları özləri əldə edirlər, bunu DUODJİ adlandırırlar. Duodji qədim Şimal Saami sözüdür. Bu SAMİ folk incəsənəti və əl işləri deməkdir. Zaman keçdikcə Saamilərə bağlı olan əl işləri, suvenirlər DUODJİ adı ilə satılmağa başladı.

Saami milli suvenerləri taxtadan, maral buynuzundan, sümükdən, qabıqdan hazırlanır və qadınlar onlara müxtəlif ağac və dərilərdən alınmış rəngləri vururlar. Belə ki, qadın Duodji rəssamları dəridən, kişi rəssamlar isə taxta, maral sümüklərindən istifadə edirlər. Həmçinin demək olar ki, bütün əl işlərinin üzərinə milli ornamentlər çəkilir… Əsas istifadə olunan rənglər mavi, sarı, qırmızı və yaşıldır(Saami bayrağının rəngləri). Duodji düzəldən rəssamlar rəsm sənətini Saamilərin milliliyi ilə harmoniyada təqdim etməyi bacarırlar. Əsas Duodji suvenerlərinə bıçaqlar, qadın çantaları, taxta fincanlar, Kuksa adlanan Saami fincanları və Gakti ornamentləri də aiddir.

Ənənəvi yeməklər

[redaktə | mənbəni redaktə et]

Ənənəvi Saami yeməkləri təbiətdən qaynaqlanır: dənizdən, göldən və fyordlardan balıq. Marallardan ət, quşlardan yumurta və ət, bataqlıq və düzənliklərdən giləmeyvələr. Bu xammal ya qurudulma, ya hisə verilmə, ya da duzlanma yolu ilə yararlı vəziyyətə gətirilirdi. Təbii ki, əsas qida marallar sayılırdı. Belə ki, maralların həm ətindən, həm ürəyindən, həm beynindən, həm dəki qanından istifadə olunurdu.

BİDOS-mərasim yeməyi

[redaktə | mənbəni redaktə et]

Bir çox Saami yeməkləri iri qazanlarda od ətrafında maral ətindən hazırlanır.

Ən tanınmış Saami yeməklərindən biri də BİDOS-du. Bidos az suda çox miqdarda maral ətindən köz üzərində hazırlanır. Bu ziyafət yeməyi sayılır.

Saamilərin yaşadıqları Şimal ərazilərdə coğrafi şərait heç də əkinçiyə uyğun deyil. Buna görə də onlar dənli bitkiləri, duzu, kofe və şəkəri də balıq məhsulları ilə əvəzləmişlər. 13-cü əsrdən başlayaraq qurudulmuş balıqdan "Rusiya unu" adlanan un əldə olunmağa başlandı. Və 18-ci 19-cu əsrlərdə digər Saamilər arasında da geniş yayıldı. Bu gün bu un Saamilər üçün əvəzedilməz ərzaqdır.

Saamillərin dini

[redaktə | mənbəni redaktə et]

Qədim Saami dinində bir çox Allahlar var idi. Saami inancları bilavasitə təbiətlə bağlı idi. Saamilərə görə təbiətdə hər bir şeyin ruhu vardır. Bu mistik din olan Animizm adlanırdı. Günəş əsas Allah idi. O, buzu və qarı əridir, işıq və isti gətirir, əsas daki bütün dünyaya həyat bəxş edirdi. Ona görə də Saamiləri günəşin övladları adlandırırlar. İldırım Allahı ən güclü hesab olunurdu. O, səmada və meşədə yanğın sala bilər, həçinin yağış yağdıra bilərdi. Külək Allahı o qədər güclü, surətli və sərt idi ki, heç kəs onun qarşısını ala bilməzdi. Eyni zamanda o xoş mülayim küləyi də gətiricisi hesab olunurdu. Maraqlıdır ki, Saamilərdə Manna deyilən Allah da varidi ki, bu ay Allahı hesab olunurdu.

