Sabiha Kasimati (alb. Sabiha Kasimati, 15 sentyabr 1912-ci il, Ədirnə - 26 fevral 1951-ci il Tirana) ixtioloq alim, ilk Alban universiteti məzunu, Albaniyada kommunist rejimin dissidenti olmuşdur. Ənvər Xəlil Xocanın məktəb yoldaşı idi. 1951-ci il Siqurimi qırğını zamanı həlak oldu. Albaniyada kommunist rejimin devrilməsindən sonra o, Milli Şərəf ordeni ilə təltif edildi.[1]
Sabiha Kasimati | |
---|---|
alb. Sabiha Kasimati | |
Doğum tarixi | 15 sentyabr 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1951 (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Elm sahəsi | İxtiologiya |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur alban həkimi Abdurrəhman Qasimatinin ailəsində anadan olmuşdur. Sabihanın atası və babası liberal ziyalılar olaraq tanınırdı. Uşaqlıqdan Sabiha Kasimati təhsil, tədqiqat və sosial fəaliyyətlərə yönəldilmişdir.[2] 1927-ci ildə Sabiha Kasimati Korçada Fransız liseyinə daxil oldu. Ənvər Xoca ilə oxudu, onunla dostluq əlaqələrini davam etdirdi. 1930-cu ildə orta məktəbi bitirdikdən sonra məktəb müəllimi işləmişdir.[3]Fransız dili və etika öyrədirdi. 1933-cü ildən Alban-Amerika Kawai İnstitutunda zooloji və ixtioloji tədqiqatlar aparırdı. 1935-ci ildə dövlət təqaüdü ilə Sabiha Kasimati İtaliyaya getdi. Turin Universitetində biologiya və ixtiologiya təhsili almışdır. 1940-cı ildə Albaniyanın su faunası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Sabiha Kasimati ilk alban məzun qadın oldu.
ABŞ-da işdən imtina edən Sabiha Kasimati vətəninə döndü. Doniki Kastrioti adına İnstitutda müəllimlik etmişdir. 1940-cı illərdə Boltsano müalicə gördü və 1945-ci ildə Albaniyaya qayıtdı. 1947-ci ildən Sabiha Kasimati Tiran Elmi Tədqiqatlar İnstitutunda çalışmışdır. Albaniyanın balıqçılıq təsərrüfatının inkişafında onun ixtioloji işi mühüm rol oynamışdır. 257 növdən ibarət olan Alban balıqlarının bir kataloqunu hazırlamışdı.[2]
Sabiha Kasimati, Alban Kommunist Partiyası (AKP) tərəfindən qurulan rejim haqqında son dərəcə mənfi düşüncədə idi. Xüsusilə onun qəzəbi ziyalıların zülmünə səbəb oldu. O, tənqidləri açıq demək üçün, Ənvər Xoca ilə görüş tələb etdi. 1951-ci il fevralın 19-da anti-kommunist yeraltı qurumun "Milli birlik" üzvləri Hysen Lula və Kazim Latçi, Tiranada SSRİ səfirliyində partlayış təşkil etdilər.[4] Təcili yığıncaqda APT Mərkəzi Komitəsinin Siyasi Bürosu müxalifətçilərin genişmiqyaslı repressiya və edam qərarını verdi. Siyahıya Sabiha Kasimati daxil idi. O, 20 fevralda Siqurimi tərəfində həbs olundu.
Həbs edilmiş şəxslərə xüsusi ittihamlar irəli sürülməmiş, hətta rəsmi məhkəmə aparılmamışdı. 26 fevral 1951-ci ildə Sabiha Kasimati 21 nəfərlə birlikdə Sigurimidə güllələndi.
1991-ci ildə Albaniyada kommunist rejimin devrilməsindən sonra, 1951-ci ilin fevralında öldürülənlər, rəsmi olaraq günahsız elan edildi. 2008-ci ildə Prezident tərəfindən 1951 il qurbanlarına Milli Şərəf ordeni verilmişdir.[5]