Sabir Novruzov (həkim)

Sabir Novruzov (tam adı: Novruzov Sabir Abbasqulu oğlu; 16 iyun 1940, Nehrəm, Naxçıvan rayonu) — həkim-cərrah.

Sabir Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyun 1940(1940-06-16) (84 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti həkim, cərrah

Novruzov Sabir Abbasqulu oğlu 16 iyun 1940-cı ildə Nehrəm kəndində ziyalı ailəsində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1989-cu ildə Hemosorbsiya üsulu ilə müalicədə yeni sorbent növü ixtira etmişdir. 1990-ci ildə Tibb elmləri namizədi olub.

Culfa rayonu mərkəzi xəstəxanasında həkim, baş həkim, Nəriman Nərimanov adına Naxçıvan Respublika xəstəxanasında həkim-cərrah, baş həkimin müavini işləmişdir (1980 ilədək).

Siyasi faəliyyəti

[redaktə | mənbəni redaktə et]

1981–84-cü illərdə Naxçıvan MSSR Səhiyyə nazirinin müavini olmuş, eyni zamanda nazir vəzifəsini (1983–84) icra etmişdir. 1984-cü ilin sonundan muxtar respublika xəstəxanasında həkim-cərrah vəzifəsində çalışır.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi (1980),
  • səhiyyə əlaçısı (1972).
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451. ISBN 5-8066-1468-9.