Müqəddəs yerlər

[redaktə | mənbəni redaktə et]

Seide adi daş, göl, dağların qeyri-adi formasını almış müqəddəs yerlərdir. İnsanlar inanırdılar ki, bu yerlər Allahların energetic gücü nəticəsində yaranmışdır və məqsədi insanlara kömək, mənəvi dəstək üçündür.

XVIII əsrin əvvələrində Saamilər xristianlığı qəbul etməyə başladılar, daha doğrusu Saamilərə yeni bir din qəbul etdirildi. Keşişlər və xristian misionerləri drumları yandırmağa, qadağan etməyə, müqəddəs yerləri isə dağıtmağa başladılar. 1693-cü ildə Lars Nilson adlı sonuncu Saami noaisi Aryeploq meydanında yandırılaraq öldürüldü. Yeni-Şamanizm-Bu gün müasir şamanlar öz xidmətlərini qəzetlər, elanlar vasitəsilə insanlara və xüsusən turistlərə təklif edirlər. Bu şamanlar qədim animism dinindən daha çox köhnə ənənələri yaşatmaq arzusu ilə bu işlə məğul olurlar və müasir şamanların ən maraqlı xüsusiyyətləri onadan ibarətdir ki, onlar yeni paqanizmlə drudizmi və xristianlığın elementlərini Bibliyadan oxumaqla sintez edirlər.

Saami musiqisi dedikdə ilk olaraq, joik yada düşür. Joik solo vocal musiqi növüdür, bu ifada ifaçılar öz hisslərini təbiətlə harmoniyada çatdırırlar. Belə hesab olunur ki, hər bir əsl Saaminin qanında joik oxumaq hissi vardır. Joik oxuyanlar digərləri üçün deyil, məhz özləri üçün bunu edirlər. Joikdə insanlar, heyvanlar, təbiət, gün, ulduzlar, ay və Şimal işıqları təsvir olunur. Həmçinin məhəbbət, nifrət, həzz, dərd də istisna deyildir.

Saami musiqiçiləri bu musiqini daha rəngarəng və actual etmək üçün, eksperimantal olaraq joik musiqisini texno və cazz musiqisilə sintez edirlər. Bu yeni tərzin ən tanınmış nümayəndəsi Mari Boine olur. Finnmarkın Karasyok ərazisindən tanınmış ifaçının adı bu gün bütün dünyada məşhurdur.

Şimalda yaşayan Saamilər daha çox balıqçılıqla, ovçuluqla məşğul idilər. Onlar qış aylarını sahildə keçirdiklərindən, ərzağa olan tələbatlarını balıq, çay quşları ilə, balinalar ilə ödəməli olurdular. Yayda isə onlar daxili ərazilərə çəkilir, xəzli heyvanları ovlayırdılar.

Maralçılıq təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Qeyd etdiyimiz kimi, qədim Saamilərin həyatında maraların rolu əvəzsiz idi. Belə ki, marallar həm qida, həm də geyim mənbəyi idi. 16-cı əsrdən başlayaraq Saamilər şəxsi maral sürüləri saxlamağa başladılar. Bu təsərrüfat növü normal həyat üçün ilkin və başlıca şərt hesab olunmağa başlandı.

Aprel və may aylarında yazın gəlişi ilə əlaqədar olaraq maral sürüləri sahil ərazilərə aparılır və bu zaman onlar ətlik və hələ istifadə oluna biləcək sayılaraq 2 qrupa bölünür. Və mütləq olaraq marallar nişanlanmalıydı. Qədim Saamilər maralların qulaqlarına onalrın hansı ildə doğulduğunu işarələyirdilər. Hər bir ailənin öz xüsusi işarəsi variydi. Bu gün Saamilərin yalnız 5–10%-i maralçılıq təsərrüfatı hesabına yaşayır. Hal-hazırda 140000-i Finnmark olmaqla Norveçdə cəmi 200000 maral vardır və maralların sürülərini idarə etmək üçün helikopter və motosikletlərdən istifadə olunur.

