Erzyanlar[2][3] (erz. эрзят) — Mordvalara aid etnik qrup[1][4][5]. Ural ailəsinin Fin-Uqor şöbəsinin, Fin-Volqa sinfinin Erzyan Mordva qrupuna daxildirlər. Erzyanlar əsasən Mordoviyanın şərqində, Mokşa və Sura çaylarının hövzəsində, həmçinin Volqa və Ağıdel çayları arasındakı ərazilərdə yaşayırlar.
Milli geyimli erzyan qadınları | |||
Ümumi sayı | |||
---|---|---|---|
400 min.[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Xristian (Provaslavlıq, Malakanlıq, Lüteranlıq), Erzyan inancı. | |||
Qohum xalqlar | |||
Erzya - xalqın öznün özünə verdiyi addır (endo-etnonim). Ehtimal ki, Erzyan feli “ersems” ilə əlaqəlidir. “Eryams” - yaşamaq (var olmaq, yaşamaq) felindən əmələ gəlmişdir.
Erzyanlar da daxil olmaqla Baltik Fin dilli xalqların əksəriyyəti və Komi-Zıryanların bir hissəsi Avropoid irqinin Ağ-Baltik versiyasına aiddir. Mokşalar isə Ural irqinə və onun daxilində Mokşa subural alt tipə aid olunurlar[6].
Dilçilər arasında üstünlük təşkil edən fikir ondan ibarətdir ki, yarım min il əvvələ qədər ortaq qədim mordva dili mövcud olmuşdur. Yarım min il əvvəl bu dilin artıq mokşa və erzyan dillərinə bölünməsi baş verir[7].
Erzyanların əsas xalq bayramı, Rasken Ozks (xalq duası) 10 iyul 2004-cü ildə atyan ezeminin (ağsaqqallar şurası) qərarı ilə 3 illik tezliyi ilə, iyulun ikinci şənbə günü Mordoviya Respublikasının Bolşeiqnatovski rayonunun Çukalı kəndində təşkil edilir. Sonuncu bayram 13 iyul 2019-cu ildə qeyd edilmişdir[8]. İllik Velen Ozks (kənd duası) iyulun sonunda keçirilir. Bu iki bayramdan əlavə olaraq, Erzyanlar arasında təqvimin daha çox qırmızı günləri var, lakin kənd yerlərində yaşayan bu xalqın kiçik nümayəndələri tərəfindən qeyd olunur.
16 aprel 1993-cü ildən etibarən ilk Erzyan professoru Anatoli Ryabovun doğum günündə[9] Erzyan dili günü qeyd olunur (erz. Эрзянь Келень Чи).