Sabir Həmidov

Sabir Həmidov — Fizika-riyaziyyat elmləri namizədi, dosent

Sabir Həmidov
Sabir Həmidov
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ
Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR

Sabir Həmidov 1954-cü ildə Ermənistan Respublikasında anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirib.

1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirib.

Sabir Həmidov AMEA-nın Kibernetika İnstitutunda (1976–1980), Sankt-Peterburq Dövlət Universitetində (1981–1982 ixtisasartırma), "Kaskad" Xüsusi Konstruktor Bürosu (1983–1990) və "Savalan" Kişik Müəssisəsində (1991–2000) çalışmışdır.

1986-cı ildə "Bəzi sinif qeyri-hamar funksiyaların xassələrinin tədqiqi və minimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədidir. 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır.

O, bakalavr pilləsi üzrə — diskret riyaziyyat kursu, riyazi məntiq və diskret riyaziyyat modelləri kursu, iqtisadi kibernetika kursu Magistratura pilləsi üzrə isə — diskret minimaks məsələləri, qeyri-hamar analizin bəzi məsələləri, iqtisadi sistemlərdə diskret proqpamlaşdırma üsulları dərslərini tələbələrə tədris edir.

Onun tədqiqat sahəsinə — Qeyri-hamar optimizasiya məsələləri və İqtisadi dinamika modellərinin tədqiqi aiddir.

Sabir Həmidov Bakı şəhərində keçirilən – "The 1-st İnternational Conference on Control and Optimization with İndustrial Applications" (Baku, 2005) və "The 2-nd İnternational Conference on Control and Optimization with İndustrial Applications" (Baku, 2008) adlı Beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.

  • "İqtisadi kibernetikadan mühazirələr", Bakı, 2008.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1. Об одной задаче со связанными ограничениями, "Təhsil", № 3, 2003
  • 2. Об устойчивости равновесного возрастного распределения в одном частном случае. I Beynəlxalq konfransın materialları COİA — 2005. Bakı, 2005.
  • 3. О моделях экономической динамики совместного функционирования нескольких технологий. "Bakı Universitetinin xəbərləri", № 4, 2006.
  • 4. О локально-оптимальных траекториях в однопродуктовых моделях Elmi konfrans materialları, Bakı, 2006.
  • 5. О проблеме равновесия с заданным непрерывным ценообразованием. Elmi konfrans materialları, Bakı, 2007
  • 6. Bəzi iqtisadi dinamika modellərində effektiv trayektoriyalar haqqında. Elmi konfrans materialları, Bakı, 2007.
  • 7. II Beynəlxalq konfransın materialları COİA — 2008. Bakı, 2008.
  • 8. О поведении оптимальных траекторий. Elmi konfrans materialları, Sumqayit, 2008