Maralçılıq təsərrüfatı ilə məşğul olan Saamilər üçün 4 deyil 8 fəsil mövcuddur. Qış:Dekabr-Fevral/Mart-Saami ailələri maral sürülərini qış yemi üçün münasib olan meşələrə aparırlar. Yaz-Qış:Mart-Aprel/May-artıma hazır olan maral sürüləri meşələri tərk edir və dağlara çəkilir. Yaz:May-İyun-dağətəklərində yeni maral balaları doğulana qədər dağlarda qar əriyir Yaz-Yay:İyun ortaları İyul əvvələrinə qədər-heyvan sürülərinin sakit dövrü hesab olunur Yay:İyul-Şimal işıqları dövrü başlayır, həmçinin ailələr öz marallarını iadəti üzrə işarələyirlər Payız-Yay:Avqust-yemlik üçün ayrılan marallar seçilir. Payız:Sentyabr-Oktyabr 15-nə qədər-ailələrin ən məhsuldar balıqçılıq dövrü sayılır. Payız-Qış:Oktyabrın 15-dən Dekabrın 23-nə kimi-Maral sürüləri dağlardan hələ də yaşıl yem tapmaq mümkin olan bataqlıq ərazilərə aparılır.

Ümumilikdə, istər təsərrüfat, istər məişət, istərsə də geyim sahəsində təbiət Saamilərə qarşı çox səxavətlidir. Onlar təbiətdə, təbiətdən və təbiətlə yaşayırdılar. Bir sözlə, onlar təbiət insanları idilər. Bu da Saamiləri Saami edən başlıca cəhət idi və məhz buna görə də onlara təbiətin övladları deyirdilər.

Saami adət-anənələri

[redaktə | mənbəni redaktə et]

Saami mərasimlərinin içərisində ən maraqlı hadisələrdən biri Toy mərasimləridir. Toy hər bir Saaminin həyatında vacib anlardan biri sayılır. Saami toyları ümumilikdə olaraq Rəngli Təcrübə adlandırılır. Gəlin və bəy "gakti" adlanan milli geyimdə olmalıdırlar, xüsusən gəlin müxtəlif(gümüşlə, bijuteriyalarla) bəzək əşyaları ilə bəzədilmiş şal taxmalıdır. Bəylər isə ipək şarf taxırlar. Hətta Saami miflərinin birində bəyin şarf taxmağının əhəmiyyəti belə izah olunur ki, əgər bəy ipək şarf taxıbsa deməli alənin və müqəddəs xaçın məsuliyyətinə hazırdır. Və onlar milli papaqlar taxırlar, bu papaqlar nəsildən-nəsilə ötürülür. Mərasim gəlin və ya bəyin evindən başlanır, və kilsəyə qədər davam edir. Belə ki, bütün bu gedilən məsafəni onları özlərinin seçdikləri qız və oğlan köməkçiləri müşayiət edir. Toy mərasimləri balaca Saami cəmiyyətində ən gözlənilən və sevilən mərasimlərdəndir. Adətən, 600–700 qonaq dəvət olunur bu mərasimlərə, amma Kautokeina kimi ərazilərdə hətta say 2000-ə çatır. Saami adətlərinə qayaüstü rəsmlər çəkmək də daxil olub, bu adət müasir zamanımızda daha çox Saami və Norveç tarixi ilə səsləşsə də, adlansa da, əslində isə öz zamanında qədim Saami adəti olub. Bu rəsmlərə daha çox Altada, Finnmark ərazisində rast gəlmək mümkindir. Təxminən 5000 qayaüstü rəsmlər aşkarlanıb ki, bunların da yaşı təxminən 2500–6200 kimi qiymıtləndirilir. Altada tapılan qayaüstü rəsmlərdə müxtəlif heyvan, xüsusən maral, ayı, quş, balıq, dovşan və s., insan və qayıq siluetləri əks olunub. Bu gündə Saamilər maraları işarələmə zamanı bu rəsm texnikasından yararlanırlar.

