Sabaramti çayı (qüc. સાબરમતી, hind. साबरमती) — Hindistanın qərb istiqamətində axan əsas çaylarından biri.[1] Çay mənbəyini Racastanın Udaipur mahalında Aravalli sıra dağlarından götürür və cənub-qərb istiqamətində 371 km məsafədə Racastan və Qucaratı keçdikdən sonra Ərəbistan dənizinin Kambey körfəzinə tökülür.[1] Çayın uzunluğu Racastan ərazisində 48 km, Qucarat ərazisində isə 323 km-dir.[1]
Sabarmati çayı | |
---|---|
qüc. સાબરમતી, hind. साबरमती | |
| |
Ölkə | Hindistan |
Əyalətlər |
|
Şəhərlər |
|
Mənbəyi | Aravalli dağları |
• Yüksəkliyi | 782 m |
Mənsəbi | Kambey körfəzi, Ərəbistan dənizi |
Uzunluğu | 371 km |
Su sərfi | 120 ± 0,001 m³/s |
Su hövzəsi | Hind okeanı |
Hövzəsinin sahəsi | 4164 km² |
Qolları | Vakal, Sei Nadi, Harnav, Hatmati, Vatrak, Madhumati |
Sayt | [1]/ [2] |
22°00′ şm. e. 72°24′ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Sabarmati hövzəsinin maksimum uzunluğu 300 km, maksimum eni isə 105 km-dir. Su hövzəsinin ümumi sahəsi 21674 km2-dir. Hövzənin 4124 km2-i Racastan, 18550 km2-i isə Qucarat ərazisinə düşür.[2]
Racastan ərazisində Sabarmati çayının hövzəsi orta hissədə yerləşir. Çayın hövzəsinin şərqində Banas və Mahi hövzələri, şimalında Luni hövzəsi, qərbində isə Qərbi Banas hövzəsi uzanır. Cənub sərhədləri Quracat əyalətinin sərhədidir. Sabarmati çayının hövzəsi Udaipur, Sirohi, Pali və Dunqarpur bölgələrində genişlənir. Oroqrafik xüsusiyyətinə görə hövzənin qərb hissəsi Aravalli sıra dağlarına məxsus dağlıq ərazilərlə qeyd olunur. Ərazinin şərq hissəsində mülayim şərq yamacı boyu dar allüvial düzənlik uzanır.[2]
Çayın əsas qolları aşağıdakılardır: Sei, Vakal, Vatrak, Şedhi, Harnav, Quhey, Hathmati, Kari, Meşvo, Mazam və Mohar.[1][2]
Sabarmati hövzəsində orta illik suyun həcmi 308 m3/nəfərdir və bu beynəlxalq məbləğdən (1545 m3/nəfər) əhəmiyyətli dərəcədə aşağıdır.[3]
Sabarmati çayı və onun qolları üzərində bir neçə su anbarı var. Daroi su anbarı əsas çay üzərində yerləşir. Hatmati su anbarı, Harnav su anbarı və Quhai su anbarı, Əhmədabadda əsas çayın yuxarı hissəsində birləşən qolların üzərində yerləşərkən, Meşvo su anbarı, Meşvo bəndi, Mazam su anbarı və Vatrak su anbarı çayın aşağı hissəsində tökülən qolların üzərində yerləşir. Kambey körfəzində Kalpasar layihəsi planlaşdırılır.