Sabrin Azim

Sabrin Azim — tibb üzrə fəlsəfə doktoru, ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis, City University college of Ajman ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti, Fransada Tibbi Təhsil haqda Alim assosiyasının üzvü[1].

Sabrin Azim
Sabrin Ali qızı Azim
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı
Milliyyəti azərbaycanlı
Atası Ali Mühəmməd oğlu Azim
Anası Cəmilə Cəlil qızı Azim
Elm sahələri tibb, ağız və üz çənə cərrahiyyəsi
Elmi dərəcəsi tibb üzrə fəlsəfə doktoru
Təhsili Azərbaycan Tibb Universiteti
Elmi rəhbəri Professor Yusubov Y. A
Mühüm layihələri Ağız və üz çənə cərrahiyyəsi üzrə təcrübələr, konfransların təşkilatçısı, implantologiya kursların keçirilməsi.
Üzvlüyü ACLS Provider
BLS Provider
PALS Provider
SOS Children’s Villages
Azərbaycan Ağız və Üz-Çənə Cərrahiyyəsi Cəmiyyəti, Azərbaycan Stomatoloji Birliyi
Alim Assosiasiyası

Sabrin Azim 3 noyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. Ziyalı ailəsində böyüyüb. Atası dəri zöhrəvi üzrə professor Dr. Ali Mühəmməd oğlu Azim, anası telekomunikasiya üzrə mütəxəssis Cəmilə Cəlil qızı Azim və bacısı Ahdab Ali qızı Azim ginekologiya üzrə mütəxəssisdir. Azərbaycanda həm rus sektorunda, həm ərəb məktəbində orta təhsil alıb.

2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib. Elə həmin ildə təhsilin ordinatura pilləsinə qəbul olunub və 2012-ci ildə ordinatura təhsilini bitirərək ağız və üz çənə cərrahı ixtisasına yiyələnib. 2016-cı ildə isə elə Azərbaycan Tibb Universitetində ağız və üz çənə cərrahiyyəsi ixtisası üzrə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis və tibb üzrə fəlsəfə doktorudur. Dr Sabrin Ali Azim öz karyera uğurlarını KİV-ə müsahibəsində belə dəyərləndirib:

" Çətin yoldan keçən bir tələbə və qadın olaraq, daimi KTM-də növbələr, yuxusuz gecələr olub. Amma düşünürəm ki, həmişə ətrafımda valideyn duaları, dostlar və müəllimlər olub "

O, Avstriyanın AKH xəstəxanası və Türkiyənin İstanbul Çapa Universitetində tibb üzrə təcrübə keçib. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin Ras al Khaimah Medical Health and Sciences University ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistentidir[2]. Assistant professordur. RAKMHSU tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi şöbəsində tələbə klinik təlim üçün koordinator olub. İmplantologiya kursunun təşkilatçısı olub[3]. Ukrayna, RusiyaAzərbaycan icmasında RAKCODS tələbə klinikasının təbliğındə rolu var. Azərbaycan Tibb Universitetində tələbələrin şifahi təqdimat sessiyasının rəhbəridir. İmtahan sual sənədlərinin təşkilində (3, 4, 5-ci kurs tələbələri) iştirak edir[4]. Azərbaycan Tibb Universitetinin tədris klinikasında 1 nömrəli Mərkəzi Klinikada vəzifə yerinə yetirən ambulator və stasionar şöbədə çalışmışdır.

Xəstələrdə ağız və üz-çənə cərrahiyyəsi xəstəlikləri üzrə 3, 4 və 5-ci kurs tələbələrinin klinik hazırlığına cavabdehdir. RAKCODS tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin Ağız və üz çənə cərrahiyyəsi şöbəsində tələbə müdiri və kliniki təlim koordinatorudur. RAKMHSU tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə şöbəsində tələbə müdiri və kliniki təlim koordinatorudur. AMU ilə RAKMHSU / RAKCODS arasındakı qarşılıqlı anlaşmanı BƏƏ-nin "Al Bayan" qəzetində yayımlayıb. RAKMHSU tərəfindən təyin olunmuş Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində tələbə müdiri və klinik təlimçidir[5].