Saamilərin bayramları, festivalları

[redaktə | mənbəni redaktə et]

Saamilərin ən əziz günlərindən biri Saami Milli günü sayılır. 1992-ci ildə Helsinkidə keçirilən saami kofransında Fevralın 6-sı milli Saami günü kimi qəbul olundu. Bu günün tarixi tərəfi ondan ibarətdir ki, ilk dəfə bütün Saamilər məhz 6 fevral 1917-ci ildə Trondhaym şəhərində toplaşmışdılar. Və bu bayram Saamilər yaşayan 4 ölkədə də qeyd olunur.

Saami bayramları əsasən Xristianlıqla bağlı olan günlərdir. Hər pasxa(Martın axırı Aprelin əvvəli) bayramında Kautokeinada-Norveçin şimalında festival keçirilir. Burda ənənəvi Saami əyləncələri joik oxumaq, kirşə sürmək əsas şərtdir. Bir çox cütlüklər də məhz evlilik üçün bu günü seçirlər. Bundan başqa Riddu-Riddu festivalı Mandelendə və Karasyokda maralların köçü zamanı musiqi festivalı keçirilir. Digər qeyd olunan bayramlardan biri də Dekabrın 24-ü Milad bayramıdır. Bayramda gümüş və qızıl lentlərlə bəzədilən ağaclar bayramın əsas atributudur. Gospels oxuduqdan sonra ənənəvi festival yeməkləri yeyilir. Bura tərəvəzlər, düyü puddinqi, donuz budu, qızıl balıq aiddir. 26 Dekabr "Boxing Day" adlanan gündə kirşə sürmək, lasso atmaq artıq ənənə halını alıb. Demık olar ki, əksər Saami bayramları yaz dövrünə təsadüf edir, onlar ən yaxşı paltarlarını(milli) geyinir, dostlar və qohumlarla yığışıb yazın gəlişini və qışın qurtarmasını qeyd edirlər.

Qədim Saamilərdən müasir saamilərə keçid

[redaktə | mənbəni redaktə et]

Saamilər bəlkə də bu qədər öz irsinə, keçmişinə bağlı olan nadir xalqdır. Onlar Qərbi Avropada çox az edilən ritualları bu günümzdə də tarixlərinin bir hissəsi kimi edirlər. Saamilər xüsusən, öz soyadlarına həssaslıqla yanaşır, onları ənənəvi Saami formasında, yəni soyadsız sadəcə körpənin, uşağın adi ilə çağrılmasını qoruyurdular. Yalnız Lüteran kilsəsinin bu məsələyə qarışması ilə Saamilər Skandinaviya soyad ənənəsini qəbul etdi. Oğlan uşaqlarına (sen) və qız uşaqlarına (dotter) hissəcikləri əlavə olundu. Bu kimi hallar nəinki soyad hər bir sahədə müşahidə olunur. Saamilər nə qədər mühafizəkar təbiətli olsalar da, modernçilik və müasirləşməni ənənəçiliklə bərabər qəbul etdilər. Çünki bu həmin zaman yaşadıqları ölkələr çərçivəsində qarşısıalınmaz bir proses idi.

Saami ailələri ənənəvi olaraq SİİDA adlanan qruplarda birləşərək yaşayırdılar. SİİDA-nı xalq içindən seçilmiş təcrübəli lider idarə edirdi. Ova kimin getməyi, vəzifələrin bölüşdürülməyi onun vəzifəsi idi. SİİDA çox demokratik qanunlarla idarə olunur, xəstələri və yaşlıları vəzifə məsuliyyətindən azad edirdi. Ümumiyyətlə, Saami dilində ailə ilə bağlı həddində artıq çox söz vardır. Saamilərin həyatında evlilik, ailə çox vacib idi. Ənənəvi olaraq, ailədə kişilər ovçuluq, maralçılıq, qayıq, alət, xizək düzəltmək ilə, qadınlar isə qida, yemək, toxuculuq, geyim işi ilə məşğul olurdular.

