Sabit Məmmədov (tam adı: Sabit Eyyub oğlu Məmmədov; 28 oktyabr1951) — Azərbaycan alimi, Bakı Dövlət Universitetinin "Fiziki və kolloid kimya" fakultəsinin kimya elmləri doktoru, professor. [1]
Sabit Eyyub oğlu Məmmədov 1951-ci il oktyabr ayınin 28-də Qazax şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Qazax rayonunun 3 saylı orta məktəbini bitirdikdən sonra, indiki Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan Respublikası Zaqatala şəhərinın orta məktəbində müəllim vəzifəsində işləmişdir. 1978-ci ildə AMEA-nın Neft-kimya prosesləri institutunun asperanturasına qəbul olunmuşdur. 1978–1981-ci illərdə həmin institutda kiçık elmi işçi vəsifəsində çalışmışdır. 1981-ci ildən BDU-nun kimya fakültəsində baş elmi işçi, müəllim və professor vəzifələrində işləmişdir. 2008-ci ildən "Fiziki və kolloid kimya" kafedrasında professor vəzifəsində işləyir.
1973 – indiki Bakı Dövlət Universiteti kimya fakültəsinin tələbəsi
1975 – AMEA-nın Neft-kimya problemləri institutunun aspirantı
1981 – "n-pentan və n-heksanın quruluş izomerləşməsi reaksiyası üçün bimetalseolit katalizatorların sintezi və onların tədqiqi" mövzusunda 02.00.15 – "Kimyəvi kinetika və kataliz" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib.
1996 — "Bi və polimetalseolit katalizatorların sintezi, xassələri və karbohidrogenlərin çevrilməsində tədqiqi" mövzusunda 02.00.15 — "Kimyəvi kinetika və kataliz" və 02.00.13 – "Neft kimyası"ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
1973–1975-ci illərdə – Zaqatala şəhəri orta məktəbdə müəllim
1978–1981-ci illərdə AMEA-nın Neft-kimya prosesləri institutunda kiçik elmi işci
1981–1992-ci illərdə BDU-nun elmi-tədqiqat sektorunda baş elmi işçi.
2002–2007 illərdə — "Neft kimyası və kimya texnologiya" kafedrasının professoru
2005-ci ildən — "Metalkompleks katalizatorları" elmi-tədqiqat laboratoriyasının müdiri
2008-ci ildən "Fiziki və kolloid kimyası" kafedrasının professoru
"Katalızatorların hazırlanması və seçilməsinin elmi əsasları", "Neft və qazın emalı proseslərinin termodinamikası", "Heterogen kataliz", "Kimyəvi kinetika", "Sənaye katalizatorların hazırlanma texnologiyası" , "Seolit iştirakında kataliz", "Fiziki və kolloid kimya" mühazirə kursu və bir neçə ixtisas kursları aparır
С.Э. Мамедов, М.Р. Байрамов, А.Ф. Аминбеков "Превращение углеводородного сырья на бицеолитных катализаторах.// Нефтехимия, 2004, т. 44, № 5, с. 373–376.
С.Э. Мамедов, Э.И. Ахмедов, Ф.Ш. Керимли, Н.И. Махмудова. Влияние содержания фосфора на физико-химические и каталитические свойства н-пентасила в реакции изомеризации м-ксилола и метилирования толуола. // Журнал прикладной химии, 2006, т.79, вып.10, с.1741–1743.
С.Э. Мамедов,Х.В.Ахмедова, Н.Ф.Ахмедова, С.С.Дадашева. Превращение прямогонной бензиновой фракции на высококремнеземном цеолите, модифицированным галлием и цирконием. // Химия и технология топлив и масел, 2016, № 3, с.28–30.
А.З.Мамедова, Э.И. Ахмедов, С.Э. Мирзалиева, С.Э. Мамедов. Гидроизомеризация н-гептана и н-нонана на Pd-цеолитном катализаторе, модифицированном гольмием. // Нефтепереработка и нефтехимия, 2013, № 3, с.26–27.
G.X.Valiyeva, S.E.Mammadov, E.I.Ahmadov. Tert-butylation of o-xylene over dealuminated mordenite.//JECET, 2016; sec A:V.5, № 1, p. 149–154.
T.A.Babayeva, S.E.Mammadov, E.I.Ahmadov. The study of methanol conversion to p-xylene in the presence of modified HZSM type of pentasil.// JECET, 2016; sec A:V.5, № 1, p. 89–93.
A.Z.Mammadova, S.E.Mirzaliyeva, E.I.Akhmedov, S.E.Mammadov. Octane izomerization over bicationic platinum- containing zeolites of Y-type.// JECET, 2016; sec A:V.5, № 2, p. 104–107.
Мамедов С.Э., Ахмедов Э.И., Дадашева С.С., Ахмедова Н.Ф. Превращение газоконденсата на Zn-содержащем ВК-цеолите типа ультрасила// Нефтехимия, 2016, № 4, С.564–567.