Ras al Khaimah Medical Health and Sciences University və Azərbaycan Tibb Universiteti arasında müqavilə (MOU) bağlanmasına nail olmuşdur ki, bunun nəticəsində artıq 35 dən çox tələbə 3 dəfə Azərbaycan Tibb Universitetinin rəhbərliyi altında təcrübə proqramı keçib və məhz Azərbaycanda oz mütəxəssislərimizlə BƏƏ tələbələri üçün iki dəfə implantologiya üzrə nəzəri və praktik (master class) kurslar təşkil edib. Eyni zamanda qeyd etmək lazımdır ki, praktikaya gəlmiş əcnəbi tələbələr ölkəmizdə turist olaraq qalıb, milli və mədəni dəyərlərimiz, həmçinin tariximizlə dərindən tanış olublar. Yuxarıda qeyd edilmiş həmin əcnəbi tələbələr öz ölkələrinə Azərbaycanla bağlı xoş təəssuratlarla geri qayıdıblar. Eyni zamanda Səhiyyə Nazirliyi ilə mütəmadi görüşlər keçirilir, növbəti addım olaraq Pakistan Universiteti Riphaa və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq müqaviləsinin bağlanmasına nail olub. Bu müqavilə çərçivəsində pasient hüquqları mövzusunda yüksək səviyyəli konfransın keçirilməsinə hazırlaşılır və gələcəkdə başqa böyük layihələrin həyata keçirilməsi planlaşdırılır[6].

Azərbaycanı müxtəlif ölkələrdə təşkil olunmuş konfranslarda mühazirələri və elmi məqalələri ilə təmsil edib. Pandemiya dövründə Covid-19 virusu ilə mübarizə aksiyası keçirib: gənc azərbaycanlı həkimlər və tələbələr üçün müxtəlif ölkələrdə tibbi fəaliyyət üçün lisenziyaların alınması və ya təhsillərinin davam etdirə bilmələri üçün yollar göstərmək məqsədi ilə "Dr. Sabrin Ali Azim ilə Sadə diskussiya" adlı virtual proqram yaradıb[7]. Eyni zamanda bu proqramla Azərbaycanda olan müxtəlif təşkilatların, məsələn "SOS childrens village in Azərbaycan" Covid-19-la necə mübarizə aparılmasını aydınlatmağa çalışıb. Xaricdə yaşayan gənc həkim və mütəxəssislərin fəaliyyətlərini dünya üzrə işığlandırmağa çalışıb. Buna görə də bəzən xarici dillərdə həmin mütəxəssislərin fəaliyyətləri haqqında məlumatlar verilib[8].

Azərbaycanlı gənc alim olaraq İtaliyadakı rezidentlər üçün vebinar keçirib. Təbii ki, biliklərini Azərbaycanda olan tələbələr ilə bölüşmək üçün ATU və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan brain gain proqramında iştirak edib[9]. 18 iyul 2020-də Azərbaycanda cavan həkimlər üçün Fransada Tibbi Təhsil haqda Alim Assosiyasının üzvü olaraq pulsuz videokonfrans təşkil edib.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

BƏƏ-də yaşamağa və çalışmağa başladıqdan sosial şəbəkələrdə Azərbaycan haqqında məlumatlar paylaşmaqla, əcnəbi qonaqları qəbul edərkən Azərbaycana məxsus ləziz təamları təqdim etməklə[10], BƏƏ-dəki dost-tanışlarına Azərbaycan milli mədəniyyətinə xas hədiyyələr verməklə fəaliyyətə başlamışdır. Daha sonralar Azərbaycanı və Azərbaycanın mütəxəssislərini təbliğ etmək, tanıtmaq məqsədilə Azərbaycan Tibb Universitetinin əməkdaşı, professor Y. Yusubovun dodaq damaq yarıqları patologiyalarına aid modifikasyon əməliyyatı haqqında, Kliniki Tibbi Mərkəzdə müəllimlərin necə həvəs və qayğı ilə təlim tədris prosesini təşkil etməkləri barədə dönə-dönə danışıb. Məqsədi hər zaman Azərbaycanı yüksək səviyyədə təmsil etmək və tanıtmaq olub[11].