Ənənəvi olaraq, Saami uşaqları yetkin sayılmaq üçün məktəbdən deyil, yalnız öz şəxsi müşahidələrindən və valideynlərindən "təhsil" alırdılar. Bu gün Saamilər yaşadıqları hər 4 dövlətdə müasir normalara uyğun təhsil alırlar. Bəzi məktəblərdə xüsusən Saami uşaqları üçün əksər fənnlər Saami dilində keçirilir. Hətta Norveçin Tromsø, İsveçin Umla və Finlandiyanın Oulu universitetlərində Saamiləri öyrənən bölmələr vardır. Bu gün Saamilər hər bir dörd ölkədə tam hüquqlu vətəndaşlar olub, təhsil, sosial, dini, seçki azadlıqlarına malikdirlər. Onların İsveçdə, Finlandiyada və Norveçdə öz parlamentləri mövcüddur. Norveçdə Saami Parlamenti 1989-cu ildə 5-ci Kral Olav tərəfindən açılmışdır. Norveçdəki Saami əhalisindən cəmi 43 parlament üzvü seçilir. Parlamentin verdiyi qərarlar daha çox Norveç Parlamentinə, xüsusən də Saami xalqına aid olan məsələlərdə məsləhət xarakteri daşıyır. Bu parlamentlərin əsas əhəmiyyəti digər ərazilərdə yaşayan Saamiləri əlaqələndirməyidir. 1956-cı ildə Norveç Saami Konsulu tərəfindən ilk dəfə olaraq Norveç, İsveç və Finlandiya Saamiləri arasında əlaqə yaradıldı.

Bu günümüzdə də Saamilər onların əcdadlarının həyat tərzi, insanları, adətləri ilə fəxr edirlər. Onlar bu gündə Saamilırin əsas məşğuliyyəti olan maralçılığı müasir formada davam etdirirlər. Maralçılıq qədim Saamilər üçün həyat tərzi və yaşam vasitəsi idisə, müasir Saamilər üçün əcdadlarının tarixinə açılan pəncərədir. Saamilər qeyd etdiyimiz kimi müasir cəmiyyətə adaptasiya olunaraq digər ölkə vətəndaşalrı kimi yaşayırlar. Lakin fərqli mədəniyyəti, parlaq insanları, xalq kimi kimliyi bu gündə onları əsl Saami edən başlıca cəhətdir. Müəyyən illərdə Saami yazıçıları, filosofları, alimləri, mdəniyyət insanları Saami mədəniyyətini, irsini və dilini qorumaq üçün narahatlıqlarını bildirmişlər və bu sahədə digər Saamiləri də fəal olmağa çağırmışdılar. Lakin bu gün bu mənzərə tamamilə dəyişib, SAMİLƏR bu gün Avropada ən çox tədqiq olunan xalqlardan biridir. Bunun da səbəbləri obyektivdir. Saami xalqı istər geyimi ilə, istər adət-ənənəsi ilə, istər dini ritualları ilə, istər maralları ilə, istərsə də bayraqları ilə fərqlidirlər, originaldırlar. Bu irsi həqiqətən qorumağa dəyər.

Bizim əcdadalarımız dözdülər
Hər əzaba keçmiş günlərdə,
Saami ailsinin üzvləri, biz mübarizə etməliyik!
Günəşin övladları!
Heç kəs bizi tabe edə bilməz
Əgər biz qızıl dilimizi qorusaq,
Və müdriklərimizin bu sözünə qulaq assaq:
Sapmi Saamilər üçündür.

(SAMİ MİLLİ HİMNİNDƏN bir parça)