Sabir Abbasov (tam adı: Sabir Rzaqulu oğlu Abbasov; 8 dekabr 1967, Binə, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Binə, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Sabir Abbasov | |
---|---|
Sabir Rzaqulu oğlu Abbasov | |
Doğum tarixi | 8 dekabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Rzaqulu |
Anası | Sərfi |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Satıcı |
1967-ci il 8 dekabrda Bakının Binə qəsəbəsində anadan olmuşdur. Əvvəlcə Mərdəkandakı 117 nömrəli tam orta məktəbi, daha sonra isə Şüvəlandakı 42 nömrəli texniki-peşə məktəbini bitirmişdir.[2] Sonra isə əvvəlcə Ukrayna SSR-da, daha sonra isə Macarıstanda hərbi xidmət çəkmişdir. 1989-cu ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Binə təyyarə limanında satıcı işləmişdir[3].
Subay idi. 3 qardaşı, 6 bacısı var idi.
Axşam saat 10-da işdən çıxmışdır. Binə-Mərdəkan yolunda yaralanmış, güllə baldırına girərək[2] qarnından çıxmışdır.[3] Özünü kanala atdığından kanalın suyu da qanına qarışmış, əlavə olaraq Sabirin su balansı pozulmuşdur. Yoldaşları gecə saat 23.05-dəqiqədə Sabiri xəstəxanaya gətirmiş, Sabir gətirildikdən 10 dəqiqə sonra vəfat etmişdir. Səhər Sabirin meyidi Mərdəkandakı 26 nömrəli xəstəxanadan tapılmışdır.
Binə kənd qəbiristanlığında dəfn edilmişdir.
Bakı, Binə qəsəbəsi, Bünyadzadə küçəsi 3, mənzil 23
Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 nömrəli tam orta məktəb onun adını daşıyır.