Sabrin Azim bu ilin aprel ayında yaradılan "Azerbaijani Ladies Club" təşkilatın üzvüdür. Məhz onun təşəbbüsü ilə pandemiya dövründə dünyanın 14 müxtəlif ölkələrindən (Türkiyə, Almaniya, Misir, Rusiya, Niderland, İsveç, Oman, Belçika, Nigeriya, Çexiya, Almaniya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri) "Azerbaijani Ladies Club" nümayəndələri Azərbaycanda ön cəbhədə çalışan həkim və orta tibb işçilərinə dəstək mesajı verən video hazırlayıblar.

Sabrin Ali Azim fəaliyyətinə görə ACLS Provider, BLS Provider, PALS Provider, SOS Children’s Villages, Azərbaycan Ağız və Üz-Çənə Cərrahiyyəsi Cəmiyyəti, Azərbaycan Stomatoloji Birliyi, Alim assosiasiya və digər yerli və beynəlxalq təşkilatlara üzv qəbul olunub. O, Afrikadakı Azərbaycan ağız və üz-çənə cəmiyyəti məclis üzvünün müavini və Yaxın Şərq ölkələri üzrə koordinatordur. Bununla yanaşı, tibb üzrə bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.

  • 2007-ci ildə Tələbə Elmi Cəmiyyəti tərəfindən "Andresen apparatus’’ adlı elmi işi İkinci yerə layiq görülüb.
  • 2009-cu ildə isə Tələbə Elmi Cəmiyyəti tərəfindən "Maxillary sinus pneumatization after dental implantation" elmi araşdırması Birinci yerə layiq olub.
  • 2010-cu ildə "The effectiveness of the usage of 3D computer diagnostics and laser stereolithography in preoperative preparation of patients with defects and deformations of facial bones" elmi araşdırması Birinci yerə layiq görülərək "İlin 10 ən yaxşı tələbəsi" mükafatını alıb.
  • 2018-ci ildə RAKCODS tələbələri üçün klinik müşahidənin təşkilində dəyərli töhfələrə görə Təşəkkür sertifikatı alıb.
  • 2019-cu ilin dekabrında Xəstə təhlükəsizliyi mövzusunda 4-cü beynəlxalq konfransda spiker olaraq dəstəyə görə Təşəkkür sertifikatı təqdim edilib.
  1. "Sabrin Ali Mohammed Azim" (ingilis). omicsonline.org. 2020-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  2. "The Usage of Solcoseryl Dental Adhesive Paste and its Effect on Healing Process in Patients after Dental Extraction" (PDF) (ingilis). ecronicon.com. 2021-07-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-05.
  3. "Arab students received certificates for completion of practice in AMU" (ingilis). amu.edu.az. İstifadə tarixi: 2020-08-05.[ölü keçid]
  4. "Covid-19 Challenges and Accreditation Journey" (PDF) (ingilis). 2021-01-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-05.
  5. "Dr. Sabrin Ali Mohamed Assistant Professor" (ingilis). rakmhsu.ac.ae. İstifadə tarixi: 2020-08-05.
  6. "Presentation" (PDF) (ingilis). d2cax41o7ahm5l.cloudfront.net. 2020-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-05.
  7. "IMPACT OF URANOSTAPHILOPLASTY ON QUALITY OF LIFE OF THE PATIENTS" (ingilis). europepmc.org. İstifadə tarixi: 2020-08-05.
  8. "Open Access Journal of Dental Sciences (OAJDS)" (ingilis). medwinpublishers.com. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  9. "A video conference on "The impact of the coronavirus on dentistry and precautionary measures for its prevention" was organized within the "Brain Gain" program implemented by the State Committee on Work with Diaspora" (ingilis). diaspor.gov.az. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.
  10. "The application of anti oxidant therapy in the treatment of salivary gland chronic diseases Sabrin Ali Azim, Yusubov Y and Qurbanov V" (PDF) (ingilis). longdom.org. İstifadə tarixi: 2020-08-05.[ölü keçid]
  11. "Poster Participants List" (ingilis). aeedc.com. 2